Bu gün Nəsibə Zeynalovanın Ad Günüdür

 
Bu gün Nəsibə Zeynalovanın Ad Günüdür


Azərbaycan teatrsevərləri arasında "qayınana" kimi sevilən, milli Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkləşməsini görmək ataya nəsib olmayıb.

1918-ci ilin mart ayında erməni daşnakiarı Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.

Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsər-rüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.

Milli.Az Wikipedia-ya istinadən bildirir ki, bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Vilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayıb.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale ("Keto və Kote", Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli), Ziraldina ("iki ağanın bir nökəri", Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Zivər xanım ("Məhəbbət gülü", türkmən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov), Alma ("Şirin arzular". Tərcümə edənləri Ə.Süleymanov və Abdulla Qüdrət), Qesiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava. Tərcümə edəni Adil Babayev), Gülbadam ("Qız anası", ("Sevgilimin anası"), Georgi Xuqayev və A.Ovanov) rollarının xüsusi yeri var.

Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisanın Oğlu Cahangir Novruzovla Xanpəri ("Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Nargilə ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Şərəf və Nisə ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Məsmə ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov), Züleyxa ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Tükəz ("Hacı Qara". Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi və bəstəkarlar Vasif Adıgözəlovla Ramiz Mustafayev), Tərlan ("Ürəkçalanlar", Məmməd Səid Ordubadi və Fikrət Əmirov), Zemfira ("Kəndimizin mahnısı", Kərim Kərimov və Zakir Nərimanov), Rəxşəndə ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev), Münəvvər ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Kəblə Fatma ("Hacı Kərimin Aya səyahəti", Qulamrza Cəmşidi ilə Əbülfəz Hüseyni və Azər Rzayev), Şölə xanım, Xeyransa, Matan ("Özümüz bilərik", "Sevindik qız axtarır" və "O1madı elə, oldu belə", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Mərcan ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf Abbasov), Cəhri xala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov), Əsınət ("Ev bizim, sirr bizim", Novruz Gəncəli və Şəfiqə Axundova), Cənnət xala ("Qaynana", Məcid Şamxalov və Zakir Bağırov), Gülyanaq ("Haradasan, ay subaylıq?", Salam Qədirzadə və Süleyman Ələsgərov), Fatma xala ("Axırı yaxşı olar", Rəfiq Zəka Xəndan və Ramiz Mustafayev), Rəxşəndə ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Zeynəb, Cəmilə ("Boşanaq, evlənərik" və "Nənəmin şahlıq quşu", Əliağa Kürçaylı və Vasif Adıgözəlov), Cəlbi ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Səltənət ("Dağlar qoynunda", Ədil İsgəndərov və Əşrəf Abbasov), Qızbacı ("Hicran", Sabit Rəhman və Emin Sabitoğlu), Nazxanım ("Nazxanım naz eləyir" Məhərrəm Əlizadə və Nazim Əliverdibəyov), Güləndam ("Qonşumuzda bir oğlan var", Məhərrəm Əlizadə və Ramiz Mustafayev), Fatma ("Həyətim mənim, həyatım mənim", Cahangir Məmmədov və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov), Ballı ("Qızıl toy", Ramiz Heydər və Oqtay Kazımov), Qəmər ("Nəğməli Könül", Xalidə Hasilova və Emin Sabitoğlu) rollarının əvəzsiz ifaçısı sayılır.

Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qayınana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb. "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır. 1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmi çəkib. Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa gözlənilməz, ancaq mənalı və ifadəli, dadlı və şirəli ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustası idi. Rəqs, mahnı (yaxud reçitativ) və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla istifadə edib. Xalq yumorunun, "Qaravəlli" oyun tamaşalarının, lətifə söyləmələrinin estetik oyun-göstərmə prinsiplərindən həssaslıqla barınıb. Tipajlığın bədii dəyərlərinə tam yiyələnməklə tipik xarakter yaratınağa üstünlük verib və bu istiqamətdə obrazın məzmun-forma vəhdətini vacib şərt kimi dəyərləndirib. Obrazın xarakterini hərəkətdə (yeriş, duruş, oturuş və sairə) koloritli tərzdə verməkdə muskomediya teatrında Nəsibə xanıma tay aktrisa olmayıb. Nəsibə xanım klassik operettalarda obrazın sözlərinə qarşı çox həssas idi və təhrifə, yaxud əlavəyə qətiyyən yol verməzdi. Ancaq librettosu zəif musiqili komediyalarda ifa etdiyi rolun sözlərini dəyişər, dialoqların məntiqini gücləndirər, vəziyyətə uyğun deyimlər, cümlələr qurardı. Bu axtarış tamaşadan-tamaşaya davam edər, bəzi əlavələr olar, müəyyən ixtisarlar aparılar, tapıntılar cilalanardı.

