Axı niyə?

 
Axı niyə?

Axı niyə???
Balaca Ayselin gözləri anlaşılmaz bir ifadə ilə yanakı olan qəbirlərə zillənmişdi. Sanki, o, özünü bu torpağa borclu hiss edirdi. Hələ 5 yaşında ikən o, bu torpaqda atasını, 5 il sonra isə anasını gördü. Hər dəfə bu məzarlığa gələndə, sanki, o, qəbirlərin yanında özünün boş yerini görürdü. Sanki, o, bu torpağa nə isə borcluydu... Ayselin həyatda bircə sığınacağı nənəsi qalmışdı. Nənəsi çox qoca və gücsüz idi. Qızının vaxtsız ölümünü hələ də qəbul edə bilmirdi. Ayselin nənəsindən başqa heç kimi qalmamışdı. Onun 11 yaşı hələ tamam olmamışdı. Amma gözləri yetkin bir insanın gözləri kimi baxırdı. Onun həyatda gördüyü əzablar, sanki, onun gözlərində əks olunmuşdu. Onun gözlərində qəmi, kədəri görməmək mümkün deyildi. Həyat əvvəlcə əzablı və üzücü xəstəliklə atasını əlindən aldı, 5 il sonra eyni xəstəlikdən anasını itirdi. Onun ürəyində dərin bir qorxu vardı. O, çox az gülüb, şənlənirdi. Aysel qorxurdu. Qorxurdu ki, şənlənsə xoşbəxt olsa valideynlərinin taleyini yaşayar. ysel və nənəsi birlikdə evə qayıtdılar. Onlar balaca və köhnəlmiş bir mənzildə yaşayırdılar. Mənzil birotaqlı idi və içindəki bütün mebellər köhnəlmiş idi. Amma Aysel bu balaca mənzildə özünü rahat hiss edirdi. Nənəsi Ayseli çox istəyirdi. Çünki, o, ona qızından tək əmanət idi.

Axı niyə?Axı niyə?

