Sevgi Hekayəsi

 
Sevgi Hekayəsi


Uzun baxışlar dənizə dikilmişdi. Qışın soyuğunda kim dənizə gələrdi? Onu bu yağışlı, küləkli havada dənizə nə gətirmişdi? Uçurumun qırağında olduğunu bilirdi. Həyatında sevdiklərini itirmişdi. Geri baxmağa belə qorxurdu. İndi isə dənizin qırağında tənhalıqda bu soyuq havada saçlarından yağışlar süzülə süzülə dənizə baxırdı. Bəlkədə bu yağışı Allah ona hədiyyə etmişdi, çünki qəlbində olan yaşları gözlərindən axıda bilmirdi. Daha ağlamağa belə gücü qalmamışdı. Bir müddət dəniz qırağında oturduqdan sonra bu mənasız, ikiüzlülərlə, satqınlarla, acgözlərlə, yalanlara dolu olan həyata qayıtmalı olduğunu anlayırdı. Həm artıq evdədə yəqin narahat olmuşdular. Özü qəlbində qan ağlasa da ailəsinə bu ağrını göstərməyə haqqı yox idi, ailəsinin onun üçün üzəlməsinə dayana bilməzdi. Uşaqlıqdan sadəcə həqiqi və saf məhəbbət yaşamaq istəmişdi. Amma nə edəsən ki, indi vəfalı, düzgün insanlar az tapılır.

Budur, ayağa qalxıb maşına doğru gedir. Yolda bir tanışını görür və ayaq saxlayır. Uzun müddət danışdıqdan sonra ona eşitmisən filankəs belə mahnı oxuyur, xoşum gəlirdə onun oxumasından. O an bu sözlər onun üçün o qədər anlamsız idiki. Amma həyatın ona hazırladığı surprizdən belə xəbərsiz idi. Sağollaşıb evə gəlir. Adəti kimi kompüterini yandırır. Son zamanlar yanlız kompüter və yoğun iş ona özünü unutdururdu. O hər şeyi unutmağı, hətta özünü unutmağı o qədər çox istəyirdiki. Msn-i açdı. Və budur. Bir az əvvəl adı çəkilən şəxs ona msn-də dəvət göndərmişdi. O bunun bir zarafat olduğunu və bayaq ki, dostunun onun kefini açmaq üçün etdiyini düşündü. Dəvəti qəbul etdi və söhbətə başladılar. İlk dəfədən oğlan onun bütün xarakterlərini dedi. Ola bilməzdi, bu həyatda onu Allahdan və ailəsindən başqa heçkəs bu qədər tanıya bilməzdi. Yenədə bunun biraz öncə adı çəkilən şəxs olduğuna inanmırdı. Təsadüflərə inanmırdı. Hər bir şeydə Allahın hikmətini ağtarırdı. İndi əlacsız idi. İnanmalı idi, çünki dostuna zəng etdikdə o hələ yolda idi və internetə girə bilməzdi.

Bir neçə gün söhbət etdikdən sonra, ilk görüşləri idi. İşdən çıxdıqdan sonra görüşməli idilər. Həyatdan küsən bir insan üçün bu görüş mənasız idi, amma yenə də gedirdi. Onu görəndə ilk baxışdan sevgi buna deyərlər. Onu ilk gördüyündə sanki ətraf donmuşdu və işıq yanlız onun üzərinə düşürdü. Salamlaşdılar və sanki illərdi tanış kimi söhbət edirdilər. Düzdü buna söhbət demək olmazdı. Çünki qız bir dəqiqə olsun belə susmurdu. Oğlan isə ona sakit qulaq asırdı. Ayrıldıqlarında birdə gələn həftə görüşəcəklərini danışdılar. Lakin, o görüşdən sonra heç ayrılmadılar, görüşmədikləri günləri olmurdu. Birlikdə gəzir, söhbət edir, söhbət olmadıqda isə sadəcə susurdular. Onunla sakitlik belə gözəldi. Ona baxdıqda onun Allahın ona verdiyi hədiyyə olduğunu anlayırdı. Bilirdi ki, bir gün yolları ayrılacaq amma sevirdi və sevəcəkdi. Çünki ömrüboyu arzuladığı saf sevgisini tapmışdı. Ayrılsalar belə bir gün geri dönüb baxdıqda bu günlərə görə göz yaşı tökməyəcəkdi. Çünki bu sevgi onu həyata qaytarmışdı, Allaha yaxınlaşdırmışdı, onu həyatda ən xoşbəxt insan etmişdi.


Geri dön

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 16:32
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
TWK MARAQLIDI

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Irane

  • 7 yanvar 2011 02:23
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
{awards}
TeSeKkUrLeR winked

--------------------

Ulya

  • 4 noyabr 2010 17:56
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
thanks

Yusif

  • 3 noyabr 2010 17:26
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkur edirem 2 25 5 999 4 5 5 6

sevgi yalandir

  • 3 noyabr 2010 17:21
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
TEWEKKRUELR

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}