Adrenalin Təhlükəli Vəziyyətdə Orqanizmə Necə Enerji Verir

 
Adrenalin Təhlükəli Vəziyyətdə Orqanizmə Necə Enerji Verir

Həyəcanlandıqda və ya qorxduqda daha güclü, cəld və diqqətli olmağınızı təmin edən adrenalin hormonu orqanizminizə hansı əmrləri verir?

Çox güclü təsiri olan bu hormon təhlükəli vəziyyətdə nə qədər ifraz olunur?

Ürəyə, beyinə və əzələlərə gedən damarları açan adrenalin molekulları qaraciyərə və dəriyə gedən damarları nə üçün daraldır?


Təhlükə ilə qarşılaşan zaman insan özünü müdafiə etmək və ya dərhal olduğu yerdən qaçmaq üçün orqanizmi daha güclü və cəld olmalıdır. Bu cür fövqəladə hallarda orqanizmdə lazımi tənzimləmə aparılması üçün əvvəla ürəyiniz daha sürətlə döyünməli və daha çox qan vurmalıdır. Belə ki, insan orqanizmi belə hallar üçün qüsursuz yaradılmış və orqanizmimizə təhlükəli vəziyyətdə fəaliyyət göstərən qeyri-adi hormon yerləşdirilmişdir. Adrenalin adlanan bu hormon fövqəladə hal baş verdikdə böyrəküstü vəzilərin daxili hissəsində yerləşən laboratoriyada ifraz olunur və bədənin müxtəlif hissələrinə yayılaraq orqanizmin təhlükəli vəziyyətə uyğun reaksiya verməsini təmin edir.

Qanımızdakı adrenalinin miqdarı nə qədərdir?

Aparılan tədqiqatlar mühüm faktı üzə çıxarmışdır. İnsanın qanındakı adrenalin hormonu aşağıdakı kimi ifadə edilir:
“Əgər orqanizmimizdəki qanı 2 metr dərinliyi, 100 metr diametri olan göllə müqayisə etsək, qanımızdakı adrenalin miqdarı bu gölə tökülən bir çay qaşığı mayeyə bərabər olar”. (Helena Curtis, Sue Barnes, İnvıtation To Biolog, səh. 467)

Miqdarının az olmasına baxmayaraq, bu maddə insan orqanizminə çox güclü təsir edir. Adrenalinin insanlara qazandırdığı bu xüsusiyyətlər yaradılışındakı mükəmməllikdən qaynaqlanır.

Təhlükəli vəziyyətdə lazım olan əlavə qan necə təmin olunur?

Təhlükənin meydana gəlməsilə orqanizmdə həyəcan siqnalı verilir. Beyin böyrəküstü vəzlərə ildırım sürəti ilə əmr göndərir. Böyrəküstü vəzin daxili hissəsində yerləşən hüceyrələr fövqəladə vəziyyət elan edir və təcili surətdə adrenalin hormonu ifraz edilir.

Adrenalin molekulları qana qarışır və orqanizmin müxtəlif hissələrinə yayılır

İfraz olunan adrenalin molekulları damarları tənzimləyir. Bu tənzimləmə təhlükəli vəziyyətdə həyati orqanlara daha çox qan getməsini təmin edir. Bunun üçün ürəyə, beyinə və əzələlərə gedən qan damarlarını genişləndirmə əmri verilir.
Damarların ətrafındakı hüceyrələr adrenalin hormonunun verdiyi əmrə tabe olaraq lazımi damarları genişləndirir. Beləliklə, beyin, ürək və əzələlərin ehtiyacı olan əlavə qan təmin olunur. (Eldra Pearl Solomon, İnsan Anatomisine ve Fizyolojisine Giriş, Çeviri: Doç. Dr. L. Bilkem Süzen, İstanbul, Birol Basın Yayın Dağıtım, avqust 1997, səh. 140)

Adrenalin molekulları nə üçün dəriyə gedən damarları daraldır?

Adrenalin molekulları ürəyə, beyinə və əzələlərə gedən damarları genişlədir, dəriyə gedən damarları isə daraldır. Beləliklə, orqanizm üçün lazım olan əlavə qan təmin olunur.

