"Gedənlər qayıtsa" 2

 
"Gedənlər qayıtsa" 2


Yuxudan tez oyanmaq onda vərdiş halına dönmüşdü. Bu gün də tez ayıldı və ancaq indi fərqinə vardı ki, o, gecə sakit-sakit, rahatlıqla və dərindən fikirləşmək məqsədi ilə çarpayıya uzanıb və elə fikirlər içində, xəyallar qanadında yuxuya gedib.
Bədənində əzginlik hiss eləyirdi. Elə bil, bütün gecəni onu tapdalamışdılar. Sümükləri sızıldayırdl. Beyni yerindən oynamaq dərəcəsində ağrıyırdı.

Pəncərəyə yaxınlaşıb pərdəni araladı. Xəzərə və Xəzərdən bir qarış hündürə qalxmış günəşə baxdı. O, həmişə günəşin belə vaxtını, yəni hələ parıldamağa başlamamış, hələ şüaları göz qamaşdırmayan vaxtında gördükdə onu qayğanağın sarısına oxşadırdı. Əgər siz də diqqətlə fiir versəniz, görərsiniz ki, günəş həm səhər çxanda, həm də axşam batanda məhz qayğanağın sarısı kimi tünd rəngli, yumru olur. Adam lap onu yemək istəyir. Amma bu gün baxanda onu qayğanağa oxşatmadı və bəlkə də indi onun ağlına da gəlmirdi ki, dünyada qayğanaq adlı bir şey var və günəş indi onun sarısına oxşayır.

Harun indi günəşə həmişə baxdığından daha diqqətlə, heyranlıqla və bir qədər də heyrətlə baxırdı. Çünki o, günəşdə Güləri görürdü. Ona elə gəldi ki, kimsə Gülərin şəklini günəşə həkk eləyib və indi günəşə baxan hər kəs Güləri görür. Bəlkə də, ümumiyyətlə dünyada günəş adlı bir şey yox imiş və hər gün səmada görünüb aləmi işıqlandıran, ilahi gözəlliyindən pay ayırıb nur zərrəcikləri şəklində dünyaya hədiyyə göndərən Gülər imiş. Bəlkə elə həqiqətən də belə idi və Harun günəşin Gülər olduğunu ancaq indi duyub hiss eləmişdi.

Bu vaxt günəşin ilk işıq telləri Harunun gözlərini qamaşdırdı və o, xəyaldan ayılıb səmada alovlanmağa, işıldamağa, hərarətlənməyə başlayan günəşi gördü. Başa düşdü ki, səmada Gülər yoxdur, səmada günəş var və heç vaxt səmada Gülər olmayıb, elə həmişə günəş olub. Harun bu həqiqəti başa düşdü və birdən-birə ad günündə istədiyi hədiyyəni almayan uşaq kimi kövrəldi. Harun onu da başa düşdü ki, Gülər onun sandığından da yaxındadır. Gülər onun qəlbindədir, onu səmada axtarmaq lazım deyil!

Harun Gülərlə ayrıldıqları günə, yəni dünənə qədər öz-özlüyündə yəqinləşdirə bilmirdi ki, onu sevir, yoxsa başaldadan ötəri bir hissin əsirinə dönüb. Birlikdə olduqları vaxt bu haqda çox fikirləşmişdisə də bir nəticəyə gəlməmişdi. Elə dünən gecə də çarpayıda uzanıb gözlərini tavana zilləyərək bu haqda fikirləşirdi və yəqin ki, yuxu onu fikir dəryalarında üzdüyü vaxt qəfildən yaxalamasaydı, səhərə qədər də fikirləşərdi. Gülər haqqında fikirləşmək nə qədər də xoş idi?!
Harun uzun müddət ərzində tez-tez öz-özünə verdiyi və cavablandıra bilmədiyi sualın cavabını indi tapdı: o, Güləri sevir!..

