Qəlbə işıq saçan sözlər

 
Qəlbə işıq saçan sözlər

1. Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər! (Qurani-Kərim)

2. Şəxsinizə edilən pisliyi əfv edin, millətinizə ediləni əsla. (Həzrəti Əli ə)

3. Kasıb da olsa, bağışlamağı bacaran insan zəngin insandır. (Aristotel)

4. Əfv insanlıq dilinin ən şirin kəlməsidir. (Viktor Mari Hüqo)

5. Günahkarlardan intiqam almaq ədalət, onu bağışlamaq isə fəzilətdir. (Əbdürrəhman Cami)

6. Qəzəbə sevgiylə, pisliyə yaxşılıqla, haqsızlığa əfv etməklə, yalana doğru ilə cavab ver. (Frensis Bekon)

7. Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır. (Viktor Mari Hüqo)

8. Əfv etmək yaxşıdır, unutmaq ondan da yaxşıdır. (Robert Brauninq)

9. Heç vaxt yalan danışmayan və əfv etməyi bacaran adam insanların ən xoşbəxtidir. (İbn Sina)

10. Dostlar bir-birinin nöqsanlarına göz yummasalar, dostluqları uzun sürməz. (Jan Labrüer)

11. Ən təsirli intiqam pisliyi unutmaq və bağışlamaqdır. (Janna D`Ark)

12. Bağışlamağı bacarmayan insanların ən pisidir. (Qlenda Cekson)

13. Pislik görməkdən deyil, pislik etməkdən qorxmalıyıq. (Con Kolenso)

14. Bağışlamaq istəyi ya qorxudan, ya gücsüzlükdən, ya da fədakarlıqdan irəli gəlir. (Fransua de Laroşfuko)

15. Kin saxlamaq ilk növbədə insanın öz rahatlığını əlindən alır. (Fransua Moris)

16. Cəzalandırmaq səlahiyyəti olanın əfv etməsi daha qiymətlidir. (Naməlum)

17. Bir alimdən “əfv etmək yaxşıdır, ya cəsarət?” deyə soruşduqda cavab vermişdir: “Əfv etmək, çünki əfv etməyi bacaranın cəsarətə ehtiyacı yoxdur”. (Naməlum)

18. Əfv etməklə insan öz qəzəbinə su çiləmiş olur. (Dehxuda)

19. Səhvi bağışlamaq mədəni şəkildə intiqam almaqdır. (Deyl Karnegi)

20. Pisliyə yaxşılıqla cavab vermək insanın böyüklüyünü göstərir. (Alfons Karr)

21. Kimdə bir qüsur görsəm, bunun məndə də ola biləcəyini düşünərək əfv edirəm. (Naməlum)

22. Ürəyinizdə ədavət və kin saxlamayın – yükü sizi üzər. (Naməlum)

23. İstənilən adamı əfv etmək üçün səbəb həmişə tapılar. (Litsi Anney Seneka)

24. Üzr istəməyi bacarmaq insanı ucaldır. (Lula Vollmer)

25. Kiçiyə mərhəmət eylə, böyüyə itaət. (Azərbaycan atalar sözü)

26. Bağışlayanı ALLAH da bağışlar. (Azərbaycan atalar sözü)

27. Sokratdan soruşanda ki “İnsanlıq nədir?”, o, “Əfv etməyi bacarmaqdır” cavabını vermişdir. (Naməlum)

28. Tabeliyindəkilərin təqsirindən keçmək istəməyən şəx gec-tez özü onların əfvinə möhtac olacaq. (Sədi Şirazi)

29. Əfv etməyi bacaran şəxs insanlar arasında böyük nüfuz qazanır. (Jül Simon)

30. Bir günahı bağışlamaq sinəni gülləyə sipər etməyə bərabər fədakarlıqdır. (Naməlum)

31. Kiçik yaxşılıqları unutma, kiçik səhvləri unut. (Çin atalar sözü)

32. Əfv etməyin ən gözəli düşmənini məhv etməyə qadir ikən onu bağışlamağındır. (Ömər ibn Əbdüləziz)

33. Əfv etmək və unutmaq yaxşı insanların intiqamdır. (İohann Kristof Fridrix Şiller)

34. Başqalarını tez-tez əfv et, özünü əsla. (Sir Publili)

35. Başqalarını əfv etməyənlər özlərinin keçmək məcburiyyətində olduqları körpünü yıxırlar. (Corc Herbert)


Geri dön

enigmatic_girl

  • 11 may 2012 00:54
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
10. Dostlar bir-birinin nöqsanlarına göz yummasalar, dostluqları uzun sürməz. (Jan Labrüer)

--------------------

Qütb ulduzu

  • 26 aprel 2012 23:35
  • Məqalə: 0
  • Şərh: 63
  • Bal:
{awards}
Qəzəbə sevgiylə, pisliyə yaxşılıqla, haqsızlığa əfv etməklə, yalana doğru ilə cavab ver. (Frensis Bekon)

enigmatic_girl

  • 25 aprel 2012 16:04
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Bir günahı bağışlamaq sinəni gülləyə sipər etməyə bərabər fədakarlıqdır. (Naməlum)

--------------------

_DreaM_

  • 25 aprel 2012 15:03
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
cox gozel sozlerdi ellerinize saglik

--------------------

Nuray2012

  • 25 aprel 2012 12:43
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol gozel sozlerdi

--------------------

ANGEL LOVE

  • 25 aprel 2012 12:01
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
maraqli sozlerdi
yaziya gore thanks.............

--------------------

LoVe_LiFe

  • 25 aprel 2012 09:42
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
22. Ürəyinizdə ədavət və kin saxlamayın – yükü sizi üzər. (Naməlum)

twkler dogurdanda coox anlamli sozlerdirrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 40

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}