Növbəti tənha səhər... Aysel valideynlərinin yoxluğunu hər səhər gözünə düşən günəş şüalarında hiss edirdi. Hər gün yuxusunda anasını və bəzən də atasını görürdü. Onlar Ayseli qucaqlayır, öpür, əlindən tutaraq gəzdirirdilər. Hər yeni səhər onu yuxularındakı xoşbəxtliyindən uzaqlaşdırırdı... Bu gün onun ad günü idi. Nənəsi bir-iki dadlı yemək və bir balaca tort bişirə bilmişdi. Ayselin artıq 11 yaşı tamam olur. O, artıq uşaq deyildi. Ona elə gəlirdi ki ,sanki heç vaxt uşaq olmamışdı. Onun uşaqlıq xatirələrindən qalan yalnız atasının vaxtsız ölümü ilə gələn problemlər idi. O, çox yoxsul böyüməyə məhkum idi. Onun aclıqdan oğurladığı çörəklər, “dostlar”ın ona birmənalı olmayan baxışları. Bəzilərinin ona yazığı gəlirdi, bəziləri isə onu özünə yaraşdırmırdı. Aysel sakitcə yataqdan qalxdı. Nənəsi onu gülərək və şən sima ilə qucaqlayıb, ad gününü təbrik etdi. O, Ayselin yanaqlarından öpərək “Mənim balaca quzumun 11 yaşı var. Böyük qız olub artıq” deyirdi. Ayselin üzü gülürdü amma gözləri yenə eyni baxırdı. Bəlkə də o, özünü gülməyə məcbur edirdi. Nənəsi Ayselin paltarını çox gözəl hazırlamışdı. Aysel köhnə paltarını az qala tanımırdı. Nənəsi onu geyindirdi və başını çox gözəl darayıb yığdı. Nənəsinin bu qayğısı Ayseli kövrəltdisə də, bir az da sevindirsə də anasının əlləri kimi isidə bilmirdi. Nənəsi Ayseli məktəbə ötürdü. Aysel sinifdə çox uşaqdan seçilirdi. Onun boyu yaşıdlarına nisbətən gödək idi. Özü arıq və ağbənizli idi. Üzünün rəngi ağappaq idi. Iri qara gözləri, dolğun dodaqları , yumru və xırda burnu üzünün mimikasını tamamlayırdı. Çox iti baxışları vardı. Danışarkən həmişə insanın gözünün içinə baxardı. Sanki,bununla anlaşılmaz tərzdə özünə nəyisə sübüt eləməyə çalışırdı. O həmişə özünü dostları arasında tək hiss edərdi. Aysel özlüyündə əmin idi ki, onu heç kim başa düşmür və anlamır. O, dostlarından fərqlənirdi. Həmişə arxa sıralarda oturardı. Çox danışıb-dinməzdi. Aysel kiçik addımlarla məktəb qapısına yaxınlaşdı. Onun yerişi də fərqli idi. Kiçik addımlarla ayağını sürütləyərək yeriyirdi. Sanki, həyatı bir yük olub onun çiyinlrindən asılmışdı. Aysel pilləkənləri qalxarkən çox qəmgin halda nə isə dərin fikrə getmişdi. O fikirləşirdi ki, görəsən onu təbrik edən, xoş söz söyləyən olacaq?.. Axı bu gün onun ad günü idi... O, bu fikirlə sinfə daxil oldu. Ogözlərinə inana bilmirdi. Gördükləri həqiqət idi? Onun bütün sinif yoldaşları əllərində şarlar, hədiyyələr onu qapıda qarşılamışdılar. O gözlərinə inanmırdı. Axı bu o qədər böyük bir şey deyildi. Amma Ayseli sevincdən uçurda bildi. Ayselin sinifdəki uşaqlarla demək olar ki, salam-sağoldan başqa söhbəti olmurdu. Amma inda onlar... Onlar Ayseli öpür, qucaqlayır, böyük təlaşla təbrik edirdilər. Aysel xoşbəxt idi. Onun gözləri başqa cür baxırdı. O bilirdi ki, onların çoxusu prinsipə, özünü göstərməyə, seçilməyə can atır. Amma... O... O xoşbəxt idi. Tülkülərin Cənnətindəki qarğa kimiydi. Amma niyəsə gözləri gülürdü.

Axı niyə?Axı niyə?