Stulda oturub yazı stoluna dirsəkləndi. Siqaret yandırıb yavaşdan danışmağa başladı:
- Dünən biz lap uşaq kimi hərəkət elədik. Axmaqlıq elədik. Yox, uşaqlığı Gülər elədi, çıxıb getdi. Axmaqlığı isə mən elədim, onu saxlamadım. Eybi yox, bu gün səhvimi düzəldərəm. Bu gün gedib onunla danışaram. Məndən nə üçün ayrıldığının səbəbini öyrənərəm. Bəlkə özüm də bilmədən onun xətrinə dəymişəm?! Lap lazım olsa, üzr də istəyərəm. Eyib deyil ki... Barışarıq. Yenə də hər şey əvvəlki kimi olar...

Bilsəniz Harun necə rahatlandı. Artıq bədənində bayaqkı əzginliyi də hiss eləmirdi, sümükləri də sızıldamırdı, başı da ağrımırdı. O, özünü əməlli-başlı gümrah hiss etdi.
Harun tələsmədən səhər yeməyini yedi və işə getməyə hazırlaşdı...

"Gedənlər qayıtsa" 2

Harun qəzetlərdən birində ədəbiyyat şöbəsinin müdürü idi. Burada tələbə yoldaşı olmuş Fərruxla işləyirdi. Elə əslinə qalsa, Fərruxun burda işləməsinin səbəbkarı Harun idi. Araları yaxşı idi. Səmimi dost olmasalar da yaxın yoldaş idilər.
Harun redaksiyaya çatıb öz şöbələrinə girdi. Fərrux artıq gəlmişdi və stolunun dalında oturub nəsə yazırdı.
Salamlaşdılar.
Harun da öz stolunun dalına keçib oturdu. Bir müddət stolun üstündə hökm sürən səliqəsizliyə, qarmaqarışıqlığa baxdı.

- Harun, nə fikirləşirsən?
- Heç, fikirləşirəm ki, bunlarla nə edim,
- o, stolun üstündə qalaqlanmış kağızlara işarə etdi.- hər gün o qədər şeir, hekayə gəlir ki... Amma arasında bir dənə də fərlisi yoxdur ki, çapa verim. Bunlar şeir yox, şeiriyyatın üz qaralarıdır. Bilmirəm bu camaatı yazmağa nə məcbur edir?! Elə bil başlarına tapança dirəyiblər ki, yazmasan vuracağam. Fərrux, bilirsən yadıma nə düşdü?
- Nə?
- Qabilin şeiri.
- Hansı?
- Yaza bilmirsən yazma də,
Yazma ki, zay olub gedər.
Dönər çürük qoz içinə,
Heç-puça tay olub gedər.

- Hə, yaxşı şeirdir.
Bir az sonra Fərrux belə bir təklif irəli sürdü:
- Xoşuna gəlmirsə, cır tulla, nə fikirləşirsən?
- Yox, cırmağa əlim gəlmir.
- Nə üçün?
- Camaat bunun üstündə əziyyət çəkib. Onların zəhmətini, əməyini necə cıra bilərəm?
- Onda qaytar özlərinə.
- Onu da bacarmaram. Birincisi, necə deyim ki, yazdığın bir şeyə yaramır? Ikincisi də ki, yazanların çoxunu heç tanımıram. Məktubla göndərirlər.
- Onda yığ ayrıca qovıuğa, qoy şkafa.
- Hə, gərək elə eləyim.

Daha danışmadılar. Hərəsi öz işi ilə məşğul oldu.

"Gedənlər qayıtsa" 2

Saatın tamamında Harun xəbərlərə qulaq asmaq üçün radionu yandırdı. Diktorun səsi eşidildi:
Dünən Bakı sakini İsfəndiyar İmamyarlının evində oğurluq hadisəsi baş verib. Aparılan axtarışlar nəticəsində cinayətkar saxlanılıb. Məlum olub ki, cinayəti törədən onların qonşuları Ramiz adlı gəncdir. O, İsfəndiyar İmamyarlının qızını istəyirmiş. Isfəndiyar isə qızını ona verməkdən imtina edib. Ramiz isə onların evinə girib və evdən iyirmi min manata qədər pul əskinası, altı min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Dindirilmə zamanı Ramiz hər şeyi etiraf edib və hadisəni içkili olduğu vaxt, istəməyərək törətdiyini bildirib. Istintaq aparılır...

