новости 7 дней

Beyinə vurulan zərbə

 
Beyinə vurulan zərbə

İnsanı beyin idarə edir. Görmə, eşitmə, qoxubilmə kimi çox əhəmiyyətli funksiyaları da beyin reallaşdırır
Beyində hər hansı bir problem yarandıqda, kəllə-beyin travmaları baş verdikdə sözügedən funksiyalar pozulur. İnsanın özünüidarəetmə qabiliyyəti itir. Kəllə-beyin travmaları ən çox nəqliyyat qəzası nəticəsində baş verir.

Kəllə travmaları qapalı və açıq olur

Neyrocərrah Ariz Əliyev deyir ki, kəllə-beyin travmalarının qəti təsnifatının olmamasına baxmayaraq, kəllə travmaları qapalı və açıq travmalara ayrılır. Dəri tamlığı pozulmayan kəllə travmaları qapalı, dəri tamlığı pozulan travmalar isə açıq travma sayılır. Açıq travmada beynin sərt qişasının tamlığı pozularsa, buna beyin içərisinə keçmiş, sərt qişasının tamlığı pozulmazsa, nüfuzetməmiş kəllə travması deyilir. Kəllənin qapalı travmalarına beynin silkələnməsi, beynin əzilməsi, beynin sıxılması və travmatik qanaxma aiddir. Kəllə travmaları beynin yumşalmasına, beyin qanaxmasına və s. səbəb olur. Nəticədə bir sıra hərəkət pozğunluqları, epileptik tutmalar, katolepsiya, görmə və nitq pozğunluqları, intellektual dəyişiklik, isterik reaksiyalar baş verir.

Beyin silkələnməsi kəllənin və beynin daha çox təsadüf olunan travmatik pozğunluğudur

Neyrocərrahın sözlərinə görə, beyin silkələnməsi kəllənin və beynin daha çox təsadüf olunan travmatik, pozğunluğu olub, əsas etibarilə, ümumi beyin əlamətləri ilə cərəyan edir. Bu zaman məhəlli pozğunluq əlamətləri olmur. Xəstəliyin patogenezində beyin maddəsinin fiziki və kimyəvi xüsusiyyətinin dəyişməsi, sinapsların şişməsi, onların funksional dəyişikliyi, damar tonusunun pozulması mühüm rol oynayır: «Damar tonusunun dəyişməsi qanın plazmasının hüceyrələrarası sahəyə dolmasına səbəb olur, nəticədə beyin köpür, şişir. Bəzən də qanın formalı elementləri beyin toxumasına süzülür. Beyində külli miqdarda nöqtəvi qansızmalar olur. Bu, ağır beyin silkələnməsi hadisələrində müşahidə edilir. Xəstəliyin əlamətləri beyin silkələnməsinin ağırlığından asılıdır.

Yüngül dərəcəli beyin silkələnməsində xəstə bir neçə dəqiqə, bəzən isə bir neçə saniyə müddətində huşunu itirir. Ayıldıqdan sonra ümumi zəiflik, başağrısı, başgicəllənmə olur, xəstə başında səs-küydən şikayətlənir, ürəyi bulanır, bəzən qusur. Bütün bu əlamətlər bir həftə müddətində keçib-gedir, xəstə özünü tamamilə sağlam hiss edir
».

Ağır dərəcəli beyin silkələnməsində huşsuzluğun müddəti bir neçə saatdan bir neçə günə qədər davam edir, xəstə dərin koma halında olur

A.Əliyev bildirib ki, orta ağırliqlı beyin silkələnməsində xəstə bir neçə saat huşunu itirir, tez-tez və səthi nəfəs alır, reflekslər sönür, qusma və retroqrad amneziya olur. Ağır dərəcəli beyin silkələnməsində huşsuzluğun müddəti bir neçə saatdan bir neçə günə qədər davam edir. Xəstə dərin koma halında olur, nəbzi, tənəffüsü pozulur, üzünün dərisi göyümtül qırmızı rəng alır, qusur, damaq refleksi sönür. Huşu bərpa olduqdan sonra nitq və yaddaş pozğunluğu, amneziya davam edir. Başağrısı sakitləşmir, əvvəlcə xəstə süst, passiv, get-gedə kəmhövsələ olur, hər şeydən kövrəlir, ağlayır, yuxusu pozulur, özünü narahat hiss edir.

