Loğmandan (ə) - Elm və mərifət haqqında hikmətlər

 
Loğmandan (ə) - Elm və mərifət haqqında hikmətlər

=Əqlin dəyəri=

..Loğman (ə) oğluna dedi : “Oğlum! Dünya və Axirətin sonsuz şərəf və ağalığı gözəl ağıldadır. Əgər bəndə ağlını gözəlləşdirsə, eyiblərini və qüsurlarını islah edər”.

..Oğlum! “ Tanrı haqqında düşün! Çünki insanların ən ağıllısı, Tanrı haqqında gözəl düşünəndir. Şeytan aqil insandan qaçır və onu öz toruna sala bilmir”.

=Əqlin əlaməti=

..Loğmanın (ə) ağası ona dedi: Güman etmirəm ki, sən aqil olasan.Loğman (ə) ona dedi : “Aqil yalnız ALLAHdan qorxan şəxsdir”.

..Loğman (ə) dedi: “Aqil adama öz ailəsinin içərisində uşaq kimi,cəmiyyətin arasında kişi kimi (ağır) olmaq yaraşır”.

..Loğman (ə) dedi: “Aqil insana dörd vaxt lazımdır:

1) Öz Rəbbi ilə münacat vaxtı.
2) Həyatı haqqında özünü sorğu-suala çəkmə vaxtı.
3) Yaşayış xərclərini qazanma vaxtı.
4) Özünü digər vaxtlara güc (enerji) toplamaq üçün ,halal ləzzətlər içərisində, azad buraxma vaxtı”.

=Alimin nişanı=

..Loğman (ə) oğluna dedi : “Oğlum! Hər şeyin bir əlaməti vardır ki, onunla tanınar və sorular. Alimin də üç nişanı vardır:ALLAHı, Onun sevdiklərini və Onun sevmədiklərini tanıyar”.

..Loğmanın (ə) hikmətində: “Müdrik alim,camaatı sükut və vüqarı ilə öz elminə tərəf səsləyər. Amma şüursuz alim, camaatı bihudə və çox danışmağı ilə elmindən uzaqlaşdırar ”.

..Loğman (ə) oğluna dedi: “Oğlum! İnsanların ən savadlısı, ALLAHdan daha çox qorxanıdır ”.

..Loğman (ə) oğlundan soruşdu: Camaatın ən çox biləni kimdir ?
Dedi: “Başqalarından öyrənib öz elmini artıran”.

=Həkimlərin sözü=

..Loğman (ə) oğluna dedi: “Oğlum! Bilin ki, ALLAHın qüdrət əli həkimlərin ağzındadır. Onlardan heç biri Tanrının onlara hazırladığı kəlamlardan başqa söz danışmırlar ”!

=Elm axtarma=

..İmam Sadiq (ə): Loğmanın (ə) oğluna nəsihətlərindən biri bu idi : “Oğlum! Gecə-gündüzündən və vaxtlarından bir hissəsini elm öyrənmək üçün ayır.Çünki heç bir şeyi elmi tərk etmək kimi ziyanlı tərk etməyəcəksən”.

..İbn Qüteybə: Loğmanın (ə) hikmətlərində oxudum ki, oğluna belə demişdir: “Oğlum! Ya alim ol, ya elm öyrənən, ya elmi eşit, yaxud da (elmi) sev! Beşincu halətdə olma ki, həlak olarsan”.

..Loğman (ə) oğluna dedi: “Oğlum! Əcəlin çatmamışdan, dağlar parçalanmamışdan, ay və günəş toqquşmamışdan öncə, biliyinin (artmasına) kömək et !”

