Oğurluq

 
Oğurluq

Oğurluq

Talıbın varlanmaq hərisliyi qızının şikəst qalması ilə nəticələnmişdi. O, öz əli ilə yeganə övladının həyatını alt-üst etmişdi

Talıb bir müddət idi ki, xəstəxanaların birində həkim işləyirdi. Qürbətdə çalışmaqdan bezmişdi. Ən qısa zamanda öz ata-baba yurduna qayıtmaq istəyirdi. Bunun üçün qərarını da vermişdi: yeni təyinat üçün ərizəsini yazacaqdı. Otağına keçdi, qələm-vərəq alıb ərizəsini yazdı və imzaladı. Tələsik otağından çıxdı və baş həkimin otağına doğru addımladı. Qapını döyüb içəri daxil oldu. Ərizəsini baş həkimə uzadıb: “İşdən çıxmaq haqqında ərizə yazmışam. Zəhmət olmasa qəbul edin və yeni təyinatla bağlı prosedura start verin”, - dedi.
Əslində baş həkim Talıbın işindən, davranışından, xəstələrlə münasibətindən razı deyildi. Şikayət ərizələri bütün bunların göstəricisi idi. Təmkinlə ərizəyə dərkənar yazdı və: “Ərizəniz nəzərə alınacaq”, - dedi.
Talıbın sevincinin həddi-hüdudu yox idi. Uzun illər ayrı qaldığı doğmalarının yanına qayıdacaqdı. Ancaq onun başını qarışdıran, durmadan narahat edən bir məsələ vardı: ən qısa yolla varlı olmaq, kasıblığın daşını atmaq istəyirdi və bunun üçün yollar axtarırdı. Əslində isə o, o qədər də kasıb yaşamırdı. Sadəcə olaraq ətrafında gördüyü bir neçə varlı insana həsəd aparırdı və bu həsəd onu nəyin bahasına olursa-olsun, varlı olmağa sövq edirdi. Bunun üçün müxtəlif lotoreya və loto oyunlarında iştirak etsə də, istədiyinə nail olmamışdı. Başqa yollar axtarırdı...
Təyinat məsələsi həll olunduqdan sonra bu məsələ onu daha çox düşündürməyə başlamışdı. Yeni həyata imkanlı insan kimi başlamaq istəyirdi. Bir çıxış yolu tapdı: xəstəxananın ən bahalı avadanlığını - əməliyyat otağındakı cihazı oğurlayıb satmalı idi.
Ən qısa zamanda bir plan qurdu. Hətta oğurlayacağı əşya üçün müştəri də tapdı. “Onsuz da burada bir neçə gün qalıb gedəcəyəm. Mən getdikdən sonra heç kim məndən şübhələnməyəcək”, - deyə düşünürdü.
Bir neçə gün sonra yenə işə gəldi. Həmin gün xəstəxanada növbətçi qalmalı idi. Oğurluğu da həmin günə planlaşdırmışdı. Əlbir olduğu adamları gecə saat 3-də xəstəxananın arxa qapısına çağırdı. Səssizcə əməliyyat otağına daxil oldu və həmin cihazı götürüb planını gerçəkləşdirdi...
Səhərisi günü özünü dünyanın ən bəxtəvər insanı hesab edirdi. İllərlə planlaşdırdığı arzusuna nail olmuş, bir gecənin içində istədiyi pulu əldə etmişdi. Oğurlayıb satdığı cihazın dövlətin hesabına alındığını, həmin cihazda milyonlarla insanın haqqı olduğunu, onun sayəsində bundan sonra müalicə olunub, bəlkə də yenidən həyata qayıdacaq minlərlə insanı düşünmək belə istəmirdi.
Həyat yoldaşı köçmək üçün bütün işləri tamamlamış, evin əşyalarını bir yerə toplamışdı. Bir azdan yük maşını gəlib əşyaları aparacaqdı. Talıb artıq yeni həyatının xəyallarını qururdu. Bir tərəfdən isə həyətdə balaca rəfiqələri ilə oynayan yeganə övladı olan qızına baxırdı. Bu vaxt qızı rəfiqələrindən ayrılıb su içmək üçün evə girdi. Su içdikdən sonra üçüncü mərtəbənin balkonuna çıxdı və oradan rəfiqələrinə əl eləməyə başladı. Balaca qızcığaz o qədər həyəcanlı idi ki, balkonun kənarına yaxınlaşdığını belə hiss etmədi. Bu məqamda kiçik qız müvazinətini saxlaya bilmədi və üçüncü mərtəbədən yerə çırpıldı.
Bütün bunlar Talıbın gözləri önündə baş verdi. O, xəyallarından ayrılıb qızının yanına gəldi. Qızcığazı qolları arasına alıb cəld xəstəxanaya gətirdi. Yaralını dərhal əməliyyat otağına apardılar. Bu vaxt tibb bacısının: “Buradakı cihaz hanı?” - sualı bütün xəstəxanaya yayıldı. Hər kəs yaralı qız üçün həyati əhəmiyyət daşıyan həmin cihazı axtarırdı. Bu cihaz olmadan yaralıya ilkin yardım göstərmək mümkün deyildi. Təbii ki, o cihazın yerini yalnız Talıb bilirdi. Qan içində olan qızına baxdı və özünü saxlaya bilməyib: “O cihazın yerini bilirəm. Dünən onu oğurlayıb başqa xəstəxanaya satmışam. Mən indi onu gətirərəm”, - dedi və çölə çıxdı. Bir taksiyə oturdu. Bir müddət sonra əlində həmin cihazla qayıtdı. Ancaq artıq gec idi, olan olmuşdu. Talıbın varlanmaq hərisliyi qızının şikəst qalması ilə nəticələnmişdi. O, öz əli ilə yeganə övladının həyatını alt-üst etmişdi. İki polis əməkdaşı onun qollarını qandallayarkən, həyat yoldaşı balaca qızının halına ağlayırdı...


Geri dön

_RONALDO_

  • 27 may 2011 22:14
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
tewekkurler,oxudum

--------------------

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 16:22
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 18 mart 2011 19:38
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
tesekkurler

--------------------

Ulya

  • 8 noyabr 2010 16:14
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol.maraqli hekayedi

R_O_M_A

  • 7 noyabr 2010 21:53
  • Məqalə: 463
  • Şərh: 1132
  • Bal:
{awards}
maraqlidi sagol

--------------------

VIP007_BoY

  • 7 noyabr 2010 19:03
  • Məqalə: 12
  • Şərh: 91
  • Bal:
{awards}
TWKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKK

--------------------
LeGenD.Az
bizim dostluğumuz.
bizim sevincimiz.
bizİm saytımız.

Yusif

  • 7 noyabr 2010 18:47
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 82
Cəmi: 99

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 55
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 870
 
Limon qoxusu
Xəbərləri: 48
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 25
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 19
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}