Can Oğlum (hekayə)

 
Can Oğlum (hekayə)

Oğlum! O mənim hər şeyimdir. O qədər gözəldir,yaraşıqlıdır ki, gözləri, burnu, qaşları.. Gecələr Oğlumu seyr edirəm gözümü qırpmadan. Birdən
oyanar, qorxar, ağlayar, birdən kimsə gəlib onu qorxudar, oğurlayar. Yox!! Yatmayacam heç vaxt,onu qoruyacam, oğlum!
O qədər tez böyüyür ki, böyük kişi olub mənim oğlum, elə mənə oxşayır. Atasına oxşamasın! Ondan zəhləm gedir onsuz da yenə gec gəlir evə, ağzındada zehrimar içki iyi, şirkətin müdirinə bax! Yenə
görəsən hansı sırtıq katibəsinin yanından gəlir əclaf! Ehh.. heç mənə lazım da deyil o. Mənə oğlum bəs edər, şəhzadəm! Böyüyüb, eşitdim qız
istəyirmiş universitetdə.. Ha-ha, nə tez böyüyür
uşaqlar.. Görəsən kimdir o qiz, yaraşır oğluma!?
Yox, qoymuyacam başını aldadarlar oğlumun.Həyasız qızlara imkan vermərəm oğlumu başdan çıxatsınlar. Oğlumu əlimdən ala bilməzlər, kiçik şeytanlar!
Artıq xeyli vaxt da keçib oğlum atasının işlədiyi şirkətin müdiridir artıq. Çox yaraşır kostyum, əlində də iş çantası mənim balama, gözümün işığina,arada deyir ki, bizə qocalmısız, ehh oğlum, yəqin
özümüzü çox yormayaq, istirahət edək deyə deyir.
Bizi o qədər fikirləşir ki, canım mənim.. Bu yaxınlarda Kişi ilə məni bir yerə gətirdi şoferi ile.
Yəqin istirahət üçün, demişdim axi bizi o qədər düşünür ki canım oğlum, həmişə özünü narahat hiss edirdi. Onunla qalanda rahat olaq deyə buranı tutub yeqin, ehh mənim balam nə ehtiyac vardı ki
buna. Bizi qapıda qarşıladılar, sonra bir otağa aparıb nəsə qeyd etdilər. Bura çox böyük bir yerdir,yəqin nə əziyyətlər çəkib yenə bizə görə, görəsən niyə belə solğun görsənir canım oğlum!?
Xəstələnib??
Yoxsa yenə işləri yorub onu. Ehh, mən
o qədər deyirdim atan hələ qocalmayıb ki, işləri
birlikdə görərsiniz, o qədər ağıllıdır ki, atasına da əziyyət vermir. Qurban olaram elə oğluma, elə tez çıxıb getdi, yenə işdən çağırdılar yəqin oğlumu. Ağ paltarlı qulluqçular bizə otağımızı göstərdilər. Mən
darıxaram belə yerlərdə, buradakı insanlar da bir
qəribədir. Elə çoxu da yaşlı insanlardır. Hamı elə bil
yas içindədir. Arada onlara oğlumdan danışıram, qəribə-qəribə baxırlar üzümə, bilirəm qısqanırlar, onların heç birinin yəqin övladları yoxdur. Yazıqlar,bəzən ələ salırlar məni, inanin heç incimirəm,
onların hamısını bağışlayıram. Gecələri oyanıram,
bəziləri yatağında hönkürtü ilə ağlayir, bəziləri
kiminsə rəsmini qucaqlayıb, kimisə gözləyirmiş kimi pəncərədən bayır qapısına baxır, nə bilim buralar qəribədir. Yeməklər də qəribə dadır. Qulluqçularla da dalaşdım. O gün onları qorxutmuşam, dedim ki,
oğlum gələn kimi hamınızı şikayət etdirib
qovduracağam buradan, heç nə deyə bilmədilər.
Ehh, oğlum niyə gəlmir, gör neçə ay oldu, zəng-zad da eləmir, işləri çoxdur, yoxsa mütləq gələrdi mənim oğlum, mütləq gələrdi!
Artıq hamı qəribələşib, burada heç rəfiqəm də yoxdur, elə hamısının başı aşağıda, toxunsan ağlayacaqlar, birdən görürsən ki, bir qrup məktəb uşaqları gəlir, müəllimləri ilə hədiyyə də gətirirlər.
Elə sevinirlər ki, buradaki qocalar, hədiyyə alanda
gözləri yaşarır, qucaqlayıb bağırlarına basırlar uşaqları, elə bil öz nəvələridir. Kiminsə gəlməyi buranın ən xoşbəxt günü olur, mən heç fikir
vermirəm onlara, hədiyyə də almıram. Bu vaxtlarda
artıq çox darıxıram oğlum üçün, gəlsəydi də bir
görsəydim, zəng etsə, səsini eşidim, bəsimdir.
Həkimlər gəlib, mənə qəribə-qəribə baxırlar, suallar verirlər, onlara dedim ki, rahat buraxın məni, oğlum
gələndə hamınızı rədd eliyəcək buradan. Sonra
çox utandim. Sən demə həkimi də oğlum
göndəribmiş, canim oğlum..
Həkim dediki oğlum onları bura göndərib ki, əslində
mən onlara kömək etməliyəm. Oğlumun yeni inşa
etdirdiyi xəstəxananın bir şöbəsində, maaş da
verəcklər ki,Mənə onlara çətin işlərində kömək edim. Məni
aparanda bədənimi xüsusi bir paltarla bağladılar ki, xəstələr mənim də Xəstəxana işçisi olduğumubilməsinlər. Bədənimi tərpədə bilmiridim. Burada xəstələrlə bir yerdə qalıram. Eyni dərmanlardan
mənə də verirlər ki, xəstələr şübhələnməsin. Bəzən
də yatıb qalıram huşumu itirirəm, dərmanlar lap
bezdiricidir, ama oğlumun xəstəxanasında, özü də həkimlərin mənə çox böyük ehtiyacı var. Onlara kömək etməliyəm..
Xəstələr arsındakı baş verən hadisələri hər axşam
baş həkimlə görüşəndə ona şəxsən bildirirəm. O
həmişə məni diqqətlə dinləyib nə isə qeyd edir. Mən
də sonra yenə onların yanına qayıdıram. Oğlum üçün də çox darıxıram, amma xəstələri də tək qoya bilmərəm. Onunla fəxr edirəm, O ki bu qədər xəstəni müayinə etdirir, onlara kömək edir. Bu
qədər xəstəni nankor övladları buraya atıb gedib.
Gör necə də nankor övladlar var həyatda heç bir
dəfə də gəlib soruşmurlar valideynlərini. Amma mənim oğlumsa məktub yazıb gəlmək istədiyini bildirir amma deyir ki, işləri çoxdur mütləq gələcək.
Amma məktubdakı xətt heç oğlumun xəttinə də
oxşamır. Özü deyir ki, kimsə yazır yəqin məktubu.
Bütün məktublarını hər gecə bir də başdan oxuyub,
qucaqlayıb yatıram. Bu yaxınlarda da görüşəcəyik. Son məktubunda deyirdi ki, xəstələr hamısı sağalsın, hamımız yenə əvvəlki kimi bir evdə
qalacağıq. Mən də o qədər sevindim ki, Necə də
xoşbəxt bir Anayam ki, belə gözəl, ağıllı, qayğıkeş
oğlum var. Canımm oğlum.. Can Oğlum...


