“Gedənlər qayıtsa” 3

 
“Gedənlər qayıtsa” 3


Harun səhər geyinib evdən çıxdı. Qutuda qalan axırıncı siqareti damağına qoyub yandırdı.
Fikirləşdi ki, bəlkə elə səhər-səhər gedib Güləri görsün.
Yox, axşam yaxşıdır. Səhər romantik söhbətlər üçün əlverişli vaxt deyil. Heç kim yuxudan duran kimi sevgilisinə eşqnamə oxumur...
Bir az gedəndən sonra yenə siqaret çəkmək istədi. Əlini cibinə salanda yadına düşdü ki, axırıncı siqareti bayaq çəkib. Yaxınlıqdakı mağazaya girib siqaret aldı. Bayıra çıxan kimi qutunu açdı, siqaret yandırdı.
Daldan səs gəldi. Deyəsən, kimsə istəmədən kiməsə toxunmuşdu.
- Xalacan, bağışla.
- Allah bağışlasın.
Səsi Gülərin səsinə oxşatdı. Harun çevrilib baxanda gördü ki, yaşlı bir qadın ona tərəf gəlir, ona toxunan qız isə yeyin addımlarla o biri tərəfə gedir. Qız boy-buxunundan, saçlarından Gülərə oxşayırdı. Əynində boz rəngli plaş var idi.
Axı onun bu rəngdə plaşı yox idi... Mən də qəribə adamam e... plaş almaq nə çətin iş imiş ki... Bir də ki, Gülərin burda nə işi? Deyəsən mənə nə isə olub. Gördüyüm hər qızı Gülərə oxşadıram.
Fikirdən ayrılanda Gülərə oxşatdığı qız artıq yox idi...

“Gedənlər qayıtsa” 3

Fərruxun Gülərdən xəbəri var idi. Amma nə onu görmüşdü, nə də ki, onun haqqında nəsə bilirdi. Harunla da bu barədə danışmırdılar. Bir yana baxanda Harunun sevgilisindən Fərruxa nə? Onun həyatı ayrl, bunun həyatı ayrı.
Iki gün ərzində Harun yaman dəyişmişdi. Onsuzda qaraqabaq adam olan Harun daha da qaraqabaq olmuşdu. Daim nə haqdasa fikirləşirdi. Yaman dalğınlaşmışdı.
Fərrux kor deyildi ki, Harunda baş verən bu dəyişikliyi görməsin və özlüyündə yəqinləşdirmişdi ki, bunun Gülərlə əlaqəsi var.
- Harun, Gülər necədir?
- Bilmirəm.
- Necə yəni bilmirəm?
- Bilmirəm də... Bilməmək necə olur? Gülər məsələsi daha qurtarıb.

Fərrux daha heç nə soruşmadı. Onsuz da Harundan bundan başqa heç nə öyrənə bilməyəcəkdi. Belə hallarda ən münasibi susmaqdır.
Günota Harun bir-iki harasa getdi. Fərrux Harunun stolunun üstündə nə isə axtarırdı. Stolun üstünə pərakəndə halda səpələnmiş kağızların üstündə şeir yazılmış vərəq var idi. Xətt Harunun xətti idi. Fərrux maraqlanıb oxudu:

“Gedənlər qayıtsa” 3

Sənə vəfasız dilbərim demirəm ki, havayı.
Sevməmişəm, sevmərəm də mən səndən savayı.
Çox tufanlı yol keçmişdik, uçurumlu, dolayı.
Amma mənzilə çatmadıq, yarı yolda qırıldı.
Demə hər şey əbəs idi, demə hər şey nağıldı...

İndi məndən ayrıldığın bir neçə aymı, ilmi?
Mənim nələr çəkdiyimi görən qəlbin bilirmi?
O günlər həyatımızın xoş günləri deyilmi?
Mənim üçün zəhmət ilə qazanılmış qızıldı.
Demə hər şey əbəs idi, demə hər şey nağıldı.

Biz heç vaxtı olmamışıq ucuz eşq düşkünləri,
Bir yerdə yol axtarmışdıq, açmışdıq düyünləri.
O canüzən, o həsrətli, o hicranlı günləri,
Demə daha unutmuşam, demə keçmişdə qaldı,
Demə hər şey əbəs idi, demə hər şey nağıldı.

