
Nədir niyə susursan!?
Danışsana, dinsənə?
Niyə sənin rəssamın
Verməyibdi dil sənə?
Hey gözlərin yol çəkir.
Fikir, Xəyal həmdəmin.
Sükut səltənətində
Keçir hər anin sənin.
Hansı rəssam əliylə
Sən düşmüsən kəməndə?
Dogulmamış arzumu,
Məhbus yatır sinəndə?
Gülzardan ayrı düşmüş,
Soluxmuş bir çiçəksən!
Mənim tək otagımda
Mənimtək tənha-təksən.
Nə vaxtdandır mənim də
Həsrət dolu içimdə,
Kədərli bir qız susub
Sən boyda, sən biçimdə.
Perikmiş eşq dalınca
Gözləri qalıb yolda.
Bəlkə sən də onuntək
Çatmamısan murada?
Kimdir sənin rəssamin?
Bəlkə o elə mənəm?
Donduğun o ramka da,
Mənim bu qəmli sinəm!
Danışsana, dinsənə?
Niyə sənin rəssamın
Verməyibdi dil sənə?
Hey gözlərin yol çəkir.
Fikir, Xəyal həmdəmin.
Sükut səltənətində
Keçir hər anin sənin.
Hansı rəssam əliylə
Sən düşmüsən kəməndə?
Dogulmamış arzumu,
Məhbus yatır sinəndə?
Gülzardan ayrı düşmüş,
Soluxmuş bir çiçəksən!
Mənim tək otagımda
Mənimtək tənha-təksən.
Nə vaxtdandır mənim də
Həsrət dolu içimdə,
Kədərli bir qız susub
Sən boyda, sən biçimdə.
Perikmiş eşq dalınca
Gözləri qalıb yolda.
Bəlkə sən də onuntək
Çatmamısan murada?
Kimdir sənin rəssamin?
Bəlkə o elə mənəm?
Donduğun o ramka da,
Mənim bu qəmli sinəm!
