"Gedənlər qayıtsa" 4

 
"Gedənlər qayıtsa" 4

...İki həftə vaxt keçdi...
Bu iki həftənin içində Harun nə qədər dəyişilmişdi?! Arıqlamışdı, rəngi qaralmışdı, gözləri çuxura düşşmüşdü, əməlli-başlı yemək də yemirdi. Heç işlə də maraqlanmırdı, səhər gedib axşamacan otururdu, axşam da evə qayıdıb yatırdı(əgər ona yatmaq demək olarsa...). Bütün yük Fərruxun çiyninə düşmüşdü.
Fərrux bu iki həftə ərzində bir dəfə də olsun Gülərdən söz salmamışdı. Amma bu gün daha dayana bilmədi.

- Harun, Gülərdən nə xəbər?
Harun çiyinlərini çəkdi:
- Elə o gedən gedib.
- Gedənlər qayıdır.
- Hamısı yox. Gedənlərin hamısı qayıtsaydı, daha nə vardı ki?
- Zəng eləmisən?
- Zəng çatmır.
- Bəs...

Harun Fərruxun sözünü ağzında qoydu:

- Mümkün olan hər şeyi eləmişəm, hər yolu yoxlamışam.
- Neyləmək fikrindəsən?
- Bilmirəm. Lap başımı itirmişəm.
- Görünür... Amma mənə qalsa, ondan əl çəkmə. Sənə yaraşan qızdır.
- .....


Bu müddət ərzində Harunda baş verən dəyişiklik anası Fəridəni narahat eləməyə başlamışdı. Oğlunun halını gördükcə onun da ürəyi üzülürdü. Nəsə çarə tapmaq lazımdır. Kiminləsə məsləhətləşmək olar, iki baş bir başdan ağıllı olar deyiblər. Fəridə kiminlə məsləhətləşmək barədə fikirləşirdi ki, qapı döyüldü.
Həlimə idi. Qonşuları idi, elə Fəridə ilə həmyaşıd olardı. Ət maşınını gətirmişdi.

- Ay qız, sağ ol. Əlim yerdə qalmışdı.
- O nə sözdür, keç içəri.
- Yox, gedirəm.
- Hara gedirsən? Keç bir stəkan çay içək, sonra gedərsən.

Içəri girib oturdular. Həmişə olduğu kimi söhbət həmişəki şablon sözlərlə başlandı. Çay gətirəndən sonra Fəridə əsil mətləbə keçdi.
- Sənlə bir şey haqda məsləhətləşmək istəyirəm.
- De görək.
- Neçə gündür ki, Haruna nəysə olub. Gün-gündən dala gedir. Deyirəm bir falçıya gedim, fal açdırım görüm nə olub.
- Yox bir, uşağa cəftə suyu içirt. Hansı zəmanədə yaşayırsan?
- Bəs nə edim?
- Çağır uşağı, otuzdur qabağında, əməlli-başlı danış, dərdini soruş.
- Yoxlamışam, danışmır.
- Anası deyilsən? Xasiyyətini ki, bilirsən. Pişim-pişimlə qılığına gir də.


Bu Fəridənin ağlına batdı. Hər halda falçıya getməkdən daha yaxşıdır. Ancaq, necə eləsin ki, nə şiş yansın, nə kabab?

Harun heç kimə heç nə demədən işdən çıxdı. Başını salıb gedirdi. Bilmirdi hara gedir, nə üçün gedir, sadəcə gedirdi.
Bir neçə saat belə gəzdi. Başını qaldırıb baxanda gördü ki, hansısa universitetin yanındadır. Ondan bir az aralıda bir qızla bir oğlan dayanıb söhbət edirdilər. Necə də bəxtəvər görünürdülər?! Haruna elə gəldi ki, bu saat dünyada onlardan daha xoşbəxt heç kim yoxdur. Özü də bilmədi ki, haçan oğlana yaxınlaşıb dedi:

- Xoşbəxtliyinin qədrini bil. Itirəndən sonra ağlamaq fayda vermir.
Və dönüb uzaqlaşdı.
Yenə də başı aşağı, fikirli halda gedirdi.
Qızla oğlan onun dalınca baxırdılar. Oğlan dedi:
- Deyəsən içib.
Qızsa ona cavab verdi:
- Yox, çox sevdiyi birini itirib...

