Zob xəstəliyi

 
Zob xəstəliyi


Yod insanın inkişafı üçün vacib elementdir. Yod çatışmazlığı yarananda zob əmələ gəlir. Ümumiyyətlə, yod çatışmazlığını aradan qaldırmaq üçün yodlaşdırılmış duzdan istifadə etmək məsləhət görülür.
Qeyd edək ki, ölkəmizdə yod çatışmazlığı problemi var. Şəki, Zaqatala, Quba, Qusar kimi rayonlarda bu problem daha qabarıqdır. Zob xəstəliyinin əsas səbəbi də orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanvari vəzin böyüməsi və ya fəaliyyətinin pozulmasıdır. Belə ki, qalxanvari vəzin funksiyası pozulduqda o normadan ya çox işləyir, ya da az. Bu isə özünü müxtəlif əlamətlərlə büruzə verir. Məsələn, qalxanvari vəzin hipofunksiyası, yəni az işlədiyi zaman halsızlıq, ümumi zəiflik, yuxululuq, dərinin quruması, saçın tökülməsi kimi hallar baş verir. Həmçinin ürək-damar, mərkəzi sinir, mədə-bağırsaq sistemində pozğunluqlar olur. Qalxanvari vəzin hiperfunksiyası, yəni normadan çox işləməsi də orqanizm üçün xeyirli heç nə vəd etmir. Belə hal xalq arasında zəhərli zob kimi də tanınır.

Endokrinoloq Lena Hacıyeva zobdan əziyyət çəkənləri xaricən tanımağın asan olduğunu söyləyir: «Gözlərin bərəlmiş olması, çox arıq, əsəbi olması, ürəyin tet-tez döyünməsi zobun əlamətlərindəndir. Belə insanlar həmişə istilənir, ürək döyünmə çox olduğuna görə tövşüyürlər. Xəstəlik nəticəsində insanlar həddindən artıq səbrsiz, kəmhövsələolurlar. Belələrində tərləmə güclü olur, əlləri isə əsir».
Bu cür əlamətləri hiss edən adam mütləq endokrinoloqa müraciət etməlidir. Çünki zob müalicə olunan xəstəlikdir. Ümumiyyətlə, isə hər bir insanın yoda ehtiyacı var. Uşaqların, hamilə qadınların, əqli işlə məşğul olanların yoda tələbatı daha çoxdur. Amma həkimlər texniki yodla, orqanizmə lazım olan yodu səhv salmamağı tövsiyə edir.

L. Hacıyeva yodun ağzını açıb yataq otağına qoyulmasının və qalxanvari vəzin üstünə çəkilməsinin mənfi hallara səbəb olduğunu bildirir: "Çünki o, texniki yoddur, orqanizm onu mənimsəyə bilmir. Suyun içinə yod damızdırıb içirlər. Bu, vəzdə böyümə zamanı daha pis nəticə verə bilər. Çünki yod artıq böyümüş vəzi qıcıqlandırır, daha da böyüdür".
Endokrinoloq məsləhət görür ki, yod çatışmazlığı olduqda həblər şəklində satılan yod preparatları qəbul edilsin. Orqanizmin tələbatını ödəmək üçün yodla zəngin qida məhsullarının istifadəsi də zəruridir. Dəniz heyvanları, dəniz məhsulları yoda zəngindir. Məsələn, laminariya adlı dəniz yosunu yodla zəngindir. Yodlaşdırılmış duzdan da istifadə olunur. Duz ağzı bağlı qabda saxlanmalıdır.

Həmçinin orqanizmdəki yod çatışmazlığını aradan qaldırmaq üçün gündəlik qida rasionunda tərkibi yodla zəngin qidalara — süd və dəniz məhsulları, balıq, ikra, eləcə də qarabaşaq, buğda, kələm, qoz, xirnik, feyxoa kimi meyvə — tərəvəz əlavə olunmalıdır.
Zob xəstəliyinin müalicə üsulları:

