Namaz Qılmamağın Zərəri

 
Namaz Qılmamağın Zərəri

Sual: Namaz qılmaq böyük bir ibadət olduğu üçün, tərk edilməsi də çox böyük günah deyilmi?
CAVAB
Əlbəttə, çox böyük günahdır. Hədisi-şəriflərdə buyurulur:
«Qəsdən [bəhanəsiz] namaz qılmayanın digər əməllərini Allahu-təala qəbul etməz. Tövbə edənə qədər də Allahın himayəsindən uzaq olar». [İsfəhani]

«Beş vaxt namazı tərk edən Allahu-təalanın hifz və əmniyyətindən məhrum qalar». [İbni Macə]

«Namaz qılmayanın müsəlmanlığı, dəstəmaz almayanın namazı yoxdur». [Bəzzar]

«İman ilə küfr arasındakı fərq namazı qılıb qılmamaqdır». [Tirmizi]

«Namaz imanın başı və Cəhənnəmdən qurtarıcıdır». [Miftahul-Cənnət]

Namaz qılmayan
Sual: Namaz qılmamağın zərəri nədir?
CAVAB
Bir çox zərəri vardır. Seyid Əbdülhəkim həzrətləri buyurur:
Namaz qılmayan hər şeydən əvvəl bütün möminlərə zülm etmiş olur; çünki hər namazda «Əssəlamu əleynə və əla ibadillahissalihin» deməklə bütün möminlərə dua edilir. Namaz qılmayan hər gün beş vaxt namazda sünnələrlə birlikdə 21 dəfə təkrarlanan bu duadan müsəlmanları məhrum qoyur. Qiyamətdə bütün möminlər bu haqlarını namaz qılmayanlardan alacaq.

Namazda zəiflik göstərən, qiymətini bilməyib yüngül tutan bir çox cəzaya uğrayar:
Ömründən xeyir və mənfəət görməz. Müxtəlif xəstəlik, alçaqlıq, təhqir və zillətlər içərisində həyat sürər. Salehlərdən hörmət görmədiyi kimi, müxtəlif məhrumiyyət və çətinliklərə məruz qalar. Səhhətindən xeyir və mənfəət görməz. Ümumiyyətlə, pis yerlərdə işləyənlər namaz qılmayan və ya namazda zəiflik göstərənlərdir. Əziyyətli, yorucu və ağır işlərdə işləyənlərin də əksəriyyəti onlardır. Namazı doğru qılan həm salehlərin yanında, həm də yoldaş və qohumlarının arasında hörmət və etibar sahibidir.

Namaz qılanda yaradılışındakı gözəllikdən başqa, bir gözəllik və camal vardır ki, namaz qılmayan nə qədər gözəlləşməyə, bəzənməyə çalışsa da, hər gün yuyunub yeni paltarlar geysə də, bu gözəllik və camala qovuşa bilməz. Gözəl ətir vurub özündə hasil olan iyrənc qoxunu hiss edənlərdən gizləyə bilməz.

Namaz qılanın üzü gözəl olar, uzun müddət yuyunmayıb günlərlə paltar dəyişdirməsə də, bədəni və paltarları pis iy verməz. Namaz qılmayan tez-tez yuyunub paltar dəyişdirsə də, o zərifliyə sahib ola bilməz. Gündə dəfələrlə sədəqə versə, yetimləri sevindirsə, yedirib geydirsə, günlərlə Quran oxusa, hər il həccə getsə, buna bənzər ibadət və yaxşılıq etsə də, savab ala bilməz. Allahu-təala o vaxtları namaza məxsus etdiyindən həmin vaxtları namazda keçirmək lazımdır. Bu vaxtları Allahu-təalanın təyin etdiyi şəkildən çıxardığı, yəni pozduğu üçün namaz qılmayanın hər işindən xeyir və bərəkət qalxar, duası da məqbul olmaz.