Harun gəzə-gəzə evə getdi.
Hava qaralmışdı.
Harun evə çatan kimi otağına girib yatdı.

Sabahısı gün Harun öz-özlüyündə fikirləşirdi:
“Yox, belə getməz. Bu işə bir əncam çəkmək lazımdır. Belə nə qədər gedəcək?”
Bu fikirlərlə də Gülərin iş yerinə getdi.
Iş vaxtı qurtaranacan gözlədi. Işçilər çıxmağa başladı. Gülər yenə də yox idi. Bir-iki dəqiqə sonra Gülərin rəfiqəsi çıxdı.

- Bacı, sizi bir dəqiqəlik olar?
- Buyurun.
- Gülər yoxdur?
- Yox.
- Məzuniyyəti qurtarmayıb?
- Qurtarıb.
- Bəs hardadır?
- Işdən çıxıb.
- Çıxıb? Haçan?
- Dünən.
- Nə üçün?
- Bilmirəm. Günorta vaxtı pəncərənin qabağında dayanmışdı. Birdən-birə halı dəyişdi, ağlamağa başladı. Sonra nə fikirləşdisə ərizəsini yazıb getdi. Çox dedik, az qala yalvardıq, amma dayanmadı...
Hə, gəl indi Güləri tap görüm necə tapırsan...


...Harun bütün qüvvəsini topladı. Gülərgilə getdi. Qapını döydü. Daha doğrusu təpiklədi. Qapını Gülər açdı.

- Nə üzlə gəlmisən?

Və bir şillə...
Şillə üzünə dəyən kimi Harun yuxudan ayıldı. Səhərəcən yata bilmədi.
Səhər Fərruxa zəng elədi ki, işə gəlməyəcək.
Fikrini dağıtmaq üçün dənizkənarı bulvara getdi.
O baş-bu başa çox gəzdi...
Axşamüstü uzaqda Güləri gördü. Bir az da diqqətlə baxdı. Hə, özüdür, Gülərdir... Yanında bir oğlan da var idi. Əlini-qolunu oynada-oynada nəsə danışırdı, Gülər isə gülümsəyirdi.
Üzünü çevirib getdi.
Evdə otağına qapandı.
“Demək,Gülər vəfasız çıxdı. Demək sevdiyin birini unutmaq bu qədər asan imiş.”
Indi neyləsin? Özünü öldürməyi də xəyalından keçirtdi. Amma yox, özünü nə üçün öldürür? Gülər kimdir ki, özünü ona görə öldürsün? O unudub, lap yaxşı, Harun da unudar. Burda nə var ki?! Gülərlə, ya Gülərsiz, yaşamaq lazımdır. Əvvəllər Gülər yox idi, o yaşamırdı? İndi də yaşayacaq. Kim deyib ki, “unudulanlar unudanları heç vaxt unutmur”? Elə unudur ki... Unudur, lap o yana da keçir. Sadəcə özünü silkələmək və həyata təzədən başlamaq lazımdır. Vəssalam.
Harun da belə elədi.
Özünü lap quş kimi hiss edirdi...
Hamama gedib güzgüdə özünə baxdı. Necə də dəyişilmişdi... Az qaldı ki, özünü tanımasın. Üzünü qırxdı. Anasının yanına gəldi.

- Yeməyə bir şey ver də... Qarnımda toy-bayramdır.
- Yaxşısan?
- Hə, nə olub ki, mənə?
- Heç, elə-belə...
Yemək yeyəndə Fəridə soruşdu:
- Harun, haçan evlənirsən?
- Haçan istəyirsən?
- Tez, lap bu yaxımlarda.
- Tez istəyirsənsə, tez də olsun.
- Kimi alım səninçün?
- Kimi istəyirsən.
- Ciddisən?
- Hə.

