Ağız, dil, diş ağrıları

 
Ağız, dil, diş ağrıları

Ağız, dil, diş ağrıları
Dil ağırlaşarsa büllür, sirkə və duzu zə”fəran, sürmə və naşatırla birgə döyür, bal ilə qatıb ona sürtürlər; bu zaman həmçinin çiy kələmi çeynəmək xeyir verir. Kəklikotunu xardalda qaynadıb qarqara etmək dilin ağırlaşması və keyləşməsinə qarşı çox yaxşı tə”sir edir.
Dil şişəndə və onun iltihabı zamanı yaşıl zəyin yanığını dilin altında bir müddət saxlamaq iltihab prosesini zəiflədir. Kahı suyu, turş ayran və gulab da bu cəhətdən xeyirlidir. Iltihab zamanı dildə xırda sızanaqlar əmələ gələrsə, ona şaftalı sürtmək faydalıdır. Bunun üçün daha tə”sirli dərman kimi balın süd və ya razyana ilə qatışığından istifadə edilir.
Dil gərginləşərsə və qabalaşarsa çobanyastığı, mərzə və şüyüdü qaynadıb boyuna təpitmə qoyduqda, onların yağı ilə qarqara etdikdə gərginlik aradan qalxır, dil yumşalır. Sumaq yarpağını yaxşıca qaynatmaq, onu bal ilə qatıb bir müddət ağzında saxlamaq da dili yumşaldır. Nanə yarpağını dilə sürtükdə yaxşı tə”sir göstərir.
Ağız böşluğunda yara və selikli qişanın iltihabı zamanı tərxunu həll çeynəyib ağızda saxlamaq lazımdır. Bu mə”nada kamfora da yaxşıdır. Uşaqlarda selikli qişa iltihabının qarşısını almaq üçün xına yarpağını əzib dilə sürtmək lazımdır. Piyə qatılmış şirin və turş nar şirəsi isə daha faydalıdır. Ağızda yara olanda süd ilə yaxalamaq yaxşı tə”sir edir. Yaranı daha yaxşı sağaltmaq üçün balıq ödünü qaynadıb bala qataraq məlhəm qoymaq da yaxşı nəticə verir. Ağızı təmizləmək üçün saqqızağacının meyvəsini bal sirkəsi ilə qatıb dişləri və ağızı qarqara etdikdə yapışqanlı seliyi təmizləyir. Nanə suyu ilə də ağızı yaxalamaq müsbət tə”sir göstərir. Çöl nanəsi, quluncan, darçın, qərənfil və naringi qabığını çeynədikdə ağızdan xoş iy gəlir. Naringi dənəsini qaynadıb onun suya ilə ağızı qarqara etmək pis qoxunu aparır. Tut yarpağını çeynəmək ağızdan sarımsaq qoxusunu yox edir. Sədəfotunu çeynəmək də sarımsaq və soğan qoxusuna qarşı yaxşı vasitədir. əgər ağız iyi mə”də ilə bağlıdırsa, bu zaman fıstıq yağı yemək lazımdır. Cövüz çeynəmək və şüyüd yemək də tə”sirli vasitə hesab olunur.
Nar çiçəyini qaynadıb ağız boşluğunu qarqara etdikdə dişin dibini bərkidir və qanaxmanı kəsir. Sürvə (ada çayı), şərab və zeytun yağının qatışığı da bu cəhətdən xeyirlidir. Çöl nanəsi çeynəmək daha faydalıdır.
Gülxətminin kökünü qaynadıb onun suyu ilə ağızı qarqara etməklə ağrı sakitləşir. Ağrını azaltmaq üçün darçını dişə sürtmək və çeynəmək də kömək edir. Xardalı döyüb dişin dibinə qoymaq şişli ağrıya qarşı çox faydalıdır. Nəsrin yağını pambıqla dişin dibinə qoymaq da müsbət tə”sir göstərir. Küt ağrılar olarsa, istiotu sirkədə qaynadıb dişin dibinə qoyurlar.
Diş ağrılarını kəsmək üçün tutun yarpağını və qabığını qaynadıb qarqara etmək və yaxud yovşanı çeynəyib uzun müddət ağızda saxlamaq da xeyirlidir. Dişin ağrısı üzə və qulağa vurarsa, baş tükünü yandırıb gül yağı ilə qatışdıraraq ağrıyan diş tərəfdə olan qulağa damcılatmaq lazımdır. Dişi kariyes zədələdikdə deşilmiş yerə kamfora qoymaq faydalıdır.
Diş ətrafı ətini möhkəmlətmək üçün zeytunu duzlu suda saxlayıb sonra həmin su ilə qarqara etmək faydalıdır. Səndərək ağacının meyvəsini əzib dişin dibinə qoymaq daha yaxşı nəticə verir. Kəklikotunu çeynədikdə dişin dibindəki əti möhkəmlədir. Şirin və turş nar şirəsini piyə qatıb dişin dibinə qoyanda da buna yaxşı kömək edir. Diş dibinin əti zədələndikdə üzüm sirkəsini duzlu suya qatıb ağzında saxlamaq xeyir verir. Mərcanı toz şəklində döyüb dişə qoydukda bu həm dişin dibindəki əti möhkəmləndirir, həm də qanaxmanı kəsir.
