[25.04.2012] Gündəlik Qaynar Xəbərlər

 
[25.04.2012] Gündəlik Qaynar Xəbərlər


25 Aprel 2012 [00:05]
Aprelin 25-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.


Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, günün ikinci yarısında arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 11-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq.
Bakıda gecə 13-15 dərəcə isti, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 millimetr təşkil edəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-70 faiz olacaq
.


25 Aprel 2012 [09:27]
Azərbaycanlı deputat: "Biz mədəniyyətin qondarma yollar və çirkin üsullarla siyasiləşdirilməsini qətiyyətlə rədd edirik"


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının ikinci iş günündə Avropa Naminə Liberal Demokratların Alyansı partiya qrupunun iclasında Evrovizion mahnı müsabiqəsinin Bakıda keçirilməsi əleyhinə çağırışlar olmuşdur. Bu barədə Trend-ə qurumda Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov məlumat verib.

Millət vəkili qeyd edib ki, biz mədəniyyətin qondarma yollar və çirkin üsullarla bu cür siyasiləşdirilməsini qətiyyətlə rədd edir, ümumiyyətlə, partiya qrupunda belə fikrin səslənməsini pisləyirik.

"Biz mədəniyyətin qondarma yollar və çirkin üsullarla siyasiləşdirilməsini qətiyyətlə rədd edirik. Azərbaycanın Eurovision Beynəlxalq Mahnı Müsabiqəsində qalib çıxması və 2012-ci ildə bu tədbirin keçirilməsinə ev sahibliyi etmək haqqını qazanması ölkəmizin əleyhinə olan qüvvələrin, ilk növbədə ermənilərin yuxusuna haram qatmışdır. AŞ PA-nın yaz sessiyasında Avropa Naminə Liberal Demokratların Alyansı partiya qrupunun iclasında həmin qüvvələrin təhriki ilə növbəti fitnəkar addım atmaq təşəbbüsü olmuşdur. Lüksemburqlu deputat A. Brassör (Anne Brasseur) qrupa daxil olan deputatları Evrovizion mahnı müsabiqəsinin Bakıda keçirilməsi əleyhinə petisiyaya imza atmağa çağırmışdır. Belə təxribat səciyyəli təkliflərin Avropa Şurasının prinsiplərinə və apardığı siyasətə ziddir Avropa Şurasının vəzifəsi üzv ölkələrdə demokratik proseslərin inkişafına kömək etmək, onların qazandığı uğurları təqdir və təşviq etməkdir"- o, deyib.

R. Hüseynov onu da əlavə edib ki, Evrovision mahnı müsabiqəsində Azərbaycanın qələbəsi müxtəlif sahələrdə əldə etdiyi inkişafın daha bir məntiqi nəticəsidir.

"Azərbaycanın Avropa Şurasına üzv olduğu son 11 ildə ən müxtəlif sahələrdə nailiyyətləri o qədər qabarıqdır ki, bunları görməmək mümkün deyildir. Elə Evrovision mahnı müsabiqəsində Azərbaycanın qələbəsi də həmin inkişafın daha bir məntiqi nəticəsidir. Azərbaycana qarşı qeyri-obyektiv, ədalətsiz mövqedə dayanan müəyyən fitnəkar qüvvələri bugünkü kimi məntiqə zidd olan təşəbbüslər irəli sürməyə sövq edən, onların təşvişinə, narahatçılığına səbəb odur ki, dünyanın onlarca ölkəsindən həmin müsabiqə vaxtı Bakıya çoxlu qonaqlar gələcək və ölkənin necə tərəqqi etməsini öz gözləri ilə görəcəklər. Bu isə təxribatçı qüvvələrin Azərbaycan əleyhinə apardığı təbliğatların əyani şəkildə ifşası demək olacaqdır. Ona görə belə şəxslər və qüvvələr hər vasitə ilə çalışırlar ki, Azərbaycan paytaxtında yüksək səviyyədə keçirilməsi üçün bütün tədbirlər görülən və əlbəttə ki, ən parlaq şəkildə reallaşacaq Evrovision Beynəlxalq Mahnı Müsabiqəsinin baş tutmasına hansısa əngəllər yaratsınlar", - Hüseynov bildirib


Milli.Az


Geri dön

★Miss Love★

  • 28 aprel 2012 14:58
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
maraqlidir oxudum xeberlere gore cox sagol=)

ANGEL LOVE

  • 26 aprel 2012 16:33
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twk xebere gore...........

--------------------

LoVe_LiFe

  • 26 aprel 2012 10:25
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkurler maraqlidirrrrr

..:MeleK kiz:..

  • 25 aprel 2012 18:41
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox sagolun

enigmatic_girl

  • 25 aprel 2012 18:32
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Maraqlidi.Tesekkurler.

--------------------

Nuray2012

  • 25 aprel 2012 17:49
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Tewkkurler xeberlere gore

--------------------

✰GoLd GirL✰

  • 25 aprel 2012 17:20
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Bu gun heqiqeten dehset istidi.....

✰Dгeaм✰

  • 25 aprel 2012 17:14
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqlidi.Tesekkurler.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 26
Cəmi: 43

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}