Namaz qılan “Ya Rəbbi” dediyi vaxt, Allahu-təala “Ləbbeyk-söylə edilsin” buyurar. Namaz qılmayana “Ləbbeyk, eşitdim” deməz. Ancaq namazı doğru qılan xeyir və bərəkətə, rəhmətə vəsilə olar. Namazda həzrəti Adəmdən etibarən bütün möminlərin və bütün məxluqatın haqları vardır. Namaz tərk edilincə Haqqın rəhməti örtülü qalar. Rəhmətin kəsilməsinə səbəb olduğundan bütün məxluqat namazı tərk edənə nifrət edər. Müsəlmanların dualarının bərəkətindən məhrum qalar. Ölsə, məzarının yanından keçən bir müsəlmanın oxuduğu “Fatihə”dən lazım olduğu qədər faydalana bilməz. Allahu-təala belələrini üluhiyyət məqamında xüsusi xidmət sayılan namaza götürmədiyindən bu əhəmiyyətli xidmətdən qovulmuş olar. Bu xidmət üçün veriləcək olan faydalardan məhrum qalar.

Namaz qılmayanın görünüşü pozular və yatağa düşər. Üstünü, başını, yatağını, yorğanını və digər şeylərini bulaşdıraraq bərbad edər. Elə olar ki, ən yaxınları olan uşaqları, xanımı, ata və anası da ölümündən nifrət edər. Heç kimdən hörmət görə bilməz.. O adam böyük bir padşah da olsa, yenə ölərkən nifrət edilən bir şəkildə ölər.

Namaz qılmayan öləndə gözlərində qorxu əlamətləri, təlaş və hüzn əsərləri, gözünü göyə dikmə işarələri görünər. Gözlərinin rəngi dəyişər. Yuxarı, aşağı gedib gələr ki, baxmaq mümkün olmaz. Burun deşikləri quruyar. Quş tükündən tikilən döşəkdə, bəzəkli otaq və ya sarayda, min bir ehtişam və dəbdəbə içində olsa da, yenə zəlil olar.

Namaz qılmayanın imanı zəifləyər. Bu şəxsin namaza hörməti olmadığından mələklər, ölülər və digər varlıqlar da ona hörmət göstərməz.

Namaz qılmayan ölərkən saçı, saqqalı qarışar. Namaz qılanın isə ölümündə də həyatdakı durumu pozulmaz, canlı kimi qalar. Onun ölümünü görən ölümündən xəbərdar deyilsə, yatdığını zənn edər.

Namaz qılmayan nə qədər çox yemək yesə də, yenə aclıq dərdi çəkər. Getdikcə şiddətlənər, dözülməz bir hal alar. Nə qədər çox və yaxşı yeməklər yedirilsə, bu acı və ağrı sakitləşdirilə bilməz. Bu iztiraba təskinlik vermək mümkün olmaz. Həmişə aclıqla acı çəkər. Aclıq bir nisbət halında yüksəlib artar. Nəhayət, qıvrıla-qıvrıla can verər, çünki namazı tərk etmək böyük günahdır. Cəzası da o nisbətdə böyük olar.

Namaz qılan gülər üzlü, parlaq və nurani üzlü olar. Üzündə və gözlərində sevinc və nəşə əlamətləri və görünər. Öz qüsurlarını və Haqq təalanın lütf və ehsanını görər və alnından tər tökülüb burun deşikləri sulanar. Qulaqlarının altı və burun deşikləri yüngül bir şəkildə tərləyər. Gözəl qoxar. Rəngində lətif bir gözəllik olar. Ətrafa gözəl qoxular yayılar. Ən ləzzətli və ən nəfis yemək yemiş kimi, tox və doymuş halda vəfat edər.

İbadətlər imandan parça deyil. Yəni inandığı halda bir ibadəti etməyən və ya bir haramı işləyən kafir olmaz. Ancaq namazda sözbirliyi olmamışdır. Hənbəlidə bir namazı üzrsüz tərk edən kafir olduğundan öldürülər. Yuyunmaz, kəfənə sarınmaz, namazı qılınmaz və müsəlmanların qəbiristanlığına qoyulmaz. Ayağına ip bağlanar, murdar bir it kimi bir çuxur qazılıb içinə atılar. Qəbir nişanı da qoyulmaz. Şəfii və Malikidə böyük günah işlədiyi üçün cəza olaraq öldürülər. Hənəfidə namaza başlayana qədər döyülüb həbsə atılar. Namaz qılmamaq imansız ölməyə, namaz qılmaq isə iki dünya səadətinə səbəb olar.