İnan sənə bağlanmışdı hər arzum, hər diləyim.
Deyirdim ki, təkcə sənsən umacağım, köməyim.
Məhəbbətdən ilham alan pöhrə idi ürəyim.
Kökündən qopardıb atdın, xəzan kimi saraldı.
Demə hər şey əbəs idi, demə hər şey nağıldı.

Bu sevgini özün üçün saysan da qüsur indi,
Bu məhəbbət mələklərin göndərdiyi nur idi.
Qoruduğum, saxladığım bərq vuran büllur idi.
Sən isə sındırdın onu, parçalandı, dağıldı.
Demə hər şey əbəs idi, demə hər şey nağıldı


“Gedənlər qayıtsa” 3

Ancaq indi Fərrux tam aydınlığı ilə başa düşdü ki, Harun içində nələr çəkir. Deməli, Harunun dediyi kimi, Gülər məsələsi qurtarmayıb. O hələ indi-indi başlayır...
Fərrux şeiri yerinə qoydu və Harun qayıdanda ona heç nə demədi.
Axşam baş redaktor işçiləri yığıb iclas keçirtdi. Harun tezliklə getmək istəyirdi, tez-tez saatına baxırdı, fikri-zikri Gülərin yanında idi.
Iclas xeyli çəkdi. Düzünə qalsa, iclasda nədən danışıldığından Harunun xəbəri yox idi, qulaq asmamışdı. Yaxşı ki, ona sual verib fikrini öyrənmək istəməmişdilər, yoxsa biabır olacaqdı.
Harun redaksiyadan çıxanda hava qaralırdı. Saata baxdı. Gec idi. Gülər bu vaxtacan çoxdan evə çatmış olar. Iş yerinə getmək əbəsdir. Yaxşısı evlərinə getsin.
Gülərgilin evlərinin harda olduğunu bilirdi. Amma ora da getməmişdi. Birinci dəfə idi. Gəlib binanın qabağında dayandı. Hə, çatdı. Indi nə etsin? Qapını döyüb deməyəcək ki, salam, mən Gülərin köhnə sevgilisiyəm, onunla barışmağa gəlmişəm. Bu lap ağ olar. Həm də Gülərin evdə olduğu nə məlumdur? Yaxşısı getsin. Sabahı Allah əlindən almayıb ki... molla Nəsrəddin demişkən, sabahlar qurtarmır. Sabah da iclasdan-zaddan olmasa, gedib canrahatlığı ilə danşar.
Harun getmək istəyirdi ki, yanından bir qız keçib bloka girdi. Gülərə yaman oxşayırdı. Bəlkə elə Gülərin bacısıdır? Görüşlərdən birində Gülərin –“bacımın bundan xoşu gəlir”- dediyi yadına gəlirdi. Bəlkə elə bu qızdan Güləri soruşsun. Iş orasındadır ki, heç onun adını da bilmir. Onu necə çağırsın? Baldız? Yox, hələ tezdir, bir də heç bilmir ki, baldızı olacaq, ya yox.
Harun fikirləşənəcən qız da gözdən itdi. Əşşi, yaxşısı sabaha qalsın. Axşamın xeyrindən sabahın şəri yaxşıdır.


Yaxşı ki, bu gün iclas olmadı. Olsaydı da, Harun çətin ki, dayanaydı.
Gülərin iş yerinə gəldi. Saata baxdı. Gülərin işdən çıxmağına hələ iyirmi beş dəqiqə qalmışdı. Gözləməyib neyləyəcəkdi ki?!
Iyirmi beş dəqiqə Haruna iyirmi beş il kimi göründü. Elə bil, saatın əqrəblərindən daş asmışdılar, əqrəblər gec fırlanırdı, vaxt gec keçirdi, Harunun ürəyi üzülürdü. Həmişə nəyisə səbirsizliklə gözləyəndə belə olur.
Şükür, vaxt keçdi, saat tamam oldu. Işçilər iki-bir, üç-bir çıxmağa başladılar. Hamı getdi. Hə, yaxşı, bəs Gülər hardadır? Gülər axı çıxmadı.
Beş dəqiqədən sonra idarədən bir qız çıxdı. Tək idi. Harun qızı üzdən tanıyırdı, Gülərin rəfiqəsi idi. Amma adını bilmirdi. Yaxşısı bundan soruşmaqdır.
- Bacı, bağışlayın, olar bir söz soruşum?
- Buyurun.

