Quran və lüğətdə “İmam” sözü

 
Quran və lüğətdə “İmam” sözü

QURAN VƏ LÜĞƏTDƏ “İMAM” SÖZÜ

Lüğət alimlərinin qeyd etdikləri kimi, “imam” sözü feldən əmələ gələn mücərrəd isimdir və insanın diqqət mərkəzində saxladığı, ardınca düşərək tələb etdiyi hər bir şeyə aid edilir. Bu söz müxtəlif yerlərdə ayrı-ayrı mənaları ifadə edir. Məsələn, bə’zən “imam cümə”, ”imam camaat”, “hidayət imamı”, bəzən də “zəlalət imamı” kimi müəyyən mənalar nəzərdə tutulur.
(“Ət-təhqiq”, “əmm” kökü.)
Bu söz əslində “niyyət etmək” mə’nasını daşıyan “əmm” sözündən götürülmüşdür. “Məqayisul-lüğət” kitabında yazılır: “Ümm” əsl, mərcə, camaat və din mənalarını bildirir, iqtida olunan və hər bir işdə qabaqcıl şəxsə “imam” deyilir. “İmam” sözü “ön” mənasında da işlədilmişdir.”
“Lisanul-ərəb” kitabında “imam” sözünün bir çox mə’naları qeyd edilmişdir. O cümlədən, qabaqcıl, müəllim, evin bünövrəsini qurmaq üçün istifadə olunan ip (vəsait), yol, hər bir şeyin ön hissəsi və s.
Lakin belə nəzərə çarpır ki, “Ət-təhqiq” kitabının müəllifinin yazdığı kimi, bütün bu mə’naların batinində müəyyən məqsədlə niyyət etmək mə’nası var. Hətta ərəb dilində anaya “ümm” deyilməsinin səbəbi hər bir şeyin əsas və kökünün “ümm” adlanmasıdır. Həm də o, insanın məqsəd və diqqət mərkəzindədir. Həmçinin iqtida olunan şəxs mə’nasında imam o kəslərə deyilir ki, camaat xüsusi meyl və məqsədlə onlara üz tutur.
Bunu da deməliyik ki, Qurani-kərimdə bu söz və onun cəm forması olan “əimmə” sözü düz on iki dəfə – yeddi dəfə tək, beş dəfə isə cəm halda işlədilmişdir. Qur’ani-kərimin ayələrindən birində bu söz “lövhi-məhfuz” mənasında işlədilmişdir:
كُلَّ شَيْءٍ اَحْصَيْنَاهُ فِى إِمامٍ مُبِينٍ
“Hər bir şeyi aşkar imamda – (lövhi-məhfuzda) sayıb hesabladıq!”( “Yasin” surəsi, ayə: 12.)
Başqa bir ayədə bu söz yol mənasında işlədilir:
وَإِنَّهُمَا لَبِإِمَامٍ مُّبِينٍ
“Hər ikisi (Lut və Şüeyb qövmlərinin yaşadıqları şəhərlər Şama doğru gedən sizlərin) açıq-aşkar yolunuz üzərindədir!”
(“Hicr” surəsi, ayə: 78.)
Çünki insan məqsədə nail olmaq üçün yola əhəmiyyət verir.
Qur’anın başqa iki ayəsində bu sözlə yəhudi qövmünə örnək və qabaqcıl şəriət olan Tövrata işarə edilir və buyurulur:
وَمِن قَبْلِهِ كِتَابُ مُوسَى إِمَامًا وَرَحْمَةً
“Bundan qabaq Musanın kitabı onlara rəhbər və rəhmət idi.”
(“Əhqaf” surəsi, ayə: 12 və “Hud” surəsi, ayə: 17)
Bu söz beş ayədə ilahi və saleh rəhbərlərə aid edilmişdir. O cümlədən:
قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا
“Allah İbrahimə buyurdu: “Mən səni insanlara imam tə’yin etdim!” (“Bəqərə” surəsi, ayə: 124.)
Başqa bir ayədə bir qrup peyğəmbərlər haqda buyurulur:
وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا
“Biz onları öz əmrimizlə (camaatı ) doğru yola yönəldən imamlar və qabaqcıllar tə’yin etdik!”( “Ənbiya” surəsi, ayə: 73)
Ümumi mə’nada bu məfhum “Furqan” surəsinin 74-cü, “Qəsəs” surəsinin 5-ci və “Səcdə” surəsinin 24-cü ayələrində də müşahidə olunur.
Başqa bir ayədə isə küfr və zəlalət rəhbərləri nəzərdə tutulur. Ayədə buyurulur:
فَقَاتِلُواْ أَئِمَّةَ الْكُفْرِ
“Belə isə küfr rəhbərləri ilə döyüşün!”( “Tövbə” surəsi, ayə: 12)

Digər bir ayədə geniş mə’nada həm hidayət, həm də zəlalət rəhbərlərinə işarə olunur və buyurulur:
يَوْمَ نَدْعُو كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ
“O gün (qiyamətdə) hər tayfanı öz rəhbərləri ilə birgə çağıracağıq!” (“İsra” surəsi, ayə: 71)

Ümumiyyətlə, Qurani-kərimdə “imam” sözü müxtəlif mənalarda on iki dəfə işlədilmişdir.

Quran və lüğətdə “İmam” sözü


Geri dön

★Miss Love★

  • 1 may 2012 18:13
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
Bilmediklerimi orqendim senin saуende cox sagol..Allah razi olsun xebere gore=)

EnD of TiMe

  • 25 aprel 2012 16:16
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
cox beyendim..superdir.....tesekkurler

enigmatic_girl

  • 24 aprel 2012 17:05
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
tesekkurler...