Namaz və dindarlıq
Sual: Namaz qılmadan xeyir və gözəl işlər görüb dindar olmaq mümkün deyilmi?
CAVAB
Sərmayə olmadan qazanc əldə etmək necə mümkün deyilsə, namaz qılmadan da dindar olmaq mümkün deyil. Namaz qılmayanın xeyir və gözəl işlərinə savab verilməz. Peyğəmbər əfəndimiz «Namaz qılmayanın ibadətlərinə savab verilməz» buyurur. «Əbu Nuaym»

Namaz dinin dirəyidir. Namaz qılan dinini doğrultmuş olar. Namaz qılmayanın dini yıxılar. Namazları müstəhəb vaxtlarında, şərtlərinə və ədəblərinə uyğun olaraq və mümkünsə, camaatla qılmaq lazımdır. Muhammed Məsum həzrətləri «Bunlardan biri edilməzsə, yas tutulsa, yeridir» buyurur. Bir hədisi-şərif tərcüməsi belədir:
«Bir mömin namaz qılmağa başlayanda Cənnət qapıları açılar. Rəbbiylə arasındakı pərdələr qalxar. Bu hal namaz bitənə qədər davam edər». [Təbərani]

Namazın əhəmiyyəti
Sual: Bir yoldaş «Namaz qılmaqla Cənnətə girmək olmaz» deyərkən, başqa bir yoldaş da «Namaz qılmadan Cənnətə heç girilməz» dedi. Hansı doğrudur?
CAVAB
İki sözdə də düzgünlük və səhv var. Cənnətə girmək üçün namaz qılmaq kafi deyil. Namaz qılan əhli-sünnə etiqadında deyilsə, mütləq Cəhənnəmə girəcək, imanını qurtara bildisə, sonunda Cənnətə girəcək; lakin etiqadı doğru olmayanın imanla ölməsi çox çətindir. Etiqadının pozuqluğu küfrə səbəb olmuşsa, onda Cəhənnəmdə əbədi qalar.

Namaz qılmayan da imanını qurtara bilsə, günahlarının cəzasını çəkdikdən sonra Cənnətə girə bilər; amma namaz qılmayanın imanla ölməsi çox çətindir. İmam Rəbbani həzrətləri buyurur:
Qiyamətdə əvvəl namazdan soruşulacaq. Namaz doğrudursa, digərlərinin hesabı Allahu-təalanın köməyilə asan keçəcək. «2/67»

Vəzifə, əlbəttə müqəddəsdir
Sual: Bəzi adamlar «Mən namaz qılmıram, amma kasıblara kömək edirəm, heyvanlara acıyıram. Bunlar da ibadətdir. Yalnız namaz qılmaqla olmaz. Vəzifə müqəddəsdir. Əvvəl iş, sonra namaz» deyirlər. Namaz qılmayanın gördüyü yaxşı işlər qəbul olarmı?
CAVAB
«Sadəcə namazla olmaz» demək namazı xəfifə almaq olar. Namaz sanki iman kimidir. Necə ki, imanı olmayanın heç bir ibadətinə, yaxşılığına savab verilmirsə, namaz qılmayanın da heç bir ibadətinə savab verilməz.

«Namaz qılmayanın ibadətləri qəbul olmaz». [Əbu Nuaym]

«Vəzifə müqəddəsdir. Əvvəl iş, sonra namaz» deyərək namaz qıldırmamaq düz deyil. Namaz qılmaqla işə götürənin haqqı keçmiş olmaz. Yəni işə götürənin namaza mane olma haqqı yoxdur.

Vəzifə nə deməkdir? Vəzifə amir tərəfindən əmr ediləni etmək, qadağan ediləni etməmək deməkdir. Bir neçə amirin verdiyi əmr bir-birinə bənzəmirsə, daha üstün olan amirin əmri edilər. Məmurluqda və əsgərlikdə də birinci vəzifə böyük amirin əmrini etməkdir. Ən böyük amir kimdir? Vəzifə, əlbəttə, müqəddəsdir. Çünki hədisi-şərifdə «İnsanların ən yaxşısı insanlara faydalı olandır» buyurulmuşdur. «Qudai»

İnsanlara nə edilirsə, faydalı olacağını da ən böyük amir olan Allahu-təala bildirmişdir. Birinci vəzifə ən böyük amirin əmrini etmək olduğuna görə, ən böyük amir nə deyir? «İmandan sonra ən böyük vəzifə namaz qılmaqdır» buyurur. Namaz qılmayanın ibadətləri, yaxşı işləri qəbul olmadığı kimi, qazancı da bərəkətsiz olar.