Yaman bahalı qisasdır”- deyə Harun fikirləşdi.
Xəbərlər isə davam edirdi:
Bakı zibillik içindədir. Hal-hazırda şəhər başçılarını düşündürən aktual problemlərdən biri zibil problemidir. Bakının on bir rayonunda iki mindən çox irili-xırdalı zibillik var. Tezliklə Bakıda zibil emalı zavodunun inşa edilməsi də planlaşdırılır. Bu, həm də on minə yaxın adamın işlə təmin olunması deməkdir.
Indi isə idman haqqında...

Harun radionu söndürüb siqaret yandırdı.
- Fərrux, mən ölüm, maraqlı adamlardılar e...
- Kimlər?
- Kim bir şey elədi, deyir ki, içkili olmuşam, bilməmişəm. O zəhrimardan mən də içirəm də... Nə üçün oğurluq eləmirəm, kimisə öldürmürəm? Gedim camaatı bədbəxt eləyim ki, nə var-nə var, içmişəm... Camaatı da qoyasan multfilm-multfilm danışsınlar.
- Amma o zibili düz eləyirlər, gərək çoxdan məşğul olaydılar.
- Zibil hamımızın problemidir. Bu haqda hamımız fikirləşməliyik.- Harun yaman coşmuşdu, elə bil, böyük auditoriya qabağında çıxış edirdi.- Əgər hamı küçəyə atdığı adicə çöpün də ətraf mühitə nə qədər ziyan verdiyinin fərqinə varsa, təmizliyə, sanitariyaya əməl etsə, hər yer də təmiz olar. Bəs xəstəliklər nədən artır? Çünki hər yer zibildir, zibil də mikrobdur. Camaat da xarab olub e... Hara gəldi zibili atırlar, sonra da başlayırlar ki, şəhərin meri baxmır, nə bilim, ekologiya nazirliyi maraqlanmır...


"Gedənlər qayıtsa" 2

Harun danışmağına ara verib yenə siqaret yandırdı.
Keçib pəncərənin qabağında dayandı.
Küçədə maşınlar şütüyürdü...
Səkidə adamlar gəzişirdi...
Gülər yadına düşdü.
Görəsən Gülər indi hardadır? Nə edir?
Harun axşamacan özündə olmadı. Onun cismi redaksiyada, ruhu isə Gülərin yanında idi...
Necə olursa-olsun, bu gün Gülərlə görüşməli, ürəyindəkiləri, fikirləşdiklərini, hiss etdiklərini ona çatdırmalı idi.
Gülərin işdən çıxmağına əlli dəqiqə qalmış redaksiyadan çıxdı. Harun heç vaxt Gülərin iş yerinə getməmişdi, amma yerini bilirdi. Yol evlərinin qabağından keçirdi. Başqa yol da var idi, amma vaxt itirə bilərdi və Güləri görə bilməzdi.
Harun binalarının qabağından keçəndə daldan uşaq səsi eşitdi. Çevrilib baxanda gördü ki, Fəridə qaça-qaça ona tərəf gəlir. Fəridə çatıb əllərini ona uzatdı. Harun Fəridəni qucağına götürüb öpdü.

- Atan hanı?
Fəridə cavab verməyib başını dala çevirdi və yaxınlaşmaqda olan ata-anasını göstərdi. Əflatun yoldaşı ilə yaxınlaşdı. Salamlaşdılar.
- Harun, bu gün işdən tez çıxmısan?
- Hə, işim az idi.
- Harasa getmirsən?
- Yox, evə gedirəm.
Gəlinin yanında utanıb hara getdiyini demədi. Evə girəndə öz-özünə dedi ki, gərək gedəydim, nahaq getmədim. Amma keçdi.
Söhbət əsnasında Əflatun dedi:

- Harun, nə fikirləşirsən? Haçan evlənirsən? Vaxtın çatıb.
Harun –“imkan versəydin gələcək arvadımın görüşünə gedəcəkdim”- fikirləşdisə də:
- Inşaallah, yaxşı olar.- deməklə kifayətləndi.
- Nə deyirəm ki... Təki yaxşı olsun.