Dəriyə az qan getməsinin başqa səbəbi də var: əgər yaralanma olarsa, qan itirmə riski azaldılır. Həddindən artıq həyəcanlanan zaman dəridə müşahidə olunan solğunluğun səbəbi də o anda dəriyə daha az qanın getməsidir.

Adrenalin hormonu nəzarət altındadır

Bədəninizdəki damarların diametri və bu damarların haraya, hansı miqdarda qan daşıdığı gözlə görünməyən hormon tərəfindən tənzimlənir. Adrenalin hormonunun bədəndəki bu fəaliyyəti böyük ağıl, bilik və qabiliyyət tələb edir. Bu çox kiçik molekul nəyi nə vaxt etməyi yaxşı bilir, insanın ehtiyacı olmadıqda orqanizmdə əsla həyəcan siqnalı vermir. Bundan başqa, hansı hüceyrələrə getməli olduğunu, hansılarına necə əmr verilməsini çox yaxşı bilir və bunu heç unutmur. Habelə orqanizmin nə vaxt fövqəladə vəziyyətdən çıxarılması məsələsində də əsla yanılmır.

Əgər səhv olarsa, orqanizmdə qarşısıalınmaz zədələr meydana gələr. Ancaq bu kiçik molekullar böyük məsuliyyətlə işləyir. Bir neçə atomun müəyyən nizamla birləşməsindən əmələ gələn şüursuz, cansız, beyni, gözü, biliyi olmayan mayenin bu qədər ağıllı, mütəşəkkil hərəkət etməsi qeyri-mümkündür. Bütün bunlar orqanizmimizdəki hər molekulu Allahın yaratdığını sübut edir.
Adrenalin molekulları hər orqan üçün müxtəlif funksiya yerinə yetirir. Damara gedən zaman damarı genişləndirən adrenalin molekulu ürəyə getdikdə ürək hüceyrələrinin daralmasını sürətləndirir. Beləliklə, ürək daha sürətlə döyünür və əzələlərə əlavə güc üçün lazım olan qanı ötürür.

Böyrəküstü vəzilər laboratoriya kimi işləyir və bir-birindən vacib hormonları ifraz edir. Böyrəküstü vəzilərdə iki müxtəlif laboratoriya var. Biri adrenal korteks, digəri isə adrenal medulla adlanır. Bu laboratoriyalarda ifraz olunan hormonlar insan üçün həyati əhəmiyyət kəsb edir.

Qaraciyərə çatan adrenalin molekulları buradakı hüceyrələrə qana daha çox şəkər qarışdırmağı əmr edir. Beləliklə, qandakı şəkərin miqdarı artır və əzələlərin ehtiyacı olan əlavə enerji təmin olunur.

Təhlükəli vəziyyətlərdə beyin və böyrəküstü vəzilər arasındakı rabitə ilə orqanizmdə həyəcan siqnalı verilir.

Təyyarədə zədə meydana gələn zaman təyyarəçinin orqanizmində dərhal adrenalin ifraz olunur. Bu maye beyinə daha çox şəkər və qan göndərir, beləliklə, təyyarəçinin daha diqqətli olmasını təmin edir. Qan təzyiqini və ürək döyüntülərini artıraraq daha cəld olmasını təmin edir. Bunlar adrenalinin təyyarəçidə meydana gətirdiyi onlarla dəyişiklikdən bir neçəsidir.

Adrenalin hormonu qana qarışdıqda bütün orqanizmdə həyəcan siqnalı verilir. Həzm orqanlarının hərəkətinə mane olur və həzm prosesini dayandırır. Beləliklə, əzələləri qidalandırmaq üçün mühüm miqdarda qan əldə edilir. Eyni zamanda ürəyin ritmi artır, qan təzyiqi yüksəlir. Ağciyərlərin bronxları genişlənir, oksigenin daxil olması və qanın oksigenlə qidalanması sürətlənir. Qandakı şəkərin miqdarı artır. Bu da əzələləri həddindən artıq enerji ilə təmin edir. Nəhayət, göz bəbəkləri böyüyür və gözlərin işığa həssaslığı artır. Bütün bu təsirlər birləşdikdə insan istər qaçış, istərsə də müdafiə vəziyyətinə hazır olur.