Geri dön

✰GlaMurKa✰

  • 13 may 2012 00:38
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
coxxxxxxxxxx maraqli hekaye idi tesekkurlerrr

asime

  • 21 aprel 2012 22:42
  • Məqalə: 0
  • Şərh: 291
  • Bal:
{awards}
gozel hekayedi oxudum.cox twk.

enigmatic_girl

  • 21 aprel 2012 18:24
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
maraqli hekayeye gore tesekkur

--------------------

★Love me★

  • 21 aprel 2012 17:35
  • Məqalə: 14
  • Şərh: 1822
  • Bal:
{awards}
Nece maraqli hekaуe idi axira kimi oxudum cox тesirli idi...Heуif ki,bele ovladlar var...meqaleуe gore cox sagol.REBEKA

--------------------

★Miss Love★

  • 21 aprel 2012 11:19
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Nece maraqli hekaуe idi axira kimi oxudum cox тesirli idi...Heуif ki,bele ovladlar var...meqaleуe gore cox sagol

SWEET LOVE

  • 20 aprel 2012 22:13
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
{awards}
COX SAGOL HEKAYEYE GORE fellow

ANGEL LOVE

  • 20 aprel 2012 21:47
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
oxumadim ama twk............

--------------------

EnD of TiMe

  • 20 aprel 2012 21:42
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
oxuyanmadim..vaxt oland hamsini oxuyacam bir bir..tesekkurler

LoVe_LiFe

  • 20 aprel 2012 21:31
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
cooxx maraqli hekayedirr beyendim. twklerrrrrr

INCI-INCI

  • 20 aprel 2012 21:28
  • Məqalə: 1
  • Şərh: 83
  • Bal:
{awards}
cox maraqli hekayedi...ehhhh ANA yene de ANADI..

C.I

  • 20 aprel 2012 21:14
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
aydaaaa ne maraqli hekayediye tskler..........

--------------------

Nuray2012

  • 20 aprel 2012 15:10
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol hekayeye gore

--------------------

✰Dгeaм✰

  • 20 aprel 2012 15:05
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Hekaye ucun cox sagol.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 50
Cəmi: 65

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}