Xaricdə təhsil almaq istəyən gəncləri məyus edən nədir?

 
Xaricdə təhsil almaq istəyən gəncləri məyus edən nədir?

Azərbaycanda xarici ölkələrdə təhsil almaq istəyən gənclər çoxdur. Amma “Xaricdə təhsil üzrə dövlət proqramı”ndan bu arzuda olanların hamısı istifadə edə bilmir.

Məhsəti Quluzadə xaricdə təhsil almaq üçün bu az yaşında çox şeylər edib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib, bakalavr dərəcəsi alıb və ən nəhayət, alman dilini mükəmməl şəkildə öyrənib. Amma bütün bu keyfiyyətlər ona arzusunu gerçəkləşdirməyə, yəni təhsilini Almaniyada davam etdirməyə imkan verməyib.

Qeyd edək ki, ixtisaslar ölkənin mütəxəssislərə olan tələbatına uyğun seçilir. Əslində, xaricdə təhsil almaq istəyən bir çox gənci məyus edən də bu məqamdır. Məsələn, elə Məhsəti özü. Fikirləşir ki, o, “Xaricdə təhsil üzrə dövlət proqramı” çərçivəsində Almaniyada jurnalistika ixtisası üzrə magistr dərəcəsi alsa, bunun nəyi pisdir ki?

Xaricdə təhsil proqramını araşdıran İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul da ixtisas seçimində belə ehtiyatlılığı narazılıq üçün əsas mənbə sayır.

Onun sözlərinə görə, bu ixtisaslara iqtisadiyyatı qətiyyən salmırlar: “Təhsil Nazirilyi deyir ki, kənd təsərrüfatı sahəsi də iqisadiyyatdır. Amma gəlin araşdıraq. 600 bal toplayan hansı tələbə gedib kənd təsəsrüfatını oxuyur. Tələbələrə belə baryerlər yaradırlar. Bu proqrama hüququ salmırlar, idarəetməni salmırlar. Bu da narazılıq doğurur”.

Proqramda əsas problem tək bununla bitmir. Mütəxəssislər şəffaflıq və hesabatlılıqla bağlı da ciddi problemlərin olduğunu deyirlər. Yaxud, tələbələrin təqaüdlərini vaxtlı-vaxtında ala bilməməsi də bir başqa problemdir. Maraqlıdır ki, özü də bu, vəsait çatışmazlığından irəli gəlmir.

Məlumat üçün deyək ki, ötən il Dövlət Neft Fondu “Xaricdə təhsil proqramı”na 15 milyon manat vəsait ayırıb ki, həmin ilin 9 ayı ərzində bu vəsaitin cəmi 5, 93 milyonu istifadə olunub. Təkcə bu faktın özü tələbələrin pulla bağlı probleminin olmaması deməkdir.

Təhsil Nazirilyində isə bunu texniki səbəblərlə əsaslandırırlar. Nazirliyin sektor müdiri Əlipaşa Zeynalovun sözlərinə görə, tələbə oxuduğu ali məktəbdən arayış göndərənə və bu sənəd əsasında işlər həllini tapana qədər, 40-45 gün lazım gəlir ki, bu müddət ərzində hərə öz başına çarə tapmalıdır. Yəni, tələbə ya kredit, ya da kimdənsə borc götürməlidir.

Qeyd edək ki, bu il Dövlət Neft Fondu “Xaricdə təhsil proqramı”na 20 milyon manat vəsait ayırıb. Amma nə ayrılan vəsait, nə görülən işlər proqramın hədəfinə çatmağa imkan verir.

Belə ki, 2007-2015-ci illər ərzində 5 min tələbənin xaricə göndərilməsi nəzərdə tutulsa da, bu günə kimi cəmi 1 228 nəfər bu imkandan yararlana bilib. Elə xaricə göndərilənlərin kimliyi də narazılıq predmetidir. Məsələn, Qalib Toğrul deyir ki, onların içərisində məmur balaları çoxdur. Təhsil Nazirilyinin sektor müdiri isə başqa fikirdədir.

Əgər məmur uşağı yaxşı oxuyursa, 600 baldan artıq bal toplayırsa, bizim nə haqqımız var, onun haqqını tapdalayaq? Onun preoritet ixtisaslara sənədləri verməyək?”, deyə Ə. Zeynalov bildirib.

Ümid edək ki, bir gün Məhsəti kimi gənclər haqda da belə düşünəcəklər. Hələ ki, düşünən və xaricdə oxumaq üçün hər cür vasait axtaran Məhsəti kimi gənclərdir.


Geri dön

★Miss Love★

  • 23 aprel 2012 18:47
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
Xaricde тehsil almaq menim en boуuk arzumdu inwallah menede nesib olar xebere gore sagol=)

LoVe_LiFe

  • 22 aprel 2012 23:24
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
insallah nesib olar bizede. AMIN. twkler meqaleye gore

..::Only_Life::..

  • 22 aprel 2012 14:22
  • Məqalə: 263
  • Şərh: 922
  • Bal:
{awards}
mend exaricde tehsil almagi coxx isterdim amma burdada oxumaq yaxsdi tesekkurler

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

Воровской

  • 22 aprel 2012 13:52
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
yenede twk ))))))))))))))))))))))))

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

enigmatic_girl

  • 22 aprel 2012 13:47
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
maraqlidir tesekkur

--------------------

Воровской

  • 22 aprel 2012 13:25
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
)))))))))))))))))))))))))))))))))))))

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

EnD of TiMe

  • 22 aprel 2012 13:13
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Xaricde tehsil pis olmaz......Ama kimdiki qoyan.....onun ucun Azerbaycan daxilinde daha yaxsidir....tesekkurler xeber egore....

_SHARIM_

  • 22 aprel 2012 12:54
  • Məqalə: 0
  • Şərh: 104
  • Bal:
{awards}
pis olmazdi xaricde tehsil almaq amma cetin isdi

✰GoLd GirL✰

  • 22 aprel 2012 12:39
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Men de gelecekde isterdim amma hele baxaq gorek
Xeber ucun tesekkur........

✰GlaMurKa✰

  • 22 aprel 2012 12:20
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
mende xaricde oxumaq isterdim hemde coxx tesekkurlerrr

SWEET LOVE

  • 22 aprel 2012 12:12
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
{awards}
XEBERE GORE COX SAGOL

✰Dгeaм✰

  • 22 aprel 2012 11:18
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Xeber ucun tesekkurler.

Nuray2012

  • 22 aprel 2012 11:09
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
hmmm cox sagol xeber gore

--------------------

C.I

  • 22 aprel 2012 11:07
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
menim qardasimda xaricde tehsil almaq ucun mayda imtahan vercek tskler xebere gore ..........

--------------------

Ku-ku

  • 22 aprel 2012 10:40
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
hm menim de vaxti iken arzum olub

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 36
Cəmi: 54

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}