Babadağ ziyarətgahı

 
Babadağ ziyarətgahı

Ona el arasında Həzrət Baba ziyarətgahı da deyilir.

Qarlı zirvəsi olan dağların əhatəsində insanların yüz illərdir ki, müqəddəsliyinə tapınıb pənah gətirdiyi bir məkan var. Bu, dəniz səviyyəsindən 3629 metr yüksəklikdə yerləşən Babadağ və ya Həzrət Baba ziyarətgahıdır. Həzrət Baba İsmayıllı rayonunun Lahıc kəndindədir. Ziyarətgahın yaranması ilə bağlı xalq arasında maraqlı rəvayətlər dolaşır. Rəvayətlərdən birində deyilir ki, Həzrət Baba Allahın ən çox sevdiyi qullarından biri olub. O, bu dağlarda çobanlıq edirmiş. Həzrət Baba öz ögey anasını çox sevirmiş. Bir dəfə zəmidə bir buğda dənəsi onun ayağı altında qalıb. Həzrət Baba isə çox kədərlənib. O, ögey anası ilə Babadağına çıxıb və Allahdan bağışlanmağını istəyib. Ögey anası dağın ətəyində, Həzrət Baba isə dağın zirvəsində dua edir. Deyilənlərə görə, Həzrət Baba dağın zirvəsində qeyb olub.

Başqa bir rəvayətə görə, Həzrət Baba Səudiyyə Ərəbistanında yaşayırmış. Sonralar söhbət gedən məkana gəlib. Həzrət Babanın Babadağa gəlişi Ərəbistanda İslamın meydana gəlməsindən sonra baş verib. Deyilənlərə görə, bir məclisdə necə olursa görmür, ayağının altında bir düyü dənəsi qalır. Düyü də bərəkətdir. Elə həmin gecə də Allah yuxusuna girir. Günahını yumaq üçün ona Babadağa getməyi tapşırır. Yolu da başa salır. Elə həmin gecənin səhəri Həzrət Baba ailəsini də götürüb yola çıxır.

Danışırlar ki, Həzrət Babanın anası Babadağa qalxmaqdan imtina edir, bacısı Ağabikə isə qardaşından ayrılmır, Babadağın zirvəsində məskunlaşırlar.

Şair Musa Yaqub “Babadağın ağ dumanı” poemasında Həzrət Babanın əvvəlcə Babadağın ətəyində yaşadığını yazır. O vaxtlar tufan, qasırğa bu tərəflərdən — dağların ətəyinə sığınmış kəndlərdən əl çəkmirmiş. Camaatın əkin-biçinini zay edirmiş. Bu işin başında duran da şeytan imiş.

Adamlar Həzrət Babanın yanına xahişə gedirlər. Həzrət Baba şeytanı öldürmək üçün onun yaşadığı dağlara qalxır. İndi dəfn edildiyi yerdə yurd salır (belə fikir də var ki, Həzrət Baba qeybə çəkilib. İnsanların ziyarət elədiyi bu qəbir rəmzidir). Həzrət Baba şeytanı öldürə bilməsə də, dağ kəli, dağ keçisi və qartalların köməyi ilə onu qovub ən dərin bir dərəyə salır — camaatı bəladan xilas edir. Şeytanın gizləndiyi həmin dibsiz dərədən indi də uğultu gəlir. İnsanlar o gündən şeytanın yaşadığı həmin dərəyə daş atırlar. Sonra qartal, kəklik, İsgəndər quşları dimdiklərində neçə gün dalbadal dən daşıyıb gətirirlər. Həzrət Baba yer əkir, taxıl yetişdirir. Əkində-biçində dağ heyvanları onun köməyinə gəlir. Sonra Həzrət Babanın ömür-gün yoldaşı Güllü və qızı onun dalınca bu zirvəyə gəlib çıxırlar. Deyirlər ki, ana və qızı ziyarətgahın yamacında, Həzrət Baba isə zirvəsində dəfn olunub.

Babadağ ziyarətgahı

Bu dağ ilboyu qarlı olur. Ona görə də bu dağa bəzən Qarlı baba da deyirlər. Ziyarətgahı 7 dəfə ziyarət edən şəxsə «həzrət» deyirlər.

Həzrət Baba ziyarətgahına yalnız iki tərəfdən — İsmayıllıdan və Qubadan yol var. Bakıdan Lahıc qəsəbəsinə kimi 170 km-dir. Həzrət Baba ziyarətgahına gedən yol Qurbangah deyilən yerdən başlayır.

Babadağ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.


Geri dön

Воровской

  • 19 aprel 2012 14:39
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
thank (alda)

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

C.I

  • 19 aprel 2012 14:38
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
maraqli idi cox sag ol............

--------------------

AysU_DilarE

  • 19 aprel 2012 13:48
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
melumatlandirdigin ucun sag ol ewitmiwdim ama burda daha etrafli oxudum qismet olsa getmek isderdim twkler

--------------------

ANGEL LOVE

  • 19 aprel 2012 12:31
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twk xebere gore..................

--------------------

tontonun anasi

  • 19 aprel 2012 11:18
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
INWALLAH ORANI GORMEK BIZE QISMET OLAR

--------------------

SWEET LOVE

  • 19 aprel 2012 03:06
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
{awards}
HMM.GETMEK ISTEYEREM

... Deryam ...

  • 19 aprel 2012 00:22
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Maraqlı ve geniş məlumatlara görə tşklər .

--------------------

★Azerbaijan girl★

  • 19 aprel 2012 00:10
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
thanks........................

LoVe_LiFe

  • 18 aprel 2012 22:46
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
cox maraqli idi twklerrr mende getmek istiyiremmmmmmmmm ))))

.♣.Chrysalis.♣.

  • 18 aprel 2012 22:42
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
cox maraqli melumat idi twk

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Music Star

  • 18 aprel 2012 22:42
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
Qiyabide olsa gormuw olduq twk

--------------------

BIHTER555

  • 18 aprel 2012 22:32
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
Bu bizim terefdedi.Xebere gore twk,sevindim,3defe hemin ziyaretgaha getmiwem

VIPTOZ

  • 18 aprel 2012 21:58
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
AZERBAYCANIN 1 cox rayonlarinda olmusam ama teesufki qubada olmamisam.menede ziyaret etmek isterdim ama heleki nesib olmayib.insallah ne vaxtsa olar.bilmediklerimi oyrendim tsk xebere gore

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

EnD of TiMe

  • 18 aprel 2012 21:44
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
cox yuksekiymis..bilmiridm..tesekkurler melumata gore......

✰Dгeaм✰

  • 18 aprel 2012 21:03
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Bilmirdim,amma senin sayende bildim.Tesekkurler.

B_A_H_A_R

  • 18 aprel 2012 20:57
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
bilmirdim tesekkur.maraqli idi

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

★Miss Love★

  • 18 aprel 2012 20:42
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Maraqli idi oxudum...тewekkurler=)

Nuray2012

  • 18 aprel 2012 20:41
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Tewekkurler xebere gore

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 28
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}