Namaz qılmaq işi axsatmaz. Hətta namaz qılan işini daha canla-başla görməyə çalışar. Namaz qılan qul haqqından, haramdan qorxar, vəzifəsinə laqeyd yanaşmaz. «Namaz qılmağa vaxtım yoxdur» demək və ya başqa bəhanə uydurmaq beynamaz bəhanəsidir, namazın əhəmiyyətini bilməməkdir. Hədisi-şərifdə «Hər kim namazını qəsdən, bəhanəsiz qılmazsa, Allahu-təala onun digər ibadətlərini faydasız edər» buyurulmudur. «İmam Qəzali»

Allahu-təala namaz qılmayanın yaxşılıqlarına savab verməz. «Səfəri-axirət»

Namaz dinin dirəyidir
Sual: İşlərimin çoxluğu səbəbiylə namazı vaxtında qıla bilmirəm. Bir yoldaş dində asanlıq vardır, namazların hamısını birləşdirib qılmağımı söylədi. “Gecə evə gedincə hamısını qıl” dedi. İşlərimi axsatmadan namazımı necə qıla bilərəm?
CAVAB
Namazlarınızı axsatmadan işlərinizi görməlisiniz. Müsəlman üçün ən əhəmiyyətli ibadət namazdır. İş axsaya bilər, amma namaz əsla axsamaz. Namazı axsadanın işində xeyir olmaz.

İşlərin arasında namazı da həll etmək düşüncəsi saleh müsəlmana yaraşmaz. Onun məqsədi namazdır, onun ən zövqlü anı namazdadır. Namazı məqsəd bilənin digər işləri asanlaşar.

Dünya və axirət səadətimiz üçün, işlərimizin xeyirini görmək üçün namazı önə alıb namaz qılmadan işə başlamamalıyıq. Namaza mane olan işdə xeyir olmaz.

İşlərin çoxluğu səbəbiylə namaz cəm edilməz. Hər hansı bir səbəblə namazın qəzaya qalmaq təhlükəsi varsa, qəzaya buraxmamaq üçün cəm edilər. Sonra gündüz qılmayıb, gecə cəm edilməz. Zöhrlə əsr, şamla işa zərurət olanda Hənbəli məzhəbi təqlid edilib, birləşdirilərək qılınar. Namaz hər işdən əhəmiyyətlidir. Ayaq üstə qılmaq mümkün olmazsa, oturaraq qılınar, oturaraq da qıla bilməyən uzanıb qılar. Su olmazsa və ya suyu istifadə etməkdə qorxu varsa, təyəmmüm edilər. Bütün bunlar namazın əhəmiyyətini göstərir. Peyğəmbər əfəndimiz «Namaz dinin dirəyidir» buyurur. «Təbərani, Beyhəki»

Dirəksiz bina olmadığı kimi, namazsız da müsəlmanlıq olmaz.

Evlənməklə əfv olunarmı?
Sual: Əgər namazı evlənəndə qılsam, qılmadıqlarımın günahı əfv olarmı?
CAVAB
Namaz həcc kimi ömürdə bir dəfə edilmir ki, evlənəndə, əsgərlikdən sonra qılacağınızı deyəsiniz. Gündəlik yemək kimidir. Məsələn, “Mən bir neçə gün yeməyim” və ya “Evləndikdən sonra yeyərəm” desəniz, olarmı?

