
Facebook sosial şəbəkəsi populyar məqalələr (Trending Topics) blokunu istifadəçinin dostlarının lentinə əlavə etməyi düşünür.
"Inside Facebook"a istinadən bildirir ki, artıq bir çox istifadəçilərinin lentində belə blok var.
Həmin blokda məqalənin adı, onu müşayiət edən foto və mətnin ilk 130 simvolu var.
"Mashable" bildirir ki, istifadəçinin dostlar lentində 3-6 məqalə olacaq və dostlar siyahısındakı adamlar arasında həmin məqaləni oxuyanların sayı göstəriləcək.
Facebook məqalələri bir sıra nəşrlər və veb-resusrların xəbər sosial əlavələrinin vasitəsilə seçir.
Populyar məqalələr bloku Facebook-un mobil versiyasında da sınaqdan keçirilir.