Allahım, sən mənim istədiyimsən, bəs mən necə?

 
Allahım, sən mənim istədiyimsən, bəs mən necə?

Allahım, Sən Qadirsən, Maliksən, Xaliqsən, Alimsən, Adilsən, Mərhəmətlisən, Əzəmətlisən. Allahım, hər şeyin əvvəli, axırı sənsən, batini, zahiri sənsən. Allahım, Rəzzaq Sənsən, Ğəffar Sənsən, Səttar Sənsən. Razı qalan Sən, razı salan Sən. Allahım, Kamal sənsən, ucalardan uca sənsən, heç bir vəsfə sığmayan Sən.

Allahım, mülk sənindir, güc sənindir, elm sənindir, şöhrət sənindir, qüdrət sənindir, xilqət sənindir, mən səninəm. Arzuladığım, istədiyim, qovuşmaq istədiyim sənsən.
Allahım, bəs mən necə, sevgini qazana bildimmi?

Allahım, sənə bəndə olmalıydım. Hər əmrinə, göstərişinə boyun əyməliydim. Müti, təslim olmalıydım, sözün əsl mənasında sənin qulun olmalıydım. Ola bilmədim amma. Şeytana aldandım, nəfsimə uydum, asi oldum.

Allahım, məni yer üzündə özünə xəlifə seçdin. Səni təmsil etməliydim, sənə layiq olmalıydım. Əksi oldu amma. Məni məhv edəcəyinə and içmiş düşmənimlə dost oldum, boynuna sarıldım. Kimi kimlə dəyişdiyimin, nə qədər kiçildiyimin fərqinə varmadan.

Allahım, məni xəlq edərkən mələklər “yer üzündə fəsad törədəcək şəxslərmi xəlq edirsən”, deyə soruşdular. Sən “mənim bildiyimi siz bilmirsiniz” cavab verdin. Mən isə etimadını doğrulda, mələklərə yanıldıqlarını anlada bilmədim. Hansı fəsadın altında imzamı atmadım? Utanc gətirən hansı işləri görmədim?
Allahım, məni məxluqların ən şərəflisi etdin. Bu adın şərəfini qoruya bilmədim amma. Dünya adlı döyüş meydanında rəqibimin fəndinə düşdüm, kürəyimi yerə vurdu. O qədər məni əzdi ki, alçaqların ən alçağı, pislərin ən pisi oldum.

Allahım, sevimli, əziz Peyğəmbərini (s) mənə nümunə seçdin. Amma mən ehtiraslarımın alovunda qovrularkən, mərhəmətli elçindən başqa hər yoldan ötəni özümə örnək seçdim. Bir gün meyxanadakı müğənniyə vuruldum, namazxanaya ayağım açılmadı, qulağım vaiz səsi eşitmədi. Başqa bir gün isə əzələlərini nümayiş etdirən idmançı məni cəlb etdi. Amma nəfsimin, ruhumun tərbiyəsinə laqeyd qaldım. Növbəti bir gündə ayağım ədəbi məclislərə açıldı, yazıçıların vurğunu oldum. “Dünya şöhrətli” yazarların əsərlərini vərəq-vərəq, misra-misra diqqətlə oxudum. Quran oxumadım amma. (Bəlkə də yazarının “dünya şöhrətli” olmadığını düşünürmüşəm!)

Allahım, təqvalı olmalıydım. Özümü murdardan, leşdən, əyridən, tör-töküntüdən, zibildən, tikandan, daşdan-dərədən qorumalıydım. Amma mən hansı çirkaba bulaşmadım ki? Bədənimin üfunəti səma əhlini belə narahat etməkdədir.

Qırmızı işığı keçməməliydim, keçdim. Qadağan olunmuş ərazilərə getməməliydim, getdim. “Oddan təhlükəlidir” yazılmış lövhələri görə-görə odla oynadım.

Allahım, şeytan gözümü, bədənimi, qəlbimi zəhərli oxuyla parçalamışdır, zəhərləmişdir. Bu şikəst bədənlə, kül olmuş şəxsiyyətlə, virusa yoluxmuş qəlblə sənə qayıtmağa xəcalət çəkirəm. Xəcalət tərimin, göz yaşlarımın içində boğulmağa məhkum ikən mən həyasızı sənin şəfqətin, mərhəmətin, Sənin Allahlığın ümidli edib. Sənə qayıdıram- sürünə-sürünə, utana-utana. Son arzum, yeganə arzum möminlərin əmiri, müttəqilərin mövlasının diləyidir: “Allahım, sən mənim istədiyimsən, məni də istədiyin kimi et!” Amin!

Allahım, sən mənim istədiyimsən, bəs mən necə?


Geri dön

enigmatic_girl

  • 5 may 2012 16:28
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
Allah razi olsun

--------------------

SWEET LOVE

  • 20 aprel 2012 19:34
  • Məqalə: 0
  • Şərh: 929
  • Bal:
{awards}
COOX SAGOL BU DEYERLI MELUMATA GORE

_-Abbasov-_

  • 20 aprel 2012 18:42
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
Burdaki kelmelri gotururem...Halalliq eder admin inwAllah.....!

LoVe_LiFe

  • 20 aprel 2012 18:39
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
deyerli meqaleye gore allah razi olsunnnnnnnnn. twklerr

_-Abbasov-_

  • 20 aprel 2012 18:38
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
Infosuna edebsiz shekiller qoyub utanmaz-utanmaz Allahin da adini chekirlere..((

★Miss Love★

  • 20 aprel 2012 18:00
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
cox maraqli ve gozel xeberdir...Allah razi olsun

✰GoLd GirL✰

  • 20 aprel 2012 16:57
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
Cox tesekkur.....

Just for girl

  • 20 aprel 2012 16:08
  • Məqalə: 0
  • Şərh: 252
  • Bal:
{awards}
tesekkur xebere gore

ANGEL LOVE

  • 20 aprel 2012 15:44
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
Allah razi olsun............

--------------------

suzanna

  • 20 aprel 2012 14:46
  • Məqalə: 0
  • Şərh: 46
  • Bal:
{awards}
cox gozel INSALLAH her kes en azindan etdiyi pis emele gore pesman olub tovbe eder.AMiN

--------------------
suzanna

_Sabina_

  • 20 aprel 2012 14:44
  • Məqalə: 0
  • Şərh: 426
  • Bal:
{awards}
twk...........

SeL_cAn

  • 20 aprel 2012 13:25
  • Məqalə: 19
  • Şərh: 962
  • Bal:
{awards}
Allah razi olsun

tesekkurler


--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

✰Dгeaм✰

  • 20 aprel 2012 13:22
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Gozel xeberdi.Allah razi olsun.

Nuray2012

  • 20 aprel 2012 13:20
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol xebere gore Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 44
Cəmi: 66

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 77
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}