Mənəvi həkim

 
Mənəvi həkim

Mənəvi həkim

Parkın içi ilə irəliləyərkən ağaclara, güllərə, bir-birindən gözəl kollara baxdı. Günəşin nuru yaşıllıqların üzərindən bərq vururdu. Hər şey o qədər gözəl idi ki! Ətrafına doyunca baxmaq istəyirdi. Bir az sonra ağır bir əməliyyata girəcəkdi. Bəlkə də, bu onun son saatları idi: bir daha günəşi görməyəcəkdi, ağaclara, güllərə, çiçəklərə baxa bilməyəcəkdi...
Xəstəxanaya daxil oldu. Həkimi ilə görüşdü. İlk dəfə əməliyyat olunacağı üçün olduqca həyəcanlı idi. Əməliyyat otağına girməzdən əvvəl ona ağ paltar geyindirdilər. Kəfənə oxşayırdı. Bir anlıq duruxdu. Ölümü bir addımlığında hiss etdi. Necə də olmasa, kəfənə bənzətdiyi paltarla əməliyyat masasına uzanacaqdı və bu masadan sağ ayağa qalxmamaq ehtimalı vardı.
Xəstəxananın vəziyyəti də onda xoş təəssürat oyatmamışdı. Ətrafda natəmizlik hökm sürürdü. Otaq yarıqaranlıq daxmaya bənzəyirdi. Bütün bunlar da onun vahiməsini artırırdı.

Mənəvi həkim

Həkim artıq keyləşdirici iynəni vurmuşdu. Yavaş-yavaş yuxuladığını hiss etməyə başladı. Gözləri yumulduqca, nədənsə, ölümü xatırlayırdı...
Nə qədər vaxt keçdiyini bilmədi. Oyandıqda üzərində sanki ağır bir yükün olduğunu hiss etdi. Bir neçə dəqiqə sonra reanimasiya otağında olduğunu başa düşdü. Ətrafındakı bəzi xəstələrin: “Allahım, nə olar, ağrılarımı azalt”,- kimi iniltiləri onu düşünməyə vadar etdi. Görəsən, Allahı xatırlamaq üçün insanın başına ağır müsibətmi gəlməlidir?
Fiziki xəstəliyi artıq arxada qalmışdı. Özünü fiziki cəhətdən olduqca gümrah hiss edirdi. Cərrahın iti bıçağı onun böyük bir problemini kəsib atmışdı. Bir anlıq düşündü ki, kaş ki bütün problemlərdən uzaqlaşmaq bu qədər asan olaydı...
Xəstəxanadan çıxıb evinə gəldi. Bir müddət idi ki, yalqızdı. Üç həftə əvvəl nənəsini itirdikdən sonra tək yaşayırdı. Özündən asılı olmadan indiyə qədər dünyalarını dəyişmiş qohumları, dost-tanışları gəldi ağlına. Bir vaxtlar deyib-güldüyü, gəzib-əyləndiyi, söhbətləşdiyi dostları artıq yanında yox idi. Hamısı ölmüşdü. Dünyanı tərk etmək növbəsinin ona çatdığını düşündü. Qorxdu. Ancaq başqa çarənin olmadığını da anlayırdı. Başa düşürdü ki, ölüm haqdır və hər kəs Haqqa qovuşacaq.

Mənəvi həkim

Hələ xəstəxanaya getməzdən əvvəl aynaya baxarkən saçındakı ağ tüklər də onu düşünməyə vadar etmişdi. Özünü bir uşaq kimi hiss etdiyi halda, başında ağ tükləri gördükdə heyrətlənmişdi. Bir zamanlar kitablardan oxuduğu ölüm və qocalıq reallığı ilə qarşılaşmışdı. Aman Allah, insan ömrü nə qədər də qısadır!
Dərin düşüncələrə daldıqca qorxusu da azalmağa başladı. Onsuz da Allahın varlığına və birliyinə inanırdı. Sadəcə olaraq ömrünün bir hissəsini qəflətdə keçirmişdi. Bu qədər günah necə təmizlənəcəkdi? Dərin bir ah çəkdi, ən səmimi duyğuları ilə tövbə etdi. Gec də olsa, ayılmışdı. Əməliyyat, sanki, onu yuxudan oyatmışdı. Özünü saxlaya bilmədi, hönkürtü ilə ağlamağa başladı. Dodaqlarının ucu ilə: “Kaş ki Allah (c.c.) mənəvi xəstəliklərimi və yaralarımı sağaldan bir mənəvi bir həkim göndərəydi. O həkim məni müalicə etsəydi və məndə heç bir xəstəlik qalmasaydı”,- demişdi ki, gözlərinin önünə Peyğəmbər Əfəndimiz (s.ə.s.) gəldi...


Geri dön

T_17

  • 10 may 2011 16:10
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
ALLAH RAZI OLSUN

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 16:30
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
TWK MARAQLIDI

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 19 mart 2011 11:27
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tesekkurler

--------------------

Ulya

  • 4 noyabr 2010 18:34
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
twk

Yusif

  • 4 noyabr 2010 17:04
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
gozel xebere gore tesekkurler

sevgi yalandir

  • 4 noyabr 2010 16:16
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
BUYURUN)))

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 30
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}