Neft və millionlar

 
Neft və millionlar

Azərbaycan - Neft və millionlar səltənəti!
Qara qızılı ilə dünyaya səs salan bir Respublika!
Necə də qürurlu və təntənəli səslənir, deyilmi?
İnsanın sinəsi fərəh hissiylə dolur, gözləri yaşarır.
Çünki Vətənimizdir, anamızdır.
Bir övladı milloner, bir övladı dilənçi olan anamız...

Büdcəmizin hesabındakı pullara və mərkəzdən kənar yerlərə birlikdə eyni vaxtda nəzər salanda bu Vətən adlı anamızın gününü daha yaxşı anlayarıq.
Dərdini bilən yoxdur.
Birdən görürsən ki, dərdi qoz ağacları olur...
Birdən məktəb formasının rənginin necə olması olur...
Yox, başa düşürəm. Məktəblərdə eyni forma geymək pis şey deyil. Amma necə il bu formanın rəngini seçmək olar?
Əsas təhsil problemimiz elə bundanmı ibarətdir bizim?
Sonra deməsinlər ki, niyə uşaqlar bir məsələni güçlə həll edir. Təhsil naziri ki, rəng məsələsini belə həll edir, uşaqlarda riyaziyyatı elə həll edəcəklər...
Nəisə...

Bakıda həyətdə axşamüstü anamla gəzirdik. Gördük ki, qonşular danışır.
Bir qadın əlini əlinə vurub deyinirdi:
"Ay balam, mazut ölkəsi olanda nolar ki, elə gərək hər şeyi mazutdan düzəldələr? Uşağa corab alıram, sabah geyinir, axşama kimi əriyir yarısı yox olur... Yubka alıram, mazutdan, kofta alıram mazutdan. Ruçka alırıq o da mazutdan. Bir gün yazır, sabah baxırsan ki, içi doludur, amma yazmır. Ucuna mürəkkəb doldururlar, qalanı mazutdur..."
Düzdü, qadın çox danışdı. Amma belə baxanda sözlərində həqiqət vardı.

Həmin günü bir təzə xəbər də eşitdim. Sən demə ki, bu il Azərbaycanın istehsal etdiyi 50 milyon ton neftin 16 milyon tonu muəmmalı surətdə yoxa chixib. Əslində yoxa çıxmayıb, hara getdiyi məlumdur.
Diqqət edin - 16 milyon ton nefti sovet hakimiyyeti illerinde Azərbaycan iki ile cixardirdi. Həmin neftle zavod-fabrik ishleyirdi.
Ac yox idi, işsiz yox idi, məktəbə getməyən uşaq yox idi. Bir tərəfdə başı göylərə dəyən imarətlərdə yaşayan, bir tərəfdə isə qaçqınlar məhləsi yox idi.
Hamı demək olar ki, bərabərfason idi.
Həmin neft indi 1 ilə çıxarılır - amma biri millioner olur, biri dilənçi.

Sovet hakimiyyeti zamani Azərbaycanda butöv respublika tikildi. Nə ishler görülduyunu yazmaq yersizdir, hami bilir.
Avam sovet hökuməti...
Sənin vaxtında hərə öz vətənində ağa kimiydi. Hətta Bakıya pul qazanmağa, mədənlərdə işləməyə başqa respublikalardan gələnlər də vardı.
İndi azərbaycan oğullarının yarısı pərən-pərən olub. Rusiyada da mer dəyişdi. Deyirlər bazarları bağlayacaq.
İndi Vətən, sənin dilənçi balaların işdi birdən üzü sənə sarı Ana deyib, bir parça çörəyə geri gələsi olsa, neyləyəcəksən?
Görəsən, bu neft və millionlar səltənətində hamımıza nə vaxtsa altı sıfırlı, doqquz sıfırlı yox, heç olmasa 3-4 sıfırlı bir rəqəm düşəcəkmi?


Geri dön

Ulya

  • 4 noyabr 2010 17:58
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
maraqli idi

Yusif

  • 3 noyabr 2010 17:39
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkur thangs

sevgi yalandir

  • 3 noyabr 2010 17:34
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
TEWEKKRURLER

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 66
Cəmi: 96

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 63
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}