Aktrisa məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldərdi. Satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə qaldırır, boyalardan gen-bol istifadə edir, ancaq heç vaxt janrın estetik prinsip və meyarlarını pozmurdu. Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır.


Geri dön

_DreaM_

  • 21 aprel 2012 15:04
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
ALLAH rehmet elesin , ruhu wad oolsun.. Amin

--------------------

EnD of TiMe

  • 21 aprel 2012 10:05
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Allah rehmet elesin...cox istediyim aktrisalardan olub....

AysU_DilarE

  • 21 aprel 2012 09:51
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
yeri cennetdir inwallah qebri nurla dolsun allah qeni qeni rehmet elesin twkler

--------------------

Nuray2012

  • 20 aprel 2012 23:45
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Allah rehmet elesin,en sevdiyim aktirsalardan biri idi

--------------------

Just For Legend

  • 20 aprel 2012 22:27
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Allah rehmet etsin,duzdur deyirler evezolunmaz insan yoxdur,amma hele ki Nesibe xanimin evezini veren bir akytisa gelmiyib sehneye

--------------------

VIPTOZ

  • 20 aprel 2012 21:37
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
oynadigi rollardan cox xosum gelir.butun rollarin ohdesinnen meharetle gelib.ALLAH rehmet elesin.tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

wehrizad

  • 20 aprel 2012 21:19
  • Məqalə: 0
  • Şərh: 431
  • Bal:
{awards}
.....ALLAH....rehmet elesin.............ruhu wad olsun......

--------------------
............................

..:MeleK kiz:..

  • 20 aprel 2012 20:25
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
allah rehmet elesin

✰Dгeaм✰

  • 20 aprel 2012 20:23
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Onun her bir filmine cox sve-seve baxiram.Allah ona rehmet elesin.

al yazmalim:))

  • 20 aprel 2012 20:17
  • Məqalə: 37
  • Şərh: 1174
  • Bal:
{awards}
Allah rehmet etsin,cox sevyim insanlardan,aktirisalardan biridi

--------------------
oglanlar eziyyet cekib vaxtinizi ayirib mene dostluq atmayin qebul etmeyecem!!!

http://imgs.su/tmp/2012-12-24/1356351484-375.jpg

SWEET LOVE

  • 20 aprel 2012 20:10
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
{awards}
HMM.ALLAH REHMET ETIN BUNA BAXANDA BIR SOZ YADIMA DUSUR."GELIN EVIN SUPURGESIDIR,HARDA QOYDUM ORDA QALAR"

C.I

  • 20 aprel 2012 19:56
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Allah rehmet elesin,,,,,,,,,,,,,,,,,,,!!!!!

--------------------

★Miss Love★

  • 20 aprel 2012 19:46
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Cox gozel akтrisa olub dogurdanda,komedik rollari cox уaxwi oуnaуir...Allah rehmeт elesin onu sad

LoVe_LiFe

  • 20 aprel 2012 19:45
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
HE BILIRDIM BUNU ALLAH REHMET ETSIN AMMA YENEDE ONUN FILMLERINE BAXANDA NECEDE GOZEL ATRISA OLDUGUNU XATIRLAYIR VE DARIXIRIQ INDI ELE AKTRISALARR YOXDUU. TWKLER XEBERE GORE

Воровской

  • 20 aprel 2012 19:38
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
tebrik edirem (allah rehmet elesin) recourse

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

Angel-11

  • 20 aprel 2012 19:32
  • Məqalə: 0
  • Şərh: 687
  • Bal:
{awards}
allah rehmet elesin

--------------------
İnsanda gözəl olan üzdür, Üzdə gözəl olan gözdür, Ama insanı insan edən ağızdan çıxan sözüdür....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 13
Cəmi: 30

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}