Beynin əzilməsi zamanı beyin maddəsi zədələndiyi üçün ümumi beyin əlamətləri ilə yanaşı bir sıra məhəlli, üzvi simptomlar meydana çıxır. Patoloji-anatomik olaraq beyin maddəsində nekroz, yaxud hemorragik yumşalma, bəzən də yumşaq qişanın qan damarlarının zədələnməsi və subaraxnoidal qanaxma müşahidə olunur. Mikroskopik müayinədə zədə almış nahiyənin sinir hüceyrələrinin pozulduğu və nöqtəvi qansızmalar aydın görünür. Beyin maddəsi şişir: «Xəstəliyin əlamətləri əzilmənin yerləşməsindən, həcmindən və zədənin ağırlığından asılıdır. Alın payı zədələndikdə ətraflarda iflic əlamətləri görünür, nitq pozulur, başın və gözün birlikdə bu, yaxud digər tərəfə çevrilməsi məhdudlaşır, xəstənin yaddaşı zəifləyir, özünü apara bilmir».

Təpə payı zədələndikdə bədən sxemi pozulur, hissiyyat itir

Neyrocərrahın dediyinə görə, təpə payı zədələndikdə bədən sxeminin pozulması, hissiyyatın itməsi meydana çıxır. Gicgah payının əzilməsi amnestik nitq pozğunluqlarına səbəb olur. Ən ağır vəziyyət beyin əsası və beyin kötüyü pozulduqda meydana çıxır. Beyin əsasının zədələnməsi huşun uzun müddət itməsinə, tənəffüs və ürək fəaliyyətinin pozulmasına səbəb olur. Beyin kötüyünün pozğunluğunda bu əlamətlər daha ağır cərəyan etdiyi üçün bəzən xəstə huşa gəlmədən ölür.

Qeyd edilən məhəlli simptomlarla yanaşı, beyin zədələnməsi beyin silkələnməsi ilə birlikdə baş verdiyi üçün xəstədə çox ağır ümumi beyin əlamətləri meydana çıxır. Beyin zədələnməsinin ağırlığından asılı olaraq məhəlli simptomlar bəzən tez aradan qalxır, bəzən isə aylarla davam edir, sonra isə qalıq əlaməti kimi xəstənin ömrünün sonunadək sabit saxlanır. Bəzən travmadan çox vaxt keçdikdən sonra, xəstədə epileptik çırpıntılar başlayır. Qadınlarda çox zaman “travmatik nevroz” inkişaf edir:

«Beyin sıxılması travma nəticəsində əmələ gələn hematoma, kəllə sümüklərinin sınıb beyinə batması və beyinin şişib-üfülənməsi ilə əlaqədar olaraq baş verir. Xəstəliyin əlamətləri tədricən inkişaf edir. Belə ki, başağrısı get-gedə şiddətlənir, patoloji yuxululuq halı yaranır, vətər refleksləri bərabər olmur, tədricən zəifləyir və tamamilə sönür, iflic əlamətləri başlayır. Beyin sıxıldıqca koma olur, taxikardiya başlayır, tənəffüs çətinləşir, səsli olur. Əgər xəstəyə təcili yardım göstərilməzsə, birdən-birə ölüm hadisəsi baş verir».

Travmatik qanaxma olduqca təhlükəli bir vəziyyətdir

A.Əliyev vurğulayıb ki, travmatik qanaxma olduqca təhlükəli bir vəziyyətdir. Qan travma nəticəsində epidural boşluqlara və beyin içərisinə axa bilər. Qanaxma həm travma olan saniyədə, həm də travmadan uzun müddət keçdikdən sonra baş verə bilər. Epidural hematoma nəticəsində beyindaxili təzyiq artdığından beyin sıxılmağa başlayır. Hematomanın yerləşməsindən asılı olaraq nevroloji simptomlar da müxtəlif olur.

Beyin ayaqcıqlarının sıxılması nəticəsində göz çəpləşir, göz qapağı sallanır, göz almaları üzücü hərəkətlər edir, bəbək genəlir, yaxud daralır, bəbəyin işığa reaksiyası itir. Uzunsov beyinin sıxılması nəbzin yavaşımasına, tənəffüsün pozulmasına səbəb olur. Beyinin təzyiqi artan tərəfində gözün hərəki siniri pozulur. Beyində hematoma böyüdükcə birtərəfli piramid əlamətləri meydana çıxır, bəzən epileptik tutmalar olur. Epidural hematoma zamanı xəstədə yuxululuq halı, əzgilik, arabir psixomotor pozğunluqlar müşahidə edilir, bəzən nitq pozğunluğu baş verir. Xəstə zehni işlə məşğul ola bilmir, tez yorulur, bəzən hadisələrin yerini, vaxtını yaxşı ayırd edə bilmir. Get-gedə məhəlli simptomlar artmaqla ümumi beyin əlamətləri də kəskinləşir, şiddətli başağrısı olur, nəbz gərginləşir və yavaş vurur, aritmiya başlayır. Getdikcə beyin kötüyünə məxsus simptomlar artır. Komatoz hal kəskinləşir, iflic əlamətləri daha qabarıq şəkildə nəzərə çarpır, bəbəklər daralır, xəstə qeyri-ixtiyarı olaraq sidik buraxır.