Namaz qılmayanın halı
Sual: Namaz vaxtı çıxarkən namaz qılmadığı üçün kədərlənməyənin imanı gedərmi?
CAVAB
Bəli, imanı gedər, amma kədərlənməmək nə deməkdir? Namaz qılmayan, içki içən və açıq gəzən “Mən də namaz qılsam, yaxşı olar; içki içməsəm, yaxşı olar; açıq gəzməsəm, yaxşı olar” deyərək günahlarına davam edirsə, kafir deyil. Bunları edir, bu vaxt oruc da tutursa, yenə kafir deyilməz. Biz də bəzi günahları işləyirik, qeybət edirik. Hədisi-şərifdə “Qeybət zinadan pisdir” buyurulur. Sui-zənn edirik və.s. Amma etdiyimizə günah deyirik. Namaz qılmayan da belə deyirsə, kafir olmaz. “Namaz qılmasam da, açıq gəzsəm də, içki içsəm də, qəlbim təmizdir; içməyənləri, namaz qılanları görürük, mənim onlardan nəyim pisdir” deyirsə, təhlükədədir. “Mən örtünsəm, namaz qılsam, onlardan yaxşı olaram” deyə düşünürsə və etdiyinin səhv olduğunu bilirsə, küfr olmaz.

Fərzi etməməyin günahı
Sual: Bir insan içki içib qumar oynasa, daha çox günah qazanar, yoxsa namaz qılmasa?
CAVAB
Namaz qılmasa və ya oruc tutmasa, yəni bir fərzi etməsə, daha çox günah qazanar. Çünki fərzləri etməməyin günahı haram işləmək günahından daha çoxdur. Haramdan çəkinməyin savabı fərzi etməyin savabından qat-qat çoxdur.

İbadətləri qəzaya buraxmaq
Sual: «İnsan yaşlananda gənclikdə olduğu kimi, asan ibadət edə bilməz, dəstəmazlı dayana bilməz, ağrı və sızlamaqdan namazlarını doğru-düzgün qıla bilməz. Ramazan orucunu tuta bilməz, harada qaldı ki, bunları qəza etsin. Buna görə, orucları və namazları qəzaya buraxmamaq lazımdır» deyilir. İnsan heç yaşlanmasa və həmişə gənc qalsa, orucunu və namazını qəzaya buraxması caiz olarmı?
CAVAB
Əsla caiz olmaz. Namaz qılmağın yaşlanmaqla heç bir əlaqəsi yoxdur. Həmişə gənc qalsa da, təqaüdə çıxınca rahatlıqla qəzalarını ödəsə belə, gecikdirdiyi üçün haram işləmiş olar. Bir də bir ibadəti vaxtında etməklə qəzasını ödəmək arasında savab baxımından dağlar qədər fərq vardır. Bir hədisi-şərif tərcüməsi:
«Ramazanda bir gün oruc tutmayan onun yerinə bütün il oruc tutsa, ramazandakı o bir günkü savaba qovuşa bilməz». [Tirmizi]

Namaz da oruc kimi vaxtlı ibadətdir. Vaxtında qılmaq lazımdır. Bir vaxt namazı qəzaya buraxmaq çox böyük günahdır. Qəza edilsə belə, günahı bağışlanmaz. Ayrıca, tövbə etmək lazımdır.

Təqaüdə çıxanda qəzalarını ödəyə bilən yalnız əzabdan xilas olar; amma namazdan və orucdan hasil olacaq böyük savaba qovuşa bilməz. Qurban kəsməyib qəzasını edən, yəni dəyərini sonra verən kəs də yalnız əzabdan xilas olar, qurban kəsmək savabına qovuşa bilməz.

Namazı qəzaya buraxmaq böyük günah olduğu kimi, qəzasını gecikdirmək də böyük günahdır. Bu böyük günah qəza edəcək qədər zaman keçincə bir misli artır. Qəza etməyi gecikdirincə də tövbə etmək fərz olar. «Əbədi səadət»

Namaz qılmayan
Sual: “Namaz qılmayanın islamdan nəsibi yoxdur” sözü namaz qılmayana kafir demək olur ki, bu da əhli-sünnə etiqadına zidd deyilmi?
CAVAB
Bu söz hədisi-şərifdir, müxtəlif hədis kitablarında vardır. Bunun kimi, namaz qılmamağın küfr olduğunu bildirən hədisi-şəriflər çoxdur. Bir neçəsi belədir:
“Namazı qəsdən tərk edən kafirdir”. [Təbərani]

“Namaz qılmayanın dini yoxdur”. [İbni Nəsr]

“Namaz qılmayanın müsəlmanlığı yoxdur”. [Bəzzar]

“Bizimlə kafirlik arasındakı fərq namazdır. Namazı tərk edən kafir olar”. [Nəsai]

