Mikrodünyanın Canlıları: Planktonlar

 
Mikrodünyanın Canlıları: Planktonlar

Planktonlar dəniz altındakı həyat zəncirinin ən mühüm, ən vacib halqalarından biridir. Bu canlıların ölçüsü bir neçə mikrometrədən çox deyil. Bir mikrometrin bir metrin milyonda biri olduğu nəzərə alındıqda, bu canlıların gözlə görünməyəcək qədər kiçik olduğu başa düşülür. Bəs gözlə görülməyəcək qədər kiçik olan bu canlıları bu qədər əhəmiyyətli, hətta həyatın davamlılığı üçün lazımlı edən hansı xüsusiyyətdir?

Dəniz altındakı bir çox canlının əsas qidası bitki və heyvan əsaslı olmaqla iki qrupa ayrılan planktonlardır. Bu səbəbdən planktonların azalması balinalardan kiçik dəniz canlılarına qədər bir çox canlı üçün təhlükə yaradır. Bu mikroskopik canlıların əhəmiyyəti sadəcə bununla məhdudlaşmır. Xüsusilə bitki əsaslı planktonlar dünyadakı müxtəlif müvazinətlərin təmin edilməsində mühüm faktordur.

Fitoplanktonlar bitki əsaslı planktonlardır və əsasən dəniz axınları ilə hərəkət edən tək hüceyrəli mikroskopik orqanizmlərdən ibarətdir. Fitoplanktonlar dənizlərdəki qidalanma zəncirinin ilk halqasını təşkil edirlər. Bundan başqa, quruda bitən bitkilərdə olduğu kimi birbaşa günəş enerjisi vasitəsilə fotosintez prosesini həyata keçirir və öz qidalarını hazırlayırlar. Ona görə də okeanların əsas üzvi maddə mənbəyi olan bitki əsaslı planktonlar eyni zamanda oksigen dövranında da tarazlayıcı rol oynayırlar.

Fitoplanktonların həyata keçirdiyi fotosintez prosesi əsnasında havadakı karbondioksid udulur və böyük miqdarda oksigen əmələ gəlir, yerdə bitkilərin hər il atmosferə xaric etdiyi 110 milyard tonluq oksigenin 70%-i bu yolla təmin edilir.

Fitoplanktonu əmələ gətirən tək hüceyrəli su yosunlarına çox sayda misal göstərmək olar. Səthi geometrik formalarla bəzənmiş, silisium oksidindən ibarət kapsulları sayəsində asanlıqla tanınan Diatomlar və iki qamçısının köməyilə yerlərini dəyişdirmə xüsusiyyətinə malik olan Dinoflagellatlar fitoplanktonlara misal göstərilə bilər.


Heyvan əsaslı planktonlar da əsasən tək hüceyrəli canlılardan ibarət olur, amma bu qrupda çox hüceyrəli heyvanlar da olur. Demək olar ki, məlum olan bütün dəniz canlıları qruplarının plankton formaları var. Məsələn, onurğasız heyvanlar sürfə halında ikən, balıqlar da inkişaf mərhələlərinin başlanğıcında dənizlərdəki müvəqqəti planktonları əmələ gətirir.

Plantktonların həm çox müxtəlif növləri, həmdə hər növün özünə xas xüsusiyyətləri var. Burada izah edilən çox az nümunələrdən də göründüyü kimi bu mikroskopik canlılarda həm görünüş, həm də ümumi quruluş cəhətdən qüsursuzluq müşahidə edilir. Bu canlılar üstün yaradılış nümunəsi olaraq yerdəki bir çox tarazlığın təmin edilməsinə kömək edirlər.


Geri dön

enigmatic_girl

  • 11 may 2012 00:52
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
Sitat: C.I
melumata gore cox sag olun.............

--------------------

C.I

  • 6 may 2012 19:45
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
melumata gore cox sag olun............. lol

--------------------

EnD of TiMe

  • 26 aprel 2012 20:56
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
Bir az biliridm bu haqda...maraqli xeberiydi..tesekkurler

enigmatic_girl

  • 25 aprel 2012 15:22
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
tesekkurler maraqlidir

--------------------

✰GoLd GirL✰

  • 24 aprel 2012 21:33
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
tesekkur........

LoVe_LiFe

  • 24 aprel 2012 18:31
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
bunu bilirdim amma dahada derinden bildim indi coox twkler maraqli meqaleye gore

✰Dгeaм✰

  • 24 aprel 2012 17:57
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Bunlari coxdan bilirdim.Yene de cox sag ol.

SWEET LOVE

  • 24 aprel 2012 17:32
  • Məqalə: 0
  • Şərh: 929
  • Bal:
{awards}
BILIRDIM BUNLARIN COXUNU.SAGOL MARAQLI IDI smile

ANGEL LOVE

  • 24 aprel 2012 17:00
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
xebere gore twk..............

--------------------

Elde var Hayat_

  • 24 aprel 2012 16:56
  • Məqalə: 0
  • Şərh: 79
  • Bal:
{awards}
Bu canlılar üstün yaradılış nümunəsi olaraq yerdəki bir çox tarazlığın təmin edilməsinə kömək edirlər.

Nuray2012

  • 24 aprel 2012 16:28
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Tewekkurler xebere gore

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 74
Cəmi: 103

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 140
 
The Shield
Xəbərləri: 36
Cəmi: 296
 
Darling
Xəbərləri: 33
Cəmi: 919
 
aytc.sza
Xəbərləri: 25
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 578
 
❤Queen❤
Xəbərləri: 13
Cəmi: 72
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 301
 
Jesicca
Xəbərləri: 12
Cəmi: 53
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}