Fəridənin sevincinin həddi-hüdudu yox idi. “Tezliklə qız tapmaq lazımdır. Haruna nə var ki? Bir də gördün dedi ki, evlənmirəm.”- deyə öz-özlüyündə fikirləşən Fəridə yeməyini yarımçılıq qoyub qohum-qonşudakı qızları yadına salmağa başladı.

Iki günün içində Harun yenə əvvəlki Harun oldu. Bu ani dəyişiklikdən Fərrux da çaşmışdı.

- Harun, nəsə olmayıb?
- Yox, heç nə.
- Belə birtəhərsən e...
- Sənə elə gəlir. Həmişəki Harunam da... Buynuz-zad çıxartmamışam ki.
- Gülərdən nə xəbər?
- O söhbəti bağlayıb atmışam arxivə. Mənim üçün təzə, Gülərsiz həyat başlayır.
- Yəni onu yadından çıxara biləcəksən?
- Artıq çıxartmışam. O məni istəmir, mən onu dünəndən istəmirəm. Çox lazımdır mənə. O qədər qız var ki, Gülərdən də yaxşı.
- Gülər kimisi də var?
- Yaxşı, uzatma daha. Güləri də yadından çıxart...

Axşam evə gələndə anası ona bir qız şəkli verdi. Harun anasının fikrini başa düşdü. Sözün düzü, qəşəng qız idi. Bir az baxandan sonra şəkli anasına qaytardı.

- Hə, nə deyirsən?
- Özün bilən məsləhətdir.

Razılıq alınmışdı. Fəridə artıq elçiliyə kiminlə gedəcəyi haqqında fikirləşirdi.

Yeməyini yeyəndən sonra Harun gəzməyə çıxdı.
Hə, qız da tapıldı. Yəqin ki, verəcəklər. Nə üçün də verməsinlər? Hardan tapacaqlar Harun kimisini? Tezliklə də toy olar. Fəridə arzusuna çatdı. Daha Harundan əl çəkərlər. Yox, hara əl çəkirlər? Indi də başlayacaqlar ki, uşağın olsun. Bəh, indi də gəl uşaq dərdi çək.
...Harun özü də istəmədən həmişə Gülərlə görüşdükləri parka gəlmişdi...
Birinci dəfə idi ki, o, bura Gülərsiz gəlirdi.
Həmişə oturduqları skamyaya tərəf baxdı. Kimsə oturmuşdu. Qaranlıqda kim olduğu aydın seçilmirdi, amma dəqiq qız xeylağı idi.
Bir az da yaxımlaşdı...
Skamyada oturan Gülər idi...
Harunu görən kimi Gülər ayağa durdu...
Qabaq-qabağa dayandılar...
Bir-birinin gözlərinə baxdılar...
Eyni anda hər ikisinin gözlərindən yaş axdı...
Və özləri də bilmədən qucaqlaşdılar...
Bir xeyli beləcə dayandılar. Gülər ürəyi boşalanacan ağladı. Harun isə ağlamamaq üçün özünü güclə saxladı.

- Harun, yaman dəyişmisən.
- Sən də...
- Məni bağışla...
- Sən də...
- Elə bilirdim məni unutmusan.
- Mən heç səni unuda bilərəm? Işinə gəlmişdim, dedilər ki, məzuniyyətdəsən.
- Hə, səndən ayrılandan sonra məzuniyyətə çıxdım. Rayona getdim ki, bir az fikrim dağılsın. Amma hər yerdə sən mənimlə idin...
- Bəs işdən nə üçün çıxdın?
- Pəncərənin qabağında dayanıb küçəəyə baxırdım. Küçədən sən keçdin. Səni görən kimi özümü saxlaya bilmədim, ağladım. Sonra heç özüm də bilmədən ərizəmi yazıb işdən çıxdım.
- Elə yaxşı eləyib çıxmısan.
- Nə üçün?
- Onsuz da evlənəndən sonra səni işləməyə qoymayacağam.

Gülər gülümsədi.