..“Oğlum! Bilmədiklərini alimlərdən öyrən, bildiklərini isə camaata öyrət!.
.. “Oğlum! “Elmi öyrən, hətta bəhrəsini belə görməsən. Çünki sənə xatir zəmanənin məzəmmət olunması, zəmanənin səni məzəmmət etməsindən daha yaxşıdır”.
.. “Oğlum! Elm öyrənməyə tələs! Çünki elm aradan getməyən miras,bezilməyən yoldaş, insanlarda bir dəyər və onların möhtac olduğu bir şeydir”.
..Həkim Loğman (ə) oğluna dedi: “ Oğlum! Uşaq ikən elm öyrənməyə çalış ki, yaşlandıqda çətinləşir”.

..İmam Sadiq (ə): Loğman (ə) öz oğluna nəsihət edərkən, deyir: “Oğlum! Əgər uşaqlıqda ədəblənsən,böyüyəkən xeyirini görərsən.Hər kəs ədəb istəsə,ona dəyər verər. Ədəbə dəyər verən,onu öyrənməyə çalışar. Hər kim ədəb öyrənmə zəhmətini qəbul etsə, bu işdə axtarışı çoxalar.Sözsüz ki,mərifət öyrənməyə cəhd edən onun faydasını görər. Deməli, buna (ədəb öyrənməyə) adət etməlisən. Çünki sən keçmişindəkilərin canişinisən və elmin vasitəs ilə öz canişinə fayda verə bilərsən. Elmə əlaqə göstərən sənə ümüd verər, ondan qorxan isə sənin əzəmətindən çəkinər. Elm öyrənməyə tənbəllik etmə, ondan qeyrisinin arxasına düşməkdən çəkin. Çünki əgər dünyanın qarşısında məğlub olsan, Axirətdə məğlub olmazsan. Amma əgər elmi tədqiqatını öz vaxtında əldən qaçırsan, Axirətin qarşısında məğlub olarsan.

Gecə, gündüz və onlardan bir hissəsini elm öyrənməyə ayır. Çünki onu tərk etməkdən daha ziyanlı bir şey tapa bilməzsən. Bu işdə heç bir ləc şəxslə çəkişmə və heç bir fəqihlə cədəl etmə. Heç bir padşahla düşmənçilik, heç bir zalımla əməkdaşlıq etmə və onu təsdiqləmə. Günaha bulaşmış fasiqlə oturma,müttəhimlə həmsöhbət olma. Öz elmini, pulunu azuqə etdiyin kimi qoruyub saxla”!


Geri dön

enigmatic_girl

  • 5 may 2012 16:46
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
tesekkurler...

--------------------

★Miss Love★

  • 1 may 2012 18:14
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
canim menim her biri cox gozel cumleler idi ellerine sagliq=)

EnD of TiMe

  • 25 aprel 2012 16:18
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
superdir...tesekkurler cox beyendim.....

enigmatic_girl

  • 24 aprel 2012 16:33
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
maraqlidir tesekkur

--------------------

C.I

  • 23 aprel 2012 17:44
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
super yazilardi tskler.........

--------------------

LoVe_LiFe

  • 23 aprel 2012 17:38
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
twkler beyendim ALLAH RAZI OLSUN

SWEET LOVE

  • 23 aprel 2012 15:38
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
{awards}
=Həkimlərin sözü=

..Loğman (ə) oğluna dedi: “Oğlum! Bilin ki, ALLAHın qüdrət əli həkimlərin ağzındadır. Onlardan heç biri Tanrının onlara hazırladığı kəlamlardan başqa söz danışmırlar ”!
SAGOL smile

Miss Lady

  • 23 aprel 2012 14:43
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
Camaatın ən çox biləni kimdir ?
Dedi: “Başqalarından öyrənib öz elmini artıran”.


bu menim lap cox xowuma geldi

TurN Off ThE WorLd

  • 23 aprel 2012 14:13
  • Məqalə: 5
  • Şərh: 501
  • Bal:
{awards}
Camaatın ən çox biləni kimdir ?
Dedi: “Başqalarından öyrənib öz elmini artıran”.
thanksss

Nuray2012

  • 23 aprel 2012 13:49
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Tewekkurler xebere gore

--------------------

✰Dгeaм✰

  • 23 aprel 2012 13:30
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 22
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}