Qapıdakı ölüm

 
Qapıdakı ölüm

Qapıdakı ölüm

“Həkim, həkim”, - deyə bir səs eşidildi. Gecənin səssizliyini pozan bu səsdəki həyəcan və qorxu açıq-aydın hiss olunurdu. Qapının zəngini çalan şəxsə bir nəfər söykənmişdi, xəstə və ya yaralı olduğu bəlli idi. Qapının zəngini dəfələrlə çaldı. Bir tərəfdən də xəstəni başqa bir həkimin yanına aparmaq məqsədi ilə yoldan taksi keçib-keçmədiyinə baxırdı. Bu vaxt dəmir qapı açıldı. Qapıda dayanan adam gözlərini ovuşduraraq, gözlüklərini taxdı: “Kimsiniz, nə istəyirsiniz?” Qapını döyən şəxs həyəcanla: “Həkim, qardaşım ağır xəstədir, dərhal həkim müdaxiləsinə ehtiyac var. Məhəlləmizə ən yaxın həkim siz olduğunuz üçün gecənin bu vaxtında sizi narahat edirik”, - dedi. Həkim onu başdan ayağa süzdü və əsəbi halda: “Bu vaxt qapını döyüb insanı narahat etməzlər”, - söylədi. Onun isə israrları bitmirdi: “Qardaşımın vəziyyəti qəflətən ağırlaşdı. Nə baş verdiyini anlaya bilmədik. Daha əvvəl belə ağrıları olmurdu. Qardaşım tikintidə fəhlədir. Əvvəlcə elə bildik yorğunluqdandır. Ancaq sancıları artanda infarkt ehtimalından qorxduq. Həkim, xahiş edirəm, qardaşımı müayinə edin, müdaxilə geciksə, ölə bilər”. Sanki bütün bu yalvarışlar divara dəyib qayıdırdı. Həkim çox soyuqqanlı bir şəkildə: “Bizim xəstəxanaya alətlər Avropadan gətirilir. Bu səbəbdən də bizdə müayinə xərcləri çox bahadır. Sizin bu xərcləri ödəyəcəyinizə inamıram. Gedin, cibinizə uyğun həkim tapın”,- bildirdi. Qapıdakı şəxs bu laqeyd münasibət qarşısında söz tapa bilmədi. Bir neçə saniyə fikirləşdikdən sonra: “Həkim, siz qardaşımı müayinə edin, mən pulu tapıb sizə çatdıraram. Lazım gəlsə evimdəki əşyaları sataram”, - deyə bildi və göz yaşlarını saxlaya bilməyib hönkürtü ilə ağlamağa başladı. Həkimin münasibətində isə zərrə qədər dəyişiklik baş vermədi, hətta daha da hirsli bir şəkildə: “Bizdə xidmət xərci əvvəlcədən ödənir”, - cavab verdi.
Xəstənin vəziyyəti isə getdikcə ağırlaşırdı. Artıq söykənərək də olsa, ayaq üstə dayana bilmirdi. Bir əlini ürəyinin üstünə qoyub sanki ağrılarını azaltmağa çalışırdı. Ara-sıra isə yıxılmaq təhlükəsi ilə üzləşirdi. Qardaşının vəziyyətinin ağırlaşdığını gördükcə onun yalvarışları da artırdı: “Qulunuz olaram, nə desəniz edərəm. Yetər ki qardaşım qurtulsun”.
Qardaşının ölümünə göz yuma bilməzdi. Yalvarmaqda davam edirdi: “Həkim, qardaşım hər halda infarkt keçirmək üzrədir. Mən sizə söz verirəm, pulunuzu çatdıracam”. Həkim isə şəhadət barmağı ilə baş barmağını bir-birinə sürtərək, nəğd pula işarə vurdu.
”İnsanlar nə qədər vicdansız ola bilər, İlahi”, - deyə mırıldandı. Başqa çıxış yolu qalmamışdı. Həkimə son təklifini verdi: “Razıyam, sizin dediyiniz pulu indi tapıb gətirəcəyəm. Siz mən gələnə qədər qardaşımı müayinə edin”. Həkimin cavabı isə daha amansız oldu: “Siz gedin. Qardaşınızı isə elə buradaca yerə uzadın. Siz gələnəcən ölməz. Pulu tapıb gətirəndən sonra mən də qardaşınızı müalicə edərəm”, - dedi və qapını onların üzlərinə bağladı.