--------------------

LoVe_LiFe

  • 23 aprel 2012 18:24
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DEYRLI MEQALEYE GORE

C.I

  • 23 aprel 2012 17:33
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Allah razi olsun tesekkur edirem.............

--------------------

Воровской

  • 23 aprel 2012 15:26
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
QURAN VƏ LÜĞƏTDƏ “İMAM” SÖZÜ

Lüğət alimlərinin qeyd etdikləri kimi, “imam” sözü feldən əmələ gələn mücərrəd isimdir və insanın diqqət mərkəzində saxladığı, ardınca düşərək tələb etdiyi hər bir şeyə aid edilir. Bu söz müxtəlif yerlərdə ayrı-ayrı mənaları ifadə edir. Məsələn, bə’zən “imam cümə”, ”imam camaat”, “hidayət imamı”, bəzən də “zəlalət imamı” kimi müəyyən mənalar nəzərdə tutulur.
(“Ət-təhqiq”, “əmm” kökü.)
Bu söz əslində “niyyət etmək” mə’nasını daşıyan “əmm” sözündən götürülmüşdür. “Məqayisul-lüğət” kitabında yazılır: “Ümm” əsl, mərcə, camaat və din mənalarını bildirir, iqtida olunan və hər bir işdə qabaqcıl şəxsə “imam” deyilir. “İmam” sözü “ön” mənasında da işlədilmişdir.”
“Lisanul-ərəb” kitabında “imam” sözünün bir çox mə’naları qeyd edilmişdir. O cümlədən, qabaqcıl, müəllim, evin bünövrəsini qurmaq üçün istifadə olunan ip (vəsait), yol, hər bir şeyin ön hissəsi və s.
Lakin belə nəzərə çarpır ki, “Ət-təhqiq” kitabının müəllifinin yazdığı kimi, bütün bu mə’naların batinində müəyyən məqsədlə niyyət etmək mə’nası var. Hətta ərəb dilində anaya “ümm” deyilməsinin səbəbi hər bir şeyin əsas və kökünün “ümm” adlanmasıdır. Həm də o, insanın məqsəd və diqqət mərkəzindədir. Həmçinin iqtida olunan şəxs mə’nasında imam o kəslərə deyilir ki, camaat xüsusi meyl və məqsədlə onlara üz tutur.
Bunu da deməliyik ki, Qurani-kərimdə bu söz və onun cəm forması olan “əimmə” sözü düz on iki dəfə – yeddi dəfə tək, beş dəfə isə cəm halda işlədilmişdir. Qur’ani-kərimin ayələrindən birində bu söz “lövhi-məhfuz” mənasında işlədilmişdir:
كُلَّ شَيْءٍ اَحْصَيْنَاهُ فِى إِمامٍ مُبِينٍ
“Hər bir şeyi aşkar imamda – (lövhi-məhfuzda) sayıb hesabladıq!”( “Yasin” surəsi, ayə: 12.)
Başqa bir ayədə bu söz yol mənasında işlədilir:
وَإِنَّهُمَا لَبِإِمَامٍ مُّبِينٍ
“Hər ikisi (Lut və Şüeyb qövmlərinin yaşadıqları şəhərlər Şama doğru gedən sizlərin) açıq-aşkar yolunuz üzərindədir!”
(“Hicr” surəsi, ayə: 78.)
Çünki insan məqsədə
“Biz onları öz əmrimizlə (camaatı ) doğru yola yönəldən imamlar və qabaqcıllar tə’yin etdik!”( “Ənbiya” surəsi, ayə: 73)
Ümumi mə’nada bu məfhum “Furqan” surəsinin 74-cü, “Qəsəs” surəsinin 5-ci və “Səcdə” surəsinin 24-cü ayələrində də müşahidə olunur.
Başqa bir ayədə isə küfr və zəlalət rəhbərləri nəzərdə tutulur. Ayədə buyurulur:
فَقَاتِلُواْ أَئِمَّةَ الْكُفْرِ
“Belə isə küfr rəhbərləri ilə döyüşün!”( “Tövbə” surəsi, ayə: 12)
Digər bir ayədə geniş mə’nada həm hidayət, həm də zəlalət rəhbərlərinə işarə olunur və buyurulur:
يَوْمَ نَدْعُو كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ
“O gün (qiyamətdə) hər tayfanı öz rəhbərləri ilə birgə çağıracağıq!” (“İsra” surəsi, ayə: 71)
Ümumiyyətlə, Qurani-kərimdə “imam” sözü müxtəlif mənalarda on iki dəfə işlədilmişdir.


thanksssssssssssssssssssss

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

SWEET LOVE

  • 23 aprel 2012 14:53
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
{awards}
HEC BILMIRDIM BU HAQQDA SAGOL DEYERLI MELUMATA GORE

_Sabina_

  • 23 aprel 2012 14:49
  • Məqalə: 0
  • Şərh: 435
  • Bal:
{awards}
Allah razi olsun

Miss Lady

  • 23 aprel 2012 14:35
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
tesekkurler allah razi olsun.......

TurN Off ThE WorLd

  • 23 aprel 2012 14:08
  • Məqalə: 5
  • Şərh: 501
  • Bal:
{awards}
sagolun AllaH sizden razi olsun

Nuray2012

  • 23 aprel 2012 14:01
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol ALLAH razi olsun

--------------------

✰Dгeaм✰

  • 23 aprel 2012 13:34
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 46

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}