Bundan sonra məktəblərdə attestat imtahanlarını TQDK keçirəcək

 
Bundan sonra məktəblərdə attestat imtahanlarını TQDK keçirəcək

Təhsil Nazirliyi attestasiya üçün istifadə etdiyi maddi-texniki avadanlığı və elektron məlumat bazasını 15 günə TQDK-ya təhvil verməlidir

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, dəyişikliklərə əsasən, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsini (attestasiyasını) TQDK həyata keçirəcək.

TQDK ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirəcək. TQDK-ya ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirəcək struktur bölmə yaratmaq, üç regional bölmənin yaradılması barədə təklifini Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Təhsil Nazirliyinə ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün istifadə etdiyi maddi-texniki avadanlığın və elektron məlumat bazasının 15 gün müddətində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təhvil verilməsini təmin etmək tapşırılıb.

Nazirlər Kabinetinə ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi və bu fərmana uyğun olaraq yeni qurumların yaradılması ilə əlaqədar əlavə ştat vahidlərinin saxlanılması üçün zəruri olan maliyyə vəsaitinin TQDK-nın əsaslandırılmış təklifi əsasında bir ay müddətində Komissiyaya ayrılmasını təmin etmək tapşırılıb. Nazirlər Kabineti 3 ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamalı, 3 ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə prezidentə məlumat verməlidir. Eyni zamanda mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.


Geri dön

TurN Off ThE WorLd

  • 22 aprel 2012 00:47
  • Məqalə: 5
  • Şərh: 497
  • Bal:
ayy ne piis oldu... kefleri ne istedi eliyirler eee her gun ozderinnen bir amerika cixarirlar eee tesekkurler

★Love me★

  • 21 aprel 2012 17:32
  • Məqalə: 14
  • Şərh: 1747
  • Bal:
{awards}
he bildim bu gun muellim dedi mence yaxsi olare tskler.....

--------------------

_DreaM_

  • 21 aprel 2012 14:44
  • Məqalə: 450
  • Şərh: 1374
  • Bal:
{awards}
ooff bunediyee bezdim lap recourse

--------------------

★Miss Love★

  • 21 aprel 2012 11:20
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
Gunde bir weу cixarirlar cerimesinide biz уaziq wagirdler cekir...xebere gore sagol

_Gül_

  • 20 aprel 2012 23:52
  • Məqalə: 0
  • Şərh: 35
  • Bal:
{awards}
sad offffff bizden ne istiyirlere???.... Allah axirimizi xeyir elesin. xebere gore twk

--------------------
BİSMİLLAHİR REHMANİR REHİM

Just For Legend

  • 20 aprel 2012 22:25
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
Bu coxdan olmali idi,en duzgun qerrar verilib

--------------------

ANGEL LOVE

  • 20 aprel 2012 21:46
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
xebere gore twk..............

--------------------

EnD of TiMe

  • 20 aprel 2012 21:44
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
Bizden ne isteyirler...ne vaxt bir sey olursa..telebeler ve sagirdler qalir arada...gorekde axrimizi nece olur...tesekkurler xebere gore

LoVe_LiFe

  • 20 aprel 2012 21:32
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ona gore hami 11e qeder oxmurda hami 9dan cixir ver texnikomaa ele ona gore eliyiller bunu. twkler xebere goreee

Musique Sage

  • 20 aprel 2012 21:21
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
ne isteyirler eee bunlar yaxsi oxuyanda pese mektebine verecek axirda...Allah agil versin

... Deryam ...

  • 20 aprel 2012 21:16
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
İmtahanlarda cavabsız sullar üstündə dava düşürdü wink
Məncə düzgün qərardı Misir Mərdanovla Məleykə xanımın davalarının bəhrəsi oldu

--------------------

C.I

  • 20 aprel 2012 21:16
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
he bildim bu gun muellim dedi mence yaxsi olare tskler.....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 42
Cəmi: 58

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 628
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 48
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}