Səbirsiz bağban meyvəsi – Papayya

 
Səbirsiz bağban meyvəsi – Papayya

Səbirsiz bağban meyvəsi – Papayya (Carica papaya). Milyonlarla insanın qida rasionuna daxil olan və mamao, paupau, yemiş ağacı, çörək ağacı adları ilə tanınan bu bitki Carica cinsindəndir. Papayyanın xarici görünüşü pis ola bilər, lakin bunu onun dadına aid etmək olmaz. Çünki papayyanı bir dadan bir daha dadmaq istəyir. Vasko da Qama Hindistana səfəri zamanı papayyanın dadına baxmış və onu “Hindistanın qızıl ağacı” adlandırmışdır. Armuddan bir qədər böyük olub sarı və ya narıncı qabığa malikdir.

Tünd narıncı lətinin içində çoxlu xırda və bir qədər bibər dadı verən yeməli toxumları var. Floridada yerli əhali papayyanın yarpağından paltarları yumaq üçün bir sabun kimi istifadə edir, ona görə bu ştatda meyvəni “zənci sabunu” adlandırırlar. Meyvənin şirəsi mədə şirəsini əvəz edəcək qədər güclü fizioloji aktivliyə malikdir. Belə təsir papayyanın tərkibindəki papain adlı fermentin hesabına yaranır.

Botaniki təsviri.

Papayya ağacı

Çox da hündür olmayan 5-10 metrlik həmişəyaşıl palmayabənzər papayya ağacı yarpaqsız gövdəyə malikdir. Bitki ikievli olub erkək və dişi formaları ayırd edilir. Yarpaqları gövdənin lap ucunda yerləşib diametrləri 50-70 sm-dir, formasına və dadına görə yemişi xatırladan kəhrəba və ya sarı rəngli meyvələri isə 15-45 sm uzunluğunda olub diametri 10-30 sm-ə, çəkisi isə 2-2,5 kq-a yaxındır. Tez yetişən bitki olub, çox qısa ömrə (5 il) malikdir.

Papayya ağacının çiçəyi
Yetişdirilməsi və istifadəsi.


Papayyanın vətəni Meksikanın cənubu, Mərkəzi Amerika və Cənubi Amerikanın şimalı sayılır. Lakin buna baxmayaraq şaxtaya dözümü olmayan, suyu çox sevən bu meyvə bütün tropik qurşaqda ilin istənilən fəslində yetişdirilir. Meyvələri seçib alan zaman hamar qabıqlı olanlara üstünlük vermək lazımdır. Əgər meyvələri kal olarsa, dəyməsi üçün onun 3-4 gün qaranlıq mühitdə və ya bananla bir qabda saxlanması kifayətdir. Yetişmiş meyvələr isəsoyuducuda 1 həftə qala bilər. İstifadəsinə gəldikdə isə əsasən desert-qida məqsədilə meyvə salatlarında, sərinləşdirici içkilərin hazırlanmasında tətbiq edilir. Meyvənin qabığı soyulduqdan və toxumları çıxarıldıqdan sonra çiy şəkildə yeyilir, əgər meyvə tam yetişməyibsə, onu qaynadıb da yemək olar. Papayya qazın üzərində bişdikdə ondan çox gözəl çörək ətri gəlir. Məhz çörək ağacı adı da ona buna görə verilib. İspan dənizçiləri isə onu yemiş ağacı adlandırmışlar.

Papayyanın çiçəyiKimyəvi tərkibi.

Kal papayya meyvəsinin, o cümlədən bitkinin bir çox hissələrinin süd şirəsinin və yetişmiş toxumlarının tərkibində çoxlu fermentlər mövcuddur. Bunlardan biri də papain fermentidir. Papaindən min illər boyunca Cənubi Amerikada sərt ət liflərini parçalamaq üçün istifadə edirlər. Hal-hazırda bu fermentlərdən həzm sistemi pozğunluqları

Papayya ağacının çiçəyi
zamanı istifadə edilən həblər hazırlanır. 1 hektar papayya yetişdirilmiş ərazidən 100 kq-a yaxın papayin fermenti əldə etmək olar. Papayyanın qabığına sarı rəngi verən isə karotin yox, karikaksantindir. Həmçinin tərkibi A və C vitaminləri ilə də zəngindir. Onu da qeyd edək ki, meyvələri toplayan zaman bir qədər ehtiyatlı olmaq lazımdır, çünki papayya lateks-şirə ifraz edərək dərini qıcıqlandıra, allergik reaksiyalara səbəb ola bilər. Papayyanın meyvə və yarpaqlarında qurdqovucu təsirə malik olub yüksək dozada təhlükəli olan karpain adlı alkaloid də mövcuddur. 100 qram papayya meyvəsi 26-74 kaloridir. Hindistan və Şri-Lankada yaşayan yerli xanımlar uzun illər papayyadan kontrasepsiya vasitəsi kimi istifadə ediblər.