Qız Harunun üzünə baxdı və deyəsən o da Harunu tanıdı, bi-iki dəfə görmüşdü. Bir anda qızın gülümsəyən çöhrəsi dəyişdi. Nədənsə Haruna elə gəldi ki, qız indi öz-özlüyündə -“Gülərə yazığın gəlmədi? Adam da o cür qızı incidər?- deyə fikirləşdi.
- Mən Güləri soruşacaqdım. Işə gəlməyib?
- Yox, Gülər dünən öz hesabına məzuniyyət götürüb.
- Neçə günlük?
- Bilmirəm. Hər halda on-on beş gün olar.
- Harasa gedib?
- Deyəsən hansısa rayona gedib.
- Hansına?
- Bilmirəm.
- Bağışlayın ki, vaxtınızı aldım. Çox sağ olun.
- Dəyməz.

Əstəğfürulla, bu məzuniyyət hardan çıxdı? Heç məzuniyyət yeridir? Yaxşı deyiblər ki, keçi can hayında, qəssab piy axtarır. Görəsən hansı rayona gedib? Bəlkə qohumlarıgilə gedib? Onun hansısa rayonda qohumları var bəyəm?
Cavablandıra bilmədiyi suallar Harunun beynini deşirdi.
O, əvvəllər elə bilirdi ki, Gülər haqqında hər şeyi bilir, indi-indi onun üçün aydın olurdu ki, o, Gülər haqqında heç nə bilmirmiş. Üç aya yaxın bir yerdə olmuşdular, demək olar ki, hər gün görüşmüşdülər, amma heç nə danışmırdılar. Ancaq yan-yana otururdular, ya da ki, gəzirdilər. Həmin vaxt bir özləri mövcud idilər, bir də ki, xoşbəxt gələcək. Başqa heç kim və heç nə. Belə baxanda, heç danışmağa ehtiyac da olmurdu. Baxışlardan bir-birini başa düşürdülər. Onların ürəkləri danışırdı. Ürəklər danışanda isə dilin danışmağına ehtiyac qalmır.
Bəs indi Harun nə etsin? Gülər yağlı əppək olub çəkilib göyə. Hünərin var axtar tap.
Yenə də gözləməkdən başqa çarə qalmır.

Ardı var...


“Gedənlər qayıtsa” 3


Geri dön

✰GlaMurKa✰

  • 13 may 2012 00:37
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
getsin qayitmasin angry tesekkurlerr

SWEET LOVE

  • 23 aprel 2012 16:59
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
{awards}
HMM.COOX MARAQLIDIR

Воровской

  • 21 aprel 2012 20:21
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
thankssssssssssssssssssssssssssssss

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

enigmatic_girl

  • 21 aprel 2012 18:34
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
мараялидир тесеккур

--------------------

★Love me★

  • 21 aprel 2012 17:11
  • Məqalə: 14
  • Şərh: 1822
  • Bal:
{awards}
cox maraqlidir oxudum sonacan ardi тez gelsin.SAGOL

--------------------

Nuray2012

  • 21 aprel 2012 14:59
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Tewekkurler xebere gore

--------------------

★Miss Love★

  • 21 aprel 2012 11:47
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
cox maraqlidir oxudum sonacan ardi тez gelsin winked

C.I

  • 21 aprel 2012 10:47
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
super cox beyendim tskler.............

--------------------

EnD of TiMe

  • 21 aprel 2012 09:24
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Bu geden nese qayitmir e.. wink tesekkurler superiydi..cox beyendim...

✰Dгeaм✰

  • 21 aprel 2012 09:22
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Gozel hazirlamisan.Ellerine sagliq.

LoVe_LiFe

  • 21 aprel 2012 09:20
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
İndi məndən ayrıldığın bir neçə aymı, ilmi?
Mənim nələr çəkdiyimi görən qəlbin bilirmi?
O günlər həyatımızın xoş günləri deyilmi?
Mənim üçün zəhmət ilə qazanılmış qızıldı.
Demə hər şey əbəs idi, demə hər şey nağıldı.


gozel seirdirr beyendim twklerrrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 40
Cəmi: 54

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}