Prezident verilişləri tənqid etdi: 'Televiziya kanallarımız, demək olar ki..'

 
Prezident verilişləri tənqid etdi: 'Televiziya kanallarımız, demək olar ki..'

Prezident İlham Əliyev Nazirlər Kabinetinin dünən keçirilən iclasında Azərbaycanda ərzaq təhlükəsizliyindən danışıb və bu sahədə narazı olduğu məqamları dilə gətirib.

ölkə başçısı bu sahədə telekanallarda baş verən xoşagəlməz hallara da diqqət yetirib:

Bu gün səhiyyə naziri də çıxışında dedi ki, səhiyyə sisteminin təkmilləşməsinə nə qədər böyük investisiyalar qoyulur. Nə qədər vəsait qoyulur və nə qədər gözəl nəticələr vardır. Dünya Səhiyyə Təşkilatı nailiyyətlərimizi çox böyük, həvəslə qeyd edir və misal çəkir. Azərbaycanda bu sahədə görülən işlər, doğrudan da, bir örnək ola bilər. Diaqnostika mərkəzləri, rayon xəstəxanaları, mərkəzi xəstəxanalar, idman qurğuları tikilir, ekoloji tədbirlər görülür, içməli su layihələri icra edilir. Bu gün ekologiya və təbii sərvətlər naziri də bu barədə danışmışdır. Məişət tullantıları zavodu tikilir ki, havamız çirklənməsin.

Bütün bu addımlar insanın sağlamlığına birbaşa müsbət təsir göstərir. Bununla bərabər, keyfiyyətsiz ərzaq, əlbəttə ki, böyük təhlükə mənbəyidir. Mən hesab edirəm ki, bu sahəyə daha da böyük diqqət göstərilməlidir. Bir halda ki, bundan söz düşdü, bir məsələyə də diqqət yetirmək istəyirəm. Bizim televiziya kanallarımız, demək olar ki, onların hamısı indi belə verilişlər, yəni mətbəxlə, yeməklərin bişirilməsi, hazırlanması ilə bağlı verilişlər təqdim edirlər. Birincisi onu demək istəyirəm ki, bu da xaricdən gələn bir meyllidir. O ölkələrdə ki, evlərdə yemək bişirilmir, onlar üçün bəlkə bu, daha da aktualdır. Təbii ki, Azərbaycanda evlərdə bişirilən yemək, indi istənilən restorandan daha da yaxşıdır, ləzzətlidir. Amma bu, bir dəbdir, bizə də gəlib çatıbdır. Mən etiraz etmirəm, olsun. Ancaq bir şərtlə ki, orada göstərilən reseptlər və yeməklərin bişirilmə qaydaları insanların sağlamlığına mənfi təsir göstərməsin. Mən o verilişlərə hərdənbir baxıram və bəzi hallarda çox ürək ağrısı ilə görürəm ki, indi yağın içində üzən yeməklər təbliğ edilir. Axı olmaz. Bu yeməkləri gündə yeyən insan xəstələnəcəkdir. Yəni, nə qədər gülməlidisə, bir o qədər də faciəvidir. Doğrudan, biz sağlam həyat tərzini təbliğ edirik. İnsanları pis vərdişlərdən çəkindirməyə çalışırıq, idmanı təbliğ edirik, siqaret çəkənə müsbət münasibət ola bilməz. Alkoqollu içkilərə aludə olanlar qınaq obyektinə çevrilməlidir. Belə olan halda, bizim bəzi kanalların insanlara verdikləri təkliflər əlbəttə ki, çox məyusedicidir.

Mən özəl kanalların siyasətinə qarışmaq fikrində deyiləm. Ancaq məsləhət verə bilərəm ki, insan orqanizmi üçün sağlam reseptləri daha çox tətbiq etsinlər
”.


Geri dön

Online

İstifadəçilər: 4
Qonaqlar: 21
Cəmi: 50

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}