Papayyanın yarpağı
Papayya və donuz qripi.


2008-ci il tibb elmləri üzrə Nobel mükafatı laureatı, HİV retrovirusunu aşkar edən məşhur fransız virusoloqu Lyuk Montanye A/H1N1 virusundan qorunmaq üçün profilaktika məqsədilə papayyadan istifadə etməyi məsləhət görür. Montanyenin apardığı tədqiqat nəticəsində aydın olmuşdur ki, bu virusdan dünyasını dəyişənlər daha çox ürək-damar problemlərindən əziyyət çəkənlərdir. Hətta virusoloq özü də soyuqdəymədən qorunmaq üçün papayya ekstraktı qəbul edir. Montanye Vatikana səfəri zamanı parkinsonizm xəstəliyindən əziyyət çəkən roma papası II İohan Pavelə də papayya ekstraktından istifadə etməyi məsləhət görmüşdür. Roma papasının bu məsləhətə əməl edib-etməməsi dəqiq məlum deyil, lakin bu görüşdən bir müddət sonra papanın vəziyyətində müsbətə doğru irəliləyişlərin olduğu bildirilir.

Papayya ağacıTibdə tətbiqi.

ABŞ-da herpesin, ekzemanın müalicəsində papayyadan hazırlanmış həblərdən istifadə edilir. Həmçinin həzm sistemini yaxşılaşdıran vasitə kimi qastrit, mədə xorası, antikoaqulyant kimi isə damar trombozlarında, kosmetologiyada isə yanıqlarda, dəridə olan arzuedilməz tüklərin və çillərin yox edilməsi üçün istifadə edilə bilər.

Yaponiyada Tokio və ABŞ-da Florida Universitetinin alimlərinin tibb elmləri doktoru Nama Danqanın rəhbərliyi altında apardığı uğurlu tədqiqat nəticəsində aydın olmuşdur ki, papayyanın qurudulmuş yarpaqlarından alınan ekstraktdan qaraciyər, ağciyər, uşaqlıq boynu, mədəaltı vəzi və digər orqanların bəd xassəli törəmələrinin inkişafını yetərli qədər dayandırır. Çünki ekstraktın hüceyrələrə təsiri nəticəsində Th1 tip molekulyar sitokinlərin sintezi artır.

Qəbul qaydası:

Sutkalıq doza üçün 2 xörək qaşığı qurudulmuş papayya yarpağının üzərinə 2 stəkan qaynar su əlavə edilib bütün gecəni dəmə qoyulur. Səhəri gün alınmış
məhlul süzülür, bir qədər qızdırılır və 1/4 stəkan gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir.
Papayya qida sənayesində də kifayət qədər tanınmış bitkidir. Belə ki, onun köməyi ilə şərab və likorlar şəffaflaşdırılır, onlara çoxdan saxlanmış şərab dadı verilir, pendirlər aromatlaşdırılır.
Kriminalistika sahəsində daktiloskopiya üçün də papayya ekstraktından istifadə edilə bilər.


Geri dön

ANGEL LOVE

  • 19 aprel 2012 12:58
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
twkler xebere gore...................

--------------------

LoVe_LiFe

  • 18 aprel 2012 22:06
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkurler xebere gore amma sevmireeemmmmmmmmm

B_A_H_A_R

  • 18 aprel 2012 21:40
  • Məqalə: 12
  • Şərh: 2880
  • Bal:
{awards}
eziyyete gore tesekkur ama botanikayi sevmem

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

Nuray2012

  • 18 aprel 2012 21:32
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol maraqlidi

--------------------

Melek Kiz

  • 18 aprel 2012 19:27
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
maraqli xeberdi

★Miss Love★

  • 18 aprel 2012 18:27
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
Bu haqda bilmirdim...oxudum maraqli xeberdir тewekkurler canim winked

EnD of TiMe

  • 18 aprel 2012 18:04
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
oo canim ne qeseng xeberdi..cox beyendim....tesekkurler

SWEET LOVE

  • 18 aprel 2012 17:55
  • Məqalə: 0
  • Şərh: 929
  • Bal:
{awards}
TESEKKURLER MARAQLI IDI

AysU_DilarE

  • 18 aprel 2012 17:53
  • Məqalə: 143
  • Şərh: 2573
  • Bal:
{awards}
hmm spasipki mariflendirici xeber ucun cox sag ol

--------------------

✰GoLd GirL✰

  • 18 aprel 2012 17:50
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
Tesekkurler xebere gore maraqli idi beyendim ....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 30
Cəmi: 52

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 22
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 14
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}