“İman namaz deməkdir. Namazı etinayla, vaxtına və digər şərtlərinə riayət edərək qılan mömindir”. [İbni Nəccar]

“Əbədi səadət” əsərində “Namaz qılmayanın islamdan nəsibi yoxdur” hədisi-şərifiylə digər hədisi-şəriflər açıqlanaraq deyilir:
Əhli-sünnə alimləri sözbirliyi ilə “İbadətlər imandan parça deyil” buyurdular. Təkcə namazda sözbirliyi olmadı. Fiqh imamlarından imam Əhməd ibni Hənbəl, İshaq ibni Rahəveyh, Abdullah ibni Mübarək, İbrahim Nəhai, Hakim bin Uteybə, Əyyub Sahtiyani, Davud Tai, Əbu Bəkr ibni Şeybə, Zübeyr bin Hərb və daha bir çox böyük alimlər “Bir namazı bilə-bilə, qəsdən qılmayan kafirdir” dedi. (Namazın əhəmiyyəti qismi)

“Əl-fiqhi ələl məzahibil-ərbəa” kitabında deyilir:
Hənbəlilər ilə Abdullah bin Mübarək, İshaq bin Rahəveyh və Şəfiinin bəzi əshabı dedilər: Namazı bəhanəsiz olaraq, qəsdən tərk edən kafirdir. Bu söz həzrəti Əlidən də nəql edilmişdir. Onlar dəlil olaraq “Tövbə” surəsinin “Əgər müşriklər tövbə edib namaz qılar və zəkat versələr, sərbəst buraxın!” tərcüməsindəki 5-ci ayəti-kəriməsini bildirmişlər. Rəsulullah əfəndimiz bu ayəti-kəriməni açıqlayaraq buyurur:
“Müşriklər “La ilahə illəllah” deyənə və namaz qılıb zəkat verənə qədər onlarla döyüşməklə əmr olundum”. [Buxari]

Digər üç məzhəbin mənsubları isə “Namaz qılmağı, zəkat verməyi vəzifə bilməyib, fərz olduğuna inanmayıb, bunları yerinə yetirmədiyi üçün kədərlənməyib günaha girdiyini bilməzsə, kafir olar” demişlər. Yəni Hənəfi, Maliki və Şəfiidə namaz qılmayan kafir olmur; ancaq əhəmiyyət verməzsə, kafir olur.


Geri dön

✰GlaMurKa✰

  • 5 may 2012 22:28
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
ALLAH RAZI OLSUN

enigmatic_girl

  • 5 may 2012 17:08
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Sitat: rebeka
elvin rahimov,Eger cox isтesen orqene bilersen cox asanddir esas odurki sen bunu isтeуesen urekle...deуerli xebere gore cox sagol

--------------------

EnD of TiMe

  • 1 may 2012 22:11
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
tesekkurler cox gozel xeberdir...beyendim

★Miss Love★

  • 1 may 2012 17:59
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
elvin rahimov,
Eger cox isтesen orqene bilersen cox asanddir esas odurki sen bunu isтeуesen urekle...deуerli xebere gore cox sagol

ANGEL LOVE

  • 26 aprel 2012 16:27
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twk xebere gore

--------------------

LoVe_LiFe

  • 26 aprel 2012 10:49
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
coox twklerr seyerli meqalye gore

elvin rahimov

  • 25 aprel 2012 19:19
  • Məqalə: 1
  • Şərh: 400
  • Bal:
{awards}
men hec vaxt namaz qilmadigim ücün özümü kafir hiss eliyirem. Biri mene namaz qilmagi öyretseydi cox minetdar olardim. Allah razi olsun xebere göre.

--------------------
Acizlik göstərməyin və kədərlənməyin.
Möminsinizə üstün olacaqsiniz!

enigmatic_girl

  • 25 aprel 2012 18:57
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Əziyyətə görə təşəkkür

--------------------

Angel-11

  • 25 aprel 2012 18:04
  • Məqalə: 0
  • Şərh: 687
  • Bal:
{awards}
maraqli xebere gore tewekkurler

--------------------
İnsanda gözəl olan üzdür, Üzdə gözəl olan gözdür, Ama insanı insan edən ağızdan çıxan sözüdür....

Nuray2012

  • 25 aprel 2012 17:44
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 18
Cəmi: 33

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}