Sərnişin nəqliyyatı niyə əsəbi atmosfer yaradır?

 
Sərnişin nəqliyyatı niyə əsəbi atmosfer yaradır?

Məşhur teatrşünas Stanislavskinin belə bir fikri var: «Teatrda mədəniyyət qarderobdan başlayır». İnsanın gün ərzində rastlaşdığı hər hansı ilk xoş münasibət onda yaxşı ovqat yaradır və yaxud əksinə. Bəlkə də şəhərmizin də mədəni həyatı elə nəqliyyatdan start götürür desək, yanılmarıq. İctimai nəqliyyatdan istifadə edən insanlar mənim fikirlərimi təsdiqləyər. Paytaxtımızda sərnişindaşımada istifadə olunan bəzi avtobuslarda total mədəniyyətsizlik baş alıb gedir. Sürücünün davranışı, acgözlüyü əsəbi atmosfer yaradır. Bu ağrılı məsələ haqqında dəfələrlə yazılıb, fikirlər səslənib. Düzdür, nəqliyyatda bəzi müsbət məqamlar qeyd olunmalıdır. Dövlət vəsaiti hesabına bir sıra iritutumlu avtobuslar xaricdən gətirilərək istifadəyə buraxılıb, magistral yollarda inşaat işləri aparılır. Avtomobillər xəttdə olarkən nəzarəti gücləndirmək məqsədilə yol kənarlarında müxtəlif qurğular quraşdırılıb.

Təbii ki, bütün bunlar təqdir olunmalıdır. Təəssüf ki, bu görülən işlərə baxmayaraq sərnişindaşımada problemlər bitmir. Bir faktı da qeyd etmək lazımdır. Dövlət Yol Polisinin keçirdiyi reydlər zamanı müəyyən olundu ki, avtobus sürməyə iddialı olan şəxslərin bir çoxlarının sürücülük vəsiqəsi və yaxud kateqoriyası yoxdur. Görün insanların taleyi kimlərin əlindədir? Bu tək avtobusu idarə edən şəxsin günahı deyil, həm də onu xəttə buraxan, «axşam hansı yolla olur-olsun plan gətir» deyən sahibkarın günahıdır. Bu qanuna etinasızlıqla bərabər vətəndaşlıq və dövlətçilik təfəkkürünün aşağı olması ilə bağlıdır. Mənə belə gəlir ki, Nəqliyyat Nazirliyi ilə Dövlət Yol Polisinin avtobus sürücüləri arasında yoxlamaları, reydləri kampaniya xarakteri olmamalıdır. Bu iş müasir texniki qurğuların vasitəsilə mütəmadi həyata keçirilməlidir. Sürücülər sahibkarlar tərəfindən müəyyən edilən gündəlik planın yüksək olmasından, lazımsız lisenziyaların çoxluğundan, sərnişinlər isə xidmətin aşağı səviyyədə olmasından şikayətlənirlər. Görünür marşrut xətlərinin sahibkarlara verilməsində şəffaf prosedurlara yetərincə əməl edilməyib.

Bu məsələdə azad rəqabətə önəm verilməklə optimal variant tapmaq mümkündür. Birincisi, marşrut xətlərinin sahibkarlara verilməsində azad seçim və şəffaf prosedur qaydalarının yaradılması üçün mexanizmlər işlənib hazırlanmalıdır. İkincisi, hər bir nəqliyyat vasitəsinin gəlirini müəyyən edib, sürücülərin dili ilə desək, gündəlik plan qoymaq üçün bilet satışı sisteminə keçməklə bəzi məsələləri həll etmək olar. Paytaxtda və ətraf qəsəbələrə sərnişin daşımada bilet satışı tamam yaddan çıxıb. Təbii ki bu mexanizmin yaradılması nəticəsində dövlət büdcəsinə qanuni vergi ödənişi artar, digər tərəfdən sahibkar sürücüdən fantastik gündəlik plan tələb etməz. Müşahidələr göstərir ki, sərnişin nəqliyyatı kifayət qədər gəlir gətirən, məsuliyyətli sahədir. Deməli burada söhbət maliyyə şəffaflığının lazımi şəkildə təmin edilməsindən, qanunsuz müdaxilələrin qarşısının alınmasından, istər cavabdeh məmurun və sahibkarın, istərsə də sürücünün və sərnişinin məsuliyyətinin dərkindən gedir. Hər kəs öz məsuliyyətini dərk etsə sərnişin nəqliyyatındakı əsəbi atmosfer tədricən aradan qalxar. Bu gün orta statistik azərbaycanlı üçün o qədər önəmli deyil ki, marşrutun sahibkarı kimdir, sürücüyə lisenziya neçəyə başa gəlir, gündəlik planı nə qədərdir? Biçarə sərnişini düşündürən rahat və salamat mənzil başına çatmaqdır. İnsanların salamat, həm də əsəbləri yerində ictimai nəqliyyatdan istifadəsi üçün daha bir addım atıla bilər. Bu da nəqliyyatın intellektual idarəetmə sisteminin yaradılması ola bilər. Verilən məlumatlara görə, bu sistemin yaradılmasına hazırlıq prosesi gedir. Belə şəbəkənin müasir texniki avadanlıqlar vasitəsilə yaradılması xətdə fəaliyyət göstərən avtomobillərin izlənməsinə və daha yaxşı idarə olunmasaına kömək edə bilər.

Əslində bir çox mıəsələlərdə, o cümlədən sərnişin nəqliyyatında ictimai nəzarət güclənməlidir. Bu sahəyə cavabdeh şəxslər düşünməlidir ki, onların necə fəaliyyət gostərməsi diqqətdən kənarda deyil. Bu gün sərnişin nəqliyyatı haqqında danışmaq, yazmaq kimlərəsə primitiv gələcək. Unutmayaq ki, cəmiyyətin münasibətlər sistemində, sadə insanların həyatında əslində hər bir məqamın, o cümlədən sərnişin nəqliyyatının rolu böyükdür. Ona görə bu məsələlərə həm media, həm də QHT-lər laqeyd yanaşmamalıdır.


Geri dön

★Miss Love★

  • 23 aprel 2012 19:04
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
Melumaтa gore тewekkurler=)

enigmatic_girl

  • 23 aprel 2012 17:46
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Sitat: C.I
belede ordan burdan oxudum tskler...........

--------------------

LoVe_LiFe

  • 22 aprel 2012 23:48
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
hamisini oxumadim amma yenede twklerr

C.I

  • 22 aprel 2012 18:22
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
belede ordan burdan oxudum tskler...........

--------------------

EnD of TiMe

  • 22 aprel 2012 16:22
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
cox uzunuydu demek olarki cox az oxudum......ama oxudugum yerlerde dogurdan da heqiqet variydi...tesekkurler xebere gore

✰GoLd GirL✰

  • 22 aprel 2012 16:03
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Cox tesekkurler edirem......

asel

  • 22 aprel 2012 15:28
  • Məqalə: 0
  • Şərh: 1016
  • Bal:
{awards}
ehhh duz emmeli mawrut suren varki pLANAm gore da yariwa girirler ele berkde sururlerki adm lap qorxur,twkler

--------------------
awk aciyi sever.

Nuray2012

  • 22 aprel 2012 15:13
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
cox sagol xebere gore

--------------------

Воровской

  • 22 aprel 2012 14:22
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
thankssssssssssssssss

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

✰Dгeaм✰

  • 22 aprel 2012 14:02
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Melumat ucun cox sag ol.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 53

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}