Şiddətli başağrısı, psixomotor narahatlıq, patoloji yuxululuq və nəhayət, dərin koma müşahidə olunur

Neyrocərrah bildirib ki, travma nəticəsində subdural boşluğa qan axaraq sərt qişa altında toplanıb hematoma törədə bilər. Subdural hematoma ən çox beyinin qabarıq hissəsində yerləşərək geniş sahəni tutduğu üçün kliniki əlamətləri daha tez meydana çıxır. İlk növbədə, ümumi beyin əlamətləri ilə başlayır. Şiddətli başağrısı, psixomotor narahatlıq, patoloji yuxululuq və nəhayət, dərin koma müşahidə olunur. Get-gedə temperatur yüksəlir, ürək və tənəffüs pozulur, üzün dərisi hiperemiyalaşır, taxikardiya olur. Məhəlli simptomlar, demək olar ki, bir o qədər nəzərə çarpmır. Beyin-onurğa beyin mayesində qan tapıla bilər.
Beyindaxili damarların qırılması nəticəsində beyin içərisinə qan axır.

Beyin içərisində qanaxma epidural qanaxma ilə birlikdə baş verə bilər. Qanaxma ən çox varol körpüsündə, orta beyində olur. Xəstəlik kəskin biaşlayır. Beyin kötüyünün pozğunluğuna xas əlamətlər meydana çıxır. Tənəffüs pozulur, əzələ tonusu zəifləyir, bəbəklərin reaksiyaları itir, yaxud zəifləyir. Xəstə koma vəziyyətinə düşür. Beyindaxili qanaxma travma olan dəqiqələrdə, yaxud travmadan bir neçə gün və həftə keçdikdən sonra başlaya bilər. Xəstə yarımhuşsuz olduğu dövrdə belə, bəzi məhəlli simptomlar tapmaq mümkün olur. Xəstənin uzun müddət koma halında olması proqnozun ağırlığını göstərir.

Xəstənin cərrahi, yaxud konservativ yolla müalicəyə ehtiyacı olduğu dəqiqləşdirilməlidir

A.Əliyevin sözlərinə əsasən, kəllə-beyin travmasında ən əvvəl xəstənin hansı yolla müalicəyə (cərrahi, yaxud konservativ) ehtiyacı olduğu dəqiqləşdirilməlidir. Xəstə mütləq yataq rejimində saxlanılmalıdır. Başağrısını azaltmaq üçün müvafiq dərman preparatlarından istifadə olunmalıdır. Xəstənin başına buz qoymaq lazımdır. Kəllədaxili təzyiqi azaltmaq məqsədilə müvafiq müalicə kursu təyin edilməlidir: «Xəstə ilk öncə xəstəxana şəraitində həkim tərəfindən ciddi müayinə olunmalıdır. Daha sonra müvafiq müalicəyə başlamaq olar»


Geri dön

R.M_FaNaTka

  • 20 aprel 2012 11:55
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:


Maraqli Xebere Gore CooOoOoOooOOooOXxXxX TewEkkKkKUuuuuuRlerRr

--------------------

ANGEL LOVE

  • 20 aprel 2012 11:48
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twkler...................

--------------------

LoVe_LiFe

  • 19 aprel 2012 23:55
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
twkler maraqli xebere twklerrrrrrrr

Nuray2012

  • 19 aprel 2012 22:42
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Tewekkurler xebere gore

--------------------

✰GoLd GirL✰

  • 19 aprel 2012 20:24
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Tesekkurler melumata gore yarisini oxudum amma axirini getire bilmedim.....

EnD of TiMe

  • 19 aprel 2012 20:04
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
demek olar coxunu bilrdim...tesekkurler xebere gore....

Dalga

  • 19 aprel 2012 19:38
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Tewekkur edirem

--------------------

★Miss Love★

  • 19 aprel 2012 19:37
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Maraqli idi oxudum...тewekkurler eziууeтe gore=)

Music Star

  • 19 aprel 2012 19:14
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
Tewekkur edirem....

--------------------

✰Dгeaм✰

  • 19 aprel 2012 18:46
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Cox uzun idi.Oxuya bilmedim,amma secilmislere elave etdim.Tesekkurler.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 15
Cəmi: 31

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}