1)1 stəkan ilıq suya, 2 çay qaşığı alma sirkəsi töküb və bu qarışığa 3 damcı yod əlavə edib ,10 gündən 1 içmək.Ayda 3 dəfə...
2)Dəniz kələmindən istifadə etmək (apteklerdə satılır ,istifadə etmə qaydaları qutunun üstündə yazılıb.)
3)Hər yemək yeyəndə baş soğanı salat kimi yemək. Nə qədər yeyə bilsən...
4)1 vanna təxminən 40dərəcə suya 3 xörək qaşığı dəniz və ya xörək duzu töküb,üstünə kənarda bir qabda marqanisi suya qarışdırıb,həmin vannaya əlavə edirsən.Suyun rəngi açıq gül rəngində olmalıdır.5-7 dəqiqə uzanmaq.Həftədə 2 dəfə...
5)1 vanna suya 3 xörək qaşığı dəniz və ya xörək duzu əlavə edib,üstünə 5-6 damcı yod töküb 5 dəqiqə uzanmaq.Həftədə 2 dəfə...
6)Yodun səviyyəsini bədəndə yoxlamaq üçün axşam yatmazdan əvvəl bədəninin görünməyən bir yerində ya böyründə, yada qolun altında yoddan + şəkilli bir neçə isarə qoyub ,quruyana qədər gözləyib,(yorğan döşeyi yodlamamaq üçün) yatırsan. Səhər duranda həmin o + səkilli işarələr tam sovrulubsa deməli bədəndə yod çatəşmamazlığı var. Belə olan halda yuxarıda göstərilən əməliyyatları həftədə 4 dəfə təkrar etmək lazımdır.Yox əgər səhər-səhər duranda axşamdan çəkdiyin + işarələri səhər-səhər az da olsa bilinirsə,onda əməliyyatları dayandırmaq lazımdır...
Ümumiyyətlə hər bir kəs bədəndə yodun səviyyəsini ən azı hər 6 aydan bir yoxlamalıdır...Əgər ehtiyac olarsa lazımi tədbirləri görmək lazımdır.


Geri dön

★Miss Love★

  • 30 aprel 2012 23:13
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
Sitat: Ay Prensesi
Bu zob xesteliyin men bilirem nece bir zibil xestelik oldugun menim anamda xestedi yaziq ne ezablar cekir Allah butun xestelere sefa versin menim anamda hemcinin twk xebere gore

Allah wefa versin canim bacim...Allah her kesi bu xesтelikden qorusun

EnD of TiMe

  • 25 aprel 2012 15:51
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
bu haqda bilirdim..ama yenede ki mualicesi var...sagalan xestelikdi..Allah hec kime xestelik vermesin..tesekkurler xebere gore

enigmatic_girl

  • 24 aprel 2012 18:08
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Sitat: Nuray2012
Cox sagol xebere gore,pis xestelikdi Allah hec kime gostermesin

--------------------

Nuray2012

  • 23 aprel 2012 23:53
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore,pis xestelikdi Allah hec kime gostermesin

--------------------

VIPTOZ

  • 23 aprel 2012 22:57
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
cox pis xestelikdi bu haqda bilirdim yenede tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

✰Dгeaм✰

  • 23 aprel 2012 19:33
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah uzaq elesin.

Мой Мир

  • 23 aprel 2012 18:26
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
Bu zob xesteliyin men bilirem nece bir zibil xestelik oldugun menim anamda xestedi yaziq ne ezablar cekir Allah butun xestelere sefa versin menim anamda hemcinin twk xebere gore

--------------------
∞♥

angelochik

  • 23 aprel 2012 18:18
  • Məqalə: 0
  • Şərh: 337
  • Bal:
{awards}
aaaa mendede zob var mende ele mualicesin axtarirdim onu,,,cox sag olun Allah komryiniz olu versin.....

LoVe_LiFe

  • 23 aprel 2012 18:01
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
twkler maraqli meqaleye gore

C.I

  • 23 aprel 2012 17:25
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Allah hec kime gostermesin xestelik tskler................

--------------------

SaRiCkA

  • 23 aprel 2012 17:22
  • Məqalə: 1
  • Şərh: 587
  • Bal:
{awards}
TESEKKURLER bizde zobdan eziyyet ceken yoxdur INSALLAHDAOLMAZ ALLAH HECKESE GOSTERMESIN

--------------------

SWEET LOVE

  • 23 aprel 2012 17:21
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
{awards}
COX PIS XESTELIKDI.ALLAH OZU SEFA VERSIN XESTELERE!

SeL_cAn

  • 23 aprel 2012 17:21
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}
SAĞLAM OLAQ
winked

--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 61
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}