Həzrəti-Zəhra (s.ə)-nın fəzilətləri

 
Həzrəti-Zəhra (s.ə)-nın fəzilətləri

«Kisa»«Mübahilə» əhlindən biri sayılan Fatimə(s.ə) ən çətin dövrdə Allah yolunda hicrət edən, şərəfinə «Təthir» ayəsi nazil olan şəxsiyyətlərdəndir. Cəbrayıl da onlarla birgə ağlamasına fəxr etmişdi. Allah-təala onların paklıq və doğruluğuna şəhadət vermişdir. O, İmamların anası olmaqla yanaşı, Peyğəmbər(s)-in nəslinin ondan doğulub qiyamətə kimi davam edəcək yadigarıdır. Bu nurlu vücud əvvəldən axıra hər iki dünya qadınlarının xanımıdır. O, sözündə və danışığında həzrəti-Mühəmməd(s)-ə ən çox oxşayan şəxs idi. Onun əxlaq və həyat tərzi Rəsuli-əkrəm(s)-in həyat tərzi və əxlaqını xatırladırdı. Yerişi sanki Peybəmbər(s)-in yerişi idi. O, həmişə atasının yanına gələndə Rəsuli-əkrəm(s) qızını mehribanlıqla qarşılayar, əlindən öpər, nə zaman behişt ətrini duymaq istəsə idi, onu iyləyər və buyurardı:

«Fatimə bədənimin parəsidir.Kim onu sevindirsə, məni sevindirib, kim ona pislik etsə, mənə pislik edibdir».
«Fatimə mənə hamıdan əzizdir».


Peygəmbər(s)-in Fatimə(s.ə)-yə olan sonsuz məhəbbətini ifadə etdirən «ya həbibətə əbiha»-kimi kəlamlarını misal göstərmək olar ki, bu da «ey atasının dostu və məhbubu» mənasındadır.
Təbəri Şiyi İmam Baqir(ə.s)-ə, İmam da öz Cəddinə əsaslanaraq Fatimə(s.ə)-nin dilindən belə nəql edir ki, bir gün Allahın Rəsulu(s) mənə belə xitab etdi:
«Ey atasının dostu və məhbubu! Hər bir məstedici haramdır və hər bir məstedici şərab sayılır».

Allah üçün dostluq.

Xatırladaq ki, Allaha daha yaxın olan insanlar öz övladlarını, yaxın qohum-əqrəba və dostlarını instinktiv olaraq sevməmişlər, əksinə, onlar hər cür nəfsani, eləcə də qeyri-insani hisslərdən uzaq olmuşlar. Belə şəxslərin məhəbbəti ixlas üzündən, habelə Allaha görə olmuşdur. Allahdan digərinə olan sevgiləri isə elə yenə də Allahın özünə qayıdır və Allaha xatir olur. Məhz buna görə də həzrəti-Yəqüb(ə.s) Yusif(ə.s)-i başqa övladlarından daha çox sevirdi. Nəticədə, Yəqub(ə.s)-un o biri övladları onun Yusif(ə.s)-i nə səbəbə belə çox sevdiyindən xəbərsiz olduqları üçün pis fikirlərə düşmüşdülər. Onu yolunu azmış kimi qələmə verib, həmişə deyinirdilər: «Yəqub(ə.s)-un bu məhəbbətinə biz layiqik, çünki dünya işlərini yerinə yetirməkdə biz ondan(Yusifdən) daha bacarıqlı və daha güclüyük ».

Amma Yəqub(ə.s)-un Yusif(ə.s)-ə olan məhəbbəti maddi səbəblər üzündən deyil, əksinə, Allahın Yusif(ə.s)-i sevdiyinə və onu qardaşlarının arasından seçəcəyinə görə idi. Yəqin ki, Allahın sevimlisi onun Peyğəmbər(s)-inin də məhbubu, sevimlisi olacaqdır.
Kuleyni Məhəmməd ibn Sənandan belə nəql edir:

Bir gün İmam Cavad(ə.s)-a müsəlmanlar arasında baş vermiş ixtilaflı bir mövzu barədə söhbət açdım. O da mənim cavabımda belə buyurdu:

«Ey Məhəmməd! Bil ki, Allah-təala həmişəki kimi yeganə və misilsizdir. Ondan sonra Mühəmməd(s), Əli(ə.s) və Fatimə(s.ə)-nin nurunu yaratdı. O pak üç nur min illərlə beləcə qaldı. Daha sonra Allah-təala bütün mövcudatı xəlq edərək onları məxluqatın yaradılışına şahid etdi.

Bütün yaradılmışların arasında yalnız onlara itaət etməyi buyurdu, məxluqatın bütün işlərini onlara həvalə etdi. Beləliklə, onlar (Mühəmməd (s), Əli(ə.s), Fatimə (s.ə)) istədikləri şeyi halal və haram edə bilərlər. Lakin onu da bilmək lazımdır ki, bu üç müqəddəs vücud Allahın istədiyini istər, onun qəbul etmədiyini sevmək və ya Allah istəyəndən başqa heç nəyi istəməzlər. Bu, dinin mahiyyətidir. Kim tələsib qabağa keçsə, yolunu azar. Hər kim də arxaya qalıb ləng tərpənsə, həlak olar. Yalnız din ilə yanaşı addımlayan onunla bir haqqa yetişər. Ey Məhəmməd, bu sözü öyrən və əzbərlə».

Müəllif yazır: «Bu şərif hədisdə Fatimə(s.ə)-nin İlahinin məxluqatın bütün işlərini həvalə etdiyi şəxslərdən olduğu bəlli olur. Beləliklə, o, istədiyi şeyi halal və haram edə bilər (əlbəttə, bir şərtlə ki, onun istədiyi Allahın istədiyi olsun).

Həzrəti-Zəhra (s.ə)-nın fəzilətləri


Geri dön

enigmatic_girl

  • 5 may 2012 17:06
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
tesekkurler...

--------------------

★Miss Love★

  • 1 may 2012 18:04
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Sitat: SEVIMLI_2012
cox maraqlidi.allah razi olsun sizden

ANGEL LOVE

  • 26 aprel 2012 16:41
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}

--------------------

LoVe_LiFe

  • 26 aprel 2012 10:17
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
twklrr coxxxx beyendimm deyerli meqaleye gore ALLAH RAZI OLSUN

enigmatic_girl

  • 25 aprel 2012 16:32
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Sitat: EnD of TiMe
Cox tesekkurler deyerli xebere gore...beyendim hemde cox.........

--------------------

EnD of TiMe

  • 25 aprel 2012 15:58
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Cox tesekkurler deyerli xebere gore...beyendim hemde cox.........

SEVIMLI_2012

  • 25 aprel 2012 15:34
  • Məqalə: 0
  • Şərh: 58
  • Bal:
{awards}
cox maraqlidi.allah razi olsun sizden.

--------------------
Hərşey səbəbsiz yaranır, davam edir və təsadüfən tükənir. Mənasız olan odur ki, biz dünyaya gəlirik və dünyadan köçürük:

✰Dгeaм✰

  • 25 aprel 2012 14:03
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 52
Cəmi: 76

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}