Diş dibi ətinin iltihabı və zədələnməsi zamanı qızılgülü döyüb suyunu çıxarır, onu şarabda qaynadaraq qarqara edirlər. Təzə qoz qərzəyi də bu cəhətdən faydalıdır. Onu yumşaq halda döyüb suyunu çıxarır, üzüm şirəsi əlavə edib iltihablı hissəyə qoyurlar. Iltihab irinləşməyə doğru gedirsə əzvay yarpağını döyüb bal qatır, məlhəm kimi irinli yerə yaxırlar. Şirin badam, püstə və fındıqdan hazırlanmış dərman da çox faydalıdır. Dişin dibindəki ətdə iltihabla yanaşı yara olarsa, ardıcı yumşaq halda əzib bal ilə qatır, zədələnmiş yerə sürtürlər.
Dişlərin xarab olmasının, qurd yeməsinin və çürüməsinin səbəbləri, əsasən, onların arasında yemək qalıqlarının qalıb xarab olması, damağın, əsəblərin və dişin minasının zədələnməsidir. Keçmişdə dişlərin təmiz saxlanması və qorunmasına da böyük diqqət yetirmiş, hətta diş üçün müxtəlif tozlar, xəmirlər hazırlanmışlar. Bunun üçün daha çox dəniz sahilində toplaşan sədəf muncuqdan istifadə etmişlər. Bunlar əslində ölmüş balıqların belində, dəri altında yerləşən enli və qalın pulçuqlardılar ki, sonradan dalğalar onu sahilə çıxarır. Hətta XİX əsrin sonu XX əsrin əvvələrində əttarlar bu növ sədəf işlətmişlər. O asanlıqla döyülüb əzilir, limon şirəsində tez həll ola bilir. Onu döyüb toz halına salır və diş tozu kimi istifadə edirlər. Bu, dişlərin xarab olması və qurd yeməsinin qarşısını alır, minanı möhkəmləndirir. Arpanı yandırıb, külünü həmin toza qatıb işlətmək daha faydalı hesab edilir. Bu həm dişlərin rəngini ağartır, həm də onların minasını möhkəmləndirir. O cümlədən tozu limon şirəsinə qatıb məhlul düzəldir və dişləri yuyurlar. Həmçinin tozu bala qatıb dişləri təmizləmək olar. Bundan əlavə ilkin maddə kimi başqa növ sədəflərdən və balıqqulaqlarından da istifadə edirlər.
Əsəbləri keyləşdirmək və diş ağrısını sakitləşdirmək üçün keçmişdə daha çox tiryəkdən istifadə etmişlər. Maraqlı vasitələrdən biri də qəndin yanığıdır. Bu zaman qəndi od üzərində əridərək ona bir qədər döyülmüş qara istiot qatır, sonra dişin oyuğuna, qurd yeyən yerə qoyurlar. Keyləşdirici vasitə kimi batbat toxumdan da istifadə edilmişdir.


Geri dön

In_The_Dark

  • 31 avqust 2011 10:52
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
TWK MARAQLI MELUMATA GORE...

CrazyGirl

  • 15 yanvar 2011 17:12
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Thanks.......

--------------------
Sən varsansa həyat çox gözəl!

nana

  • 10 dekabr 2010 22:14
  • Məqalə: 2
  • Şərh: 37
  • Bal:
{awards}
twk xebbere gore

Angel-Xranitel-666

  • 13 noyabr 2010 17:30
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
THANKS wink

--------------------
AnGeL-xRaNItEl ti super

Ulya

  • 7 noyabr 2010 14:03
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

SerSeRi_RuzGaR

  • 6 noyabr 2010 19:50
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
TeweKkur_EdIreM_ lol

--------------------
<<<$aLunKa>>>

Yusif

  • 6 noyabr 2010 19:44
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurlerrrrrrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 24
Cəmi: 36

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}