Ayseli gözlərini çox çətinliklə açdı. Başının üstündə həkimlər dayanmışdı. Ayseli heç nə başa düşə bilmirdi. Onun son yadında qalan bir neçə gün qabaq onun saçını dartaraq lağ edən “Zülya”nın indi öpərək təbrik etməsi idi. Nənəsi qıraqda oturub boğuq səslə ağlayırdı. Aysel həkimlərin nənəsinə “Vəziyyət çox ciddidir. O bu xəstəliyə uzun müddətdi tutulub.” deməsini eşitdi. Yoxsa... Yoxsa qorxduğu olmuşdu? Axı niyə? Həkimlər son sözü dedilər. Onun az vaxtı qalıb... Nənəsi dözməyərək özünü balaca qızın üstünə ataraq hönkürməyə başladı. Aysel yanılmırdı...
Onun beynində qarmaqarışıq fikirlər fırlanmağa başladı. Allah ona birazca xoşbəxtliyi beləmi çox görmüşdü? Ayselin gözündən yaş axırdı amma birdən gülməyə başladı. Çox qəribə səslə və ürəkdən gülməyə başladı. Nənəsi Ayseli bağrına basaraq hönkürdü. Bu qızcığazın günahı nə idi. 5 yaşında ən çox çox ehtiyacı olan bir vaxtında atasını itirdi – çox yoxsul vəziyyətdə böyüməyə vərdiş etdi. 10 yaşında eyni xəstəlikdən anasını itirdi – o artıq hər gecə ağlamağa vərdiş etdi. Indi isə eyni xəstəlikdən özü ölümə məhkum idi. Axı niyə? Niyə o? ... Nənəsini Ayselin yanına gələn valideynlər güclə otaqdan çıxartdılar. “Bu qızın nə günahı var?” nənəsi demək olarar ki, bu sözləri çığıraraq deyirdi. Gözləmə otağında yığışanlar ahıl qadını güclə sakitləşdirirdilər. O, çığıraraq demək olar ki, həyata üsyan edirdi. onun həyatda tək ümidi Aysel idi. Valideynlərin bəziləri qırağa çəkilərək müzakirəyə başladı. Onların biri özünü nümayişkanə şəkildə özünü irəli verərək “Gəlin bir miqdar pul yığıb nənəsinə verək ki, qızın son günlərini mənalı keçirtsin onsuz da qız öləcək”dedi. Onun bu sözlərini orda olan adamların çoxu eşitdi. Bəziləri özünü onun üstünə ataraq boğmaq istəyirdi. Amma hamısının səbəbi eyni deyildi. Bəziləri isə hönkürərək ağlamaqda özünü güclə saxlayırdı. Birdən Ayselin otağından təlaşlı səs eşidildi. Bir neçə saniyə içində hamı Ayselin otağında idi. tibb bacısı yalnız “Q... O... O öldü” deyə bildi. Heç kim eşitdiklərinə inana bilmirdi.bu necə ola bilərdi? Hərənin beynində müxtəlif suallar təkrarlanırdı. Amma hamı eyni suala cavab axtarırdı. Axı niyə? Yaşlı qadın eşitdiklərinə inana bilmirdi. Bu necə oldu? Niyə belə tez baş verdi? Hamı donub qalmışdı. Heç kim ağzını açıb bircə kəlmə belə deyə bilmirdi. Sanki, hamısının vücudu buz bağlamışdı. Onlar artıq ağlaya da bilmirdi. Ayselin iri qara gözlərinə indi soyuq bir qaranlıq həkk olmuşdu. Həkim qıza yaxınlaşıb onun gözlərini yumdu. Bu dəfə Aysel gözünü anasının qollarında açdı...
Dəfn mərasimində çox adam vardı... Eşidən bilən hər kəs Balaca Ayseli son mənzilə yola salmağa gəlmişdi. Yenə də buraya toplaşanların gözündəki sual dolu baxışları “Axı niyə” deyirdi. Nənənin hönkürtüsü bütün məzarlıqda əks–səda yaradırdı. Molla son sözləri dedi və cənazə valideynlərin yanında basdırıldı. Aysel bu torpağa borcunu qaytardı. Amma Aysel indi xoşbəxtdir. Aysel indi bu xoşbəxtlikdən qorxmurdu. Çünki, artıq bu xoşbəxtliyi heç kim, heç cürə əlindən ala bilməzdi. Ayselə həyat heç nə vermədi amma hər şeyini aldı... Asel indi layiq olduğu xoşbəxtliyi əldə etmişdi. O indi atasız illərin acığını , anasının istisinə olan həsrətini doyunca yatırmaq istəyirdi. Qorxusuz xoşbəxt olmaq istəyirdi... o buna da layiq deyildi?.. Axı niyə?


Geri dön

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 16:30
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 19 mart 2011 11:26
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tesekkurler

--------------------

sevgi yalandir

  • 6 noyabr 2010 13:38
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
Milawka,
roshka,
Ulya,
Yusif,
twk

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Milawka

  • 5 noyabr 2010 11:14
  • Məqalə: 75
  • Şərh: 582
  • Bal:
{awards}

COX SAGOL YAZAN ELLERIN VAR OLSUN!!!

sevgi yalandir

  • 4 noyabr 2010 20:31
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
serh yazan her kese twk love

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 4 noyabr 2010 18:45
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

Yusif

  • 4 noyabr 2010 18:32
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}