Geri dön

ツMrs.Crazy ツ

  • 26 aprel 2012 11:49
  • Məqalə: 120
  • Şərh: 3558
  • Bal:
adrenalinin de oz yeri var
tsk

enigmatic_girl

  • 23 aprel 2012 19:58
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Sitat: VIPTOZ
sonacan oxudum bu haqda bilirdim.yenede bezi bilmediklerimi oyrendim.cox marqli xeberdi tsk

--------------------

VIPTOZ

  • 23 aprel 2012 00:33
  • Məqalə: 1
  • Şərh: 4302
  • Bal:
{awards}
sonacan oxudum bu haqda bilirdim.yenede bezi bilmediklerimi oyrendim.cox marqli xeberdi tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

LoVe_LiFe

  • 23 aprel 2012 00:17
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
melumata gore twklerr.

Elde var Hayat_

  • 22 aprel 2012 23:54
  • Məqalə: 0
  • Şərh: 79
  • Bal:
{awards}
Adrenalin hərəkətlər insanın stresini aparir

AysU_DilarE

  • 22 aprel 2012 21:53
  • Məqalə: 143
  • Şərh: 2589
  • Bal:
{awards}
twkler maraqli idi ilk uzun xeber idiki axira kimi oxudum bunu cox sag ol

--------------------

Delya_91

  • 22 aprel 2012 21:45
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
vauu adrenalin belay

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

SaRiCkA

  • 22 aprel 2012 21:42
  • Məqalə: 1
  • Şərh: 540
  • Bal:
{awards}
hmm tesekkurler

--------------------

EnD of TiMe

  • 22 aprel 2012 21:42
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
adrenalin haaqinda biologiyadan melumatim var...xosum gelir adrenalinden...o sekildeki yerde olmaq isteyerem...super xeberdi...tesekkurler

Мой Мир

  • 22 aprel 2012 20:51
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
Sebrim catmadi ALLAHAQQI sorry onsuz gucle gelmisem bunua oxuyub vaxtimi itire bilmerem tewekkurlerrrrr wink

--------------------
∞♥

SWEET LOVE

  • 22 aprel 2012 20:45
  • Məqalə: 0
  • Şərh: 929
  • Bal:
{awards}
HMM.MARAQLI IDI TESEKKURLER

Angel-Feride

  • 22 aprel 2012 19:49
  • Məqalə: 54
  • Şərh: 1027
  • Bal:
{awards}
Təşəkkür[hide][/hide]

nurlana77

  • 22 aprel 2012 19:23
  • Məqalə: 13
  • Şərh: 1756
  • Bal:
{awards}
hec bilmirdim bulari. xebercun twkrler

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

ilknur92

  • 22 aprel 2012 19:03
  • Məqalə: 0
  • Şərh: 45
  • Bal:
{awards}
adrenalin ......sevirem deeee bele weyleri....heyecanli.....tehlukeli.....

✰Dгeaм✰

  • 22 aprel 2012 18:57
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Adrenalin tammenlikdi.Tesekkurler.

sevgi dushmeni

  • 22 aprel 2012 18:47
  • Məqalə: 29
  • Şərh: 2768
  • Bal:
{awards}
cox uzun bi xeber idii sebrim catmadi oxumaga axıra qeder ama yene de saol xeber ucun oxudugum qederiyle maraqlı idi)

--------------------

Nuray2012

  • 22 aprel 2012 18:34
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
hmmm melumata gore cox sagol

--------------------

C.I

  • 22 aprel 2012 18:31
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
aaaaaaaaaaaaaaaaa melumata gore tskler........

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 10
Qonaqlar: 52
Cəmi: 83

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 55
Cəmi: 642
 
MiSS HaPPy)
Xəbərləri: 46
Cəmi: 77
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 44
Cəmi: 59
 
Arzu_zadeh
Xəbərləri: 40
Cəmi: 176
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 150
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 685
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
 
{slinks}