Qüsursuz Yırtıcı Quş: Qartal

 
Qüsursuz Yırtıcı Quş: Qartal

Quşları nəzərdən keçirdikdə bədənlərindəki bütün xüsusiyyətlərin uçuş üçün xüsusi dizayn edildiyini görərik. Məsələn, göy üzündə ən yaxşı hərəkət etmə qabiliyyətinə malik olan quşlardan olan qartalların da bədən quruluşları hər cəhətdən qüsursuzdur. Qartallar həm yerdən havaya qalxmaq üçün yüngül olmalı, həm də ovlarını tutduqda rahatlıqla daşımaq üçün güclü olmalıdırlar. Bir keçəl kərkəsin (qartalın) 7000-dən çox tükü var, ancaq bu tüklərin hamısının ağırlığı təxminən 500 qram edir. Bundan başqa qartalların bədənlərinin daha yüngül olması üçün sümüklərinin içi də boşdur. Bu sümüklərin bir çox yerində havadan başqa bir şey yoxdur. Bir keçəl kərkəsin skeletinin bütövlükdə ağırlığı 272 qramdan bir az çoxdur. Qısası, qartalların ağırlığı uçmaq üçün son dərəcə idealdır.

Bir qartal uçarkən özünə lazım olan gücün çoxunu qanadlarını çırpma əsnasında, qanadının aşağıya doğru hərəkətindən alır. Buna görə qartalın qanadlarını aşağıya doğru çəkən əzələlərin sayı qanadları yuxarı çəkən əzələlərin sayından çoxdur. Bir qartal üçün uçuş əzələləri çox vacibdir. Bu əzələlər adətən quşun bədən çəkisinin yarısına bərabər olur. Qartallar qanadlarının vəziyyətini dəyişdirərək daha sürətli və ya daha yavaş uça bilirlər. Sürətlə uçmaq istədikdə qanadlarının ön kənarlarını küləyə doğru çevirir və beləliklə “havanı kəsirlər”. Sürətlərini yavaşlatmaq istədikdə isə qanadlarının enli hissəsini küləyə doğru çevirirlər.

Bütün qartalların gözlərində “niktitant pərdə” deyilən artıq göz qapağı var. Bu qapağın funksiyası gözləri təmizləmək və qorumaqdır. Qartallar balalarını yedirərkən göz qapaqlarını adətən yumurlar. Bu balaların səhvən anasının gözlərinə zərər verməsinin qarşısını almaq üçün alınan tədbirdir.

Qartallardakı dizayn sadəcə qüsursuz uçuş bacarığı üçün deyil. Bundan əlavə tüklərində yerə enmə üçün də xüsusi dizayn var. Qartal yerə enərkən quyruğunu havaya qaldırır və bədəninə görə bir bucaq altında quyruğunu aşağı çəkərək sürətini azaldır. Qanadlarının uclarını alçaldaraq onlardan əyləc kimi istifadə edir. Ancaq sürətini itirərkən qanadların üstündə əmələ gələn hava axını qartalın yıxılma təhlükəsinin artmasına səbəb olur. Qartal qanadlarının ucundakı üç-dörd çəngə tükü qaldıraraq bu təhlükənin qarşısını alır. Bunlar qanadın səthindən havanın düz xətt halında keçməsinə və quşun rahatlıqla yerə enməsinə kömək edir

Bura qədər göstərilən misallardan çox açıq görünən bir həqiqət var. Tək bir qartalın bədənindəki dizaynın bir neçə detalı belə təsadüfən əmələ gəlməyəcək qədər mükəmməldir. Bu da bizə qartalları da eynilə bütün digər quşlar və canlılar kimi yaradıldığını açıq şəkildə sübut edir.


Geri dön

C.I

  • 1 may 2012 15:24
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
maraqli melumata gore cox sag olun bu haqda melumatim yox idi tskler.....

--------------------

EnD of TiMe

  • 26 aprel 2012 20:57
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
qartal en xosdadigim qusdu yirtici bele olsa.....esl cesareti temsil edir....tesekkurler xebere gore

enigmatic_girl

  • 25 aprel 2012 15:25
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
qesengdi tesekkur

--------------------

✰GoLd GirL✰

  • 24 aprel 2012 21:32
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
cox qorxuram bu qusdan

LoVe_LiFe

  • 24 aprel 2012 18:30
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
bilirdim bu haqda oxumusdum amma bu qederde derin bir melumatim yox idi bu qus haqqinda cox twkler indi hamisini bildimm)))

✰Dгeaм✰

  • 24 aprel 2012 17:58
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Maraqli xebere gore tesekkurler.

SWEET LOVE

  • 24 aprel 2012 17:31
  • Məqalə: 0
  • Şərh: 929
  • Bal:
{awards}
XOSUM GELMIR BU QUSDAN.SAGOL XEBERE GORE

ANGEL LOVE

  • 24 aprel 2012 17:00
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
maraqlidir...........

--------------------

Elde var Hayat_

  • 24 aprel 2012 16:53
  • Məqalə: 0
  • Şərh: 79
  • Bal:
{awards}
Çox cazibədar quşdu smile

Nuray2012

  • 24 aprel 2012 16:28
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol xebere gore maraqlidi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 46
Cəmi: 65

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 728
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}