Başqa çarə yox idi. Qardaşını yerə uzatdı. Özü isə qaçaraq küçəyə çıxdı, gecənin qaranlığında gözdən itdi...
Xəstənin vəziyyəti getdikcə ağırlaşırdı. Başını yuxarı qaldırmağa belə taqəti qalmamışdı. Onsuz da solğun olan üzü əhəng kimi ağarmışdı. Bir tərəfdən də havanın soyuqluğu onu tir-tir titrədirdi.
Gecə isə getdikcə zülmətləşirdi. Təxminən yarım saat sonra küçənin başında bir siluet göründü. Qaça-qaça xəstəyə tərəf yaxınlaşırdı. Qardaşının yanına çatdı, onu buz kimi yerdən qaldırmaq istədi. Ancaq onun bədəni xeyli soyumuştu, üstəlik də qatılaşmışdı. Nəbzini yoxladı. Dayanmışdı. Dəlicəsinə çığırdı. Bu çığırtı zülmət gecəni sanki ayağa qaldırdı. Qardaşının soyumuş bədənini qucaqladı. Hönkürtü ilə ağlayırdı. Bir müddət o vəziyyətdə qaldı. Birdən ayağa qalxdı. Həkimin qapısını yenidən döydü. Bu dəfə qapı daha tez açıldı. Həkim pulun qoxusunu almışdı sanki. O, bu dəfə yalvarmadı. Ən dərin nifrətlə həkimin gözlərinin içinə baxdı. Həkim özünü itirsə də, yenə qeyri-insani bir şəkildə: “Pulu gətirdin”, - deyə soruşdu. Onun isə nifrəti daha artdı. “Bəli, gətirdim”, - dedi və əlində tutduğu pulu ruhunu mal-dövlətə, pula qul etmiş həkimin sifətinə çırpdı...
Qardaşının cəsədini zorla yerdən qaldırdı, çiyninə alıb həkimin həyətindən çıxdı. Gəldiyi yolla geri qayıtdı, gecənin zülmətində gözdən itdi. Onunla birlikdə bir hıçqırıq səsi də küçənin başında yoxa çıxdı. Ətrafı yenidən qatı səssizlik bürüdü...
***
Vəhşilik insan cildində aramızda gəzir: ya həkim cildində, ya müəllim cildində, ya jurnalist cildində, ya da adi bir məmur cildində. Zalımlıq və amansızlıq burulğanında boğulan cəmiyyətlərdə insanların ümidi Sonsuz Qüdrət Sahibinədir. Heç kimin zalımlığının cəzasız qalmayacağına inanmaq ən böyük səbir qaynağıdır.


Geri dön

::..ONSLAUGHT::..

  • 26 aprel 2011 22:02
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 16:34
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 20 mart 2011 20:48
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------

Ulya

  • 4 noyabr 2010 17:20
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox maraqlidi

sevgi yalandir

  • 3 noyabr 2010 16:34
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
SERH YAZAN HER KESE TWK

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Yusif

  • 2 noyabr 2010 20:19
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 57
Cəmi: 86

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 143
 
The Shield
Xəbərləri: 36
Cəmi: 296
 
Darling
Xəbərləri: 34
Cəmi: 919
 
aytc.sza
Xəbərləri: 25
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 578
 
❤Queen❤
Xəbərləri: 13
Cəmi: 72
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 301
 
Jesicca
Xəbərləri: 12
Cəmi: 53
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}