"Gedənlər qayıtsa" 2

Ardı var...


Geri dön

✰GlaMurKa✰

  • 13 may 2012 00:40
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
gedenler getsin qayitmasin onu gedende dusunerdiler

enigmatic_girl

  • 21 aprel 2012 03:51
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
hamisini oxuya bilmedim

--------------------

R.M_FaNaTka

  • 20 aprel 2012 11:56
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hhmmmm.....

Maraqli Xebere Gore CooOoOoOooOOooOXxXxX TewEkkKkKUuuuuuRlerRr

--------------------

..:MeleK kiz:..

  • 19 aprel 2012 19:57
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox beyendiyim movzudu ardini gozleyirem

C.I

  • 19 aprel 2012 18:21
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
maraqli idi coxxxxxxx sag ol tskler.................

--------------------

SWEET LOVE

  • 19 aprel 2012 18:12
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
{awards}
TEZ YAZIN DAAA ARDINI BIR DE XAIS EDIREM MUELLIFIN ADINI ASAGIDA GOSTERIN

SeL_cAn

  • 19 aprel 2012 18:01
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}

ƏLLƏRİNİZƏ SAĞLIQ
ARDI GƏLSİN


--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

Dalga

  • 19 aprel 2012 17:54
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Oxudum maraqli hekayedir Eziyyetiniz ucun tewekkur edirem

--------------------

LoVe_LiFe

  • 19 aprel 2012 17:46
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqli hekayedir coxx twkler

simpaticni_avara

  • 19 aprel 2012 17:38
  • Məqalə: 0
  • Şərh: 96
  • Bal:
{awards}
guyada))))))))))))))))))))))

--------------------
sən şəhza'də deyildin ama tac yaraşır'dı :(

EnD of TiMe

  • 19 aprel 2012 17:26
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Oxuyanmadim....sonra vaxt olanda oxuyaram...tesekkurler mence maraqli olar....

SevgiHeyatdi

  • 19 aprel 2012 17:19
  • Məqalə: 6
  • Şərh: 303
  • Bal:
{awards}
indi oxuya bilmedim tewekkurler. oxuyacam

--------------------
Wkalatimin Balasiiiiiiiiiiii............

_LALE_

  • 19 aprel 2012 16:55
  • Məqalə: 3
  • Şərh: 281
  • Bal:
{awards}
MARAQLI HEKAYEDIR...AZERBAYCANDA HARUN ADI VAR???

Nuray2012

  • 19 aprel 2012 16:50
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

★Miss Love★

  • 19 aprel 2012 15:43
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Men hamsini axira kimi oxudum maraqli idi ardi тez gelsin тewekkurler=)

Ku-ku

  • 19 aprel 2012 15:40
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
maraqli yazidi tsk

--------------------

ANGEL LOVE

  • 19 aprel 2012 15:40
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twk yaziya gore..........

--------------------

---ANGELA---

  • 19 aprel 2012 15:20
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
ZƏHMƏT ÇƏKİB YAZDIĞINA GÖRƏ TƏŞƏKKÜRLƏR AMA MƏNDƏ DİGƏRLƏRİ KİMİ HAMISINI OXUMADIM ...

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

AysU_DilarE

  • 19 aprel 2012 15:17
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
yarisini oxudum sebrim catmadi twkler yenede))

--------------------

...BARSA FANATI....

  • 19 aprel 2012 15:10
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
XEBERE GORE TWKR

B_A_H_A_R

  • 19 aprel 2012 15:08
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
eziyyete gore tesekkur beyendim

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

✰Dгeaм✰

  • 19 aprel 2012 15:08
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Cox uzundu.Oxuya bilmirem.

R.M_FaNaTka

  • 19 aprel 2012 15:05
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
bu ne be ne uzunluqundadi ne yalan deyim oxumadim

--------------------

Воровской

  • 19 aprel 2012 15:01
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
thanksssssssssssssssssssssssssssss

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

Music Star

  • 19 aprel 2012 14:54
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
Tewekkur edirem

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 84
Cəmi: 103

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}