- Yaxşı yadıma düşdü. Iki gün qabaq səni bir oğlanla gördüm. Yaman mehriban görünürdünüz. O kim idi?
- O mənim uzaq qohumumdur. Sözün düzü, o gün mənə evlənmək təklif elədi. Mənsə rədd elədim.
- Yaxşı eləmisən, lap əlinin içindən gəlib.

Gülər Haruna qısıldı.

- Məni heç vaxt buraxma.
- Sən mənim bəxtimsən, buraxsam da yenə məni tapacaqsan... Gülər, tezliklə bilirsən nə olacaq?
- Nə?
- Sən anamın gəlini, mənim də xanımım olacaqsan.

Bir az da oturdular. Gələcəkdən danışdılar.
Harun Gülərin o vaxt nə üçün getdiyini soruşmadı. Bu söhbət artıq onlara lazım deyildi...
Elə bil, hər ikisi təzədən doğulmuşdular...
Dünya nə qədər gözəl imiş, gecələr nə qədər nurlu, ulduzlar nə qədər prıltılı olurmuş...

Güləri evə ötürəndən sonra Harun əsil gəlinini tapdığını anasına çatdırmaq üçün evə tələsirdi...

Iyun 2010
Mart 2011

Son

Ps: Əziz userlər, dəyərli vaxtınızı ayırıb oxuduğunuz üçün hamınıza minnətdaram.

Həmid


Geri dön

★Miss Love★

  • 1 may 2012 18:44
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
Buтun hisseleri oxumuwdum sonuncunuda oxudum cooox maraqli idi her defe oxuуanda gozlerim dolurdu...Bu maraqli уazini bizimle paуlawdiqina gore sene cox тewekkur edirem...Allah buтun sevenleri bele qovuwdursun hamisinin axiri bele olsun,hec bir goz bele уawli qalmasin mende onun icinde olmaqla...AMIN!

EnD of TiMe

  • 25 aprel 2012 16:24
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
hmm gozel hekayedi..ardi yeqin ki var..gozleyecem...tesekkurler

enigmatic_girl

  • 23 aprel 2012 18:24
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
- Harun, Gülərdən nə xəbər?
Harun çiyinlərini çəkdi:
- Elə o gedən gedib.
- Gedənlər qayıdır.
- Hamısı yox. Gedənlərin hamısı qayıtsaydı, daha nə vardı ki?
- Zəng eləmisən?
- Zəng çatmır.
- Bəs...

--------------------

SWEET LOVE

  • 23 aprel 2012 17:11
  • Məqalə: 0
  • Şərh: 929
  • Bal:
{awards}
AY ALLAH NE YAXSI MEN DE LAP BIRINCISIN OXUYANDA ULASMA QURMUSDUM BUNLARIN TALEYINE.COOOOOOX SAGOL BUNU OXUDUM O QEDER YAXSI OLDUN KI!COOOOX SAGOL.TESEKKUR EDIRE.KAS BUTUN SEVENLERIN AXIRI BELE OLAYDI. love

LoVe_LiFe

  • 23 aprel 2012 00:09
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqlidir oxumadim axira kimi amma yenede twklerr

_LALE_

  • 22 aprel 2012 19:16
  • Məqalə: 3
  • Şərh: 273
  • Bal:
{awards}
BES O BIRI QIZ NE OLDU? ANASI RAZILASDI GULERI ALMAGA??????? QESENG HEKAYEDI TESEKKURLER YENE HEKAYELER GOZLEYIRIK

Nuray2012

  • 22 aprel 2012 19:01
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol hekayeye gore

--------------------

✰GlaMurKa✰

  • 22 aprel 2012 17:52
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
coxxx maraqli idi cox sag olunnnn winked

C.I

  • 22 aprel 2012 17:34
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
cox maraqli idi bununla birlikde 4uncu idi cox beyenirem ve maraqla oxuyuram tskler.........

--------------------

✰Dгeaм✰

  • 22 aprel 2012 16:56
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Cox uzundu.Amma hekaye ucun sag ol.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 26
Cəmi: 34

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
The Shield
Xəbərləri: 55
Cəmi: 77
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}