Evdəki gülün solmamasını istəyirsinizsə

 
Evdəki gülün solmamasını istəyirsinizsə

"Ekspress" qəzeti yazır ki, güllər gözəl olduğu qədər də zərifdir. Onların uzun müddət təravətli qalması üçün xüsusi qulluq lazımdır. Adətən gül salonlarında onlar uzun müddət solmurlar, evə gətirəndən sonra isə bir-iki günə əvvəlki görünüşünü itirirlər.

Gül salonlarının birində satış üzrə menecer işləyən Zeynal Mirzəyevin sözlərinə görə, güllərə düzgün baxanda onlar gec solur. "Qızılgüllərin çox qalması üçün otaqdakı havada nəmişlik olmalı, temperatur 15 dərəcədən başlamalı və 20 dərəcəni keçməməlidir. Temperatur 20 dərəcədən yuxarı olarsa, güllər məhv olar. Ümumiyyətlə, güllərin gec solması üçün onları vaxtaşırı olaraq soyuq su ilə doldurulmuş pulverizator vasitəsi ilə sulamaq lazımdır. Biz güllərin yarpaqlarını da sulayırıq ki, nəm qalsın. Bu, güllər üçün çox xeyirdir".

Z.Mirzəyev bildirib ki, güllərin ev şəraitində uzun müddət gözəl qalması üçün gövdəsinin aşağı hissəsini konusvari şəkildə kəsmək lazımdır. "Gülləri evə gətirəndən sonra çoxları onları güldana qoymaqla kifayətlənir. Amma bu düzgün deyil. Ona görə də güllər ev şəraitində daha tez solur. Güllərin suyunu hər gün dəyişmək, saralmış yarpaqlarını isə kəsmək lazımdır. Çəmən güllərinin gövdələrinin aşağı hissəsi iti bir alətlə, ülgüc vasitəsi ilə kəsilir ki, çürüməsin. Güllər bir müddət suda qalandan sonra, onların gövdələrinin aşağı hissəsi çürüməyə başlayır. Məhz həmin çürümüş hissələri hər gün kəsilir ki, təmiz qalsın və gec çürüsün".

Müsahibim onu da əlavə edib ki, yayda istidən güllər solmağa başlayır. "Bəzi hallarda kondisionerin də havanı rütubətləndirməyə gücü çatmır. Güllər solaraq başlarını aşağı salmağa başlayır. Belə hal baş verərsə, qəzetin vərəqlərini nəm edib gülləri kip bükürük. Qəzetə bükülmüş güllərin gövdələrinin aşağı hissəsini suya qoyuruq. Üç-dörd saatdan sonra güllər şax duranda qəzetdən çıxarırıq".

"Güllərin gec çürüməsi üçün suya qənd də atmaq olar", - deyən Z.Mirzəyev qəndin suda nişastanı artırdığını bildirir. Onun sözlərinə görə, əgər güllərin suyu hər gün dəyişilərsə, suya qənd atmağa ehtiyac yoxdur. Təzə suda gülə lazım olan maddələr yetərincədir.

O, qızılgül alarkən onların qönçələrini yoxlamağı məsləhət görür. "Qönçəni əlinlə yoxlayırsan, əgər möhkəmdirsə, demək, gül təzədir. Əgər yumşaqdırsa, almağa dəyməz. Belə gül artıq təravətini itirib və tez solacaq. Çəmən güllərinin ortası yaşıldırsa, demək, tam yetişməyib. Yanlarında da ara-sıra qönçələr görünürsə, gül körpədir. Ümumiyyətlə, kalalar bir həftə, çəmən gülləri 15-20 gün, qış aylarında hətta 1 ay da qala bilər. Qızılgüllər ev şəraitində 4-5 gün qalır. Amma mağazada düzgün qulluq sayəsində gec solur. Güllərin gec quruması üçün otağın havası tez-tez dəyişilməlidir. Otaqda təmiz hava olmalıdır. Əks halda bitkilər tez ölür".

Həmsöhbətim seçim edərkən daha çox qızılgüllərə üstünlük verildiyini deyir. "Ağ qızılgüllər əsasən kişilərə, qırmızı qızılgüllər isə xanımlara hədiyyə olunur. Elə xanımlar da var ki, ağ qızılgüllər xoşlayırlar. Ən bahalı və nadir gül isə orxideya hesab olunur. Orxideyanın 1 dənəsini 50 manata satırıq".

Onun sözlərinə görə, güllər əsasən Ekvadordan, Hollandiyadan, Türkiyədən, İrandan gətirilir. "Yaz-payız mövsümündə Mərdəkandan da güllər gətirilir. Qışda isə əsasən başqa ölkələrdən gətirilmiş gülləri satırıq. Çəmən güllərini əsasən Hollandiyadan, qızılgülləri, zanbaqları, başqa ekzotik gülləri Ekvadordan alırıq".

Z.Mirzəyev onu da bildirib ki, uzaqdan gətirilən güllərin yanında mineralları da olur. "Həmin mineralları suya əlavə etməklə onların uzunömürlü olmasına nail oluruq. Mağazalarda "canlı oazis" adlanan xüsusi süngərlər da satılır ki, onların köməkliyi iə güllər uzun müddət qidalanır. 40 qramlıq belə süngərə 6 litr su hopur. Gülləri kəsib həmin süngərə sancırsan. Suya nisbətən "canlı oazis"də güllər daha çox qalır. Həmin süngərdən kəsib güldanın içərisinə də yerləşdirmək olar. Bunların vasitəsi ilə ikebana düzəltmək olar. Ev şəraitində də belə süngərə gül, yarpaq, hətta ağac budağı da sancıb gözəl və maraqlı kompozisiya düzəltmək olar".


Geri dön

..:MeleK kiz:..

  • 1 may 2012 19:13
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
bax bunu bilmirdim cox sagol

★Miss Love★

  • 29 aprel 2012 11:42
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Gul saxlamaqi coooox sevirem bunlarida nezere alacam...lazimli xebere gore cox sagol=)

sabir43

  • 26 aprel 2012 18:21
  • Məqalə: 10
  • Şərh: 533
  • Bal:
{awards}
Beyendiyinize cox sevindim smile

--------------------
(¯`v´¯)
`•.¸.•´
HeCkImI SeVmIrEm ! SeVgI YaLaNdI !

LoVe_LiFe

  • 26 aprel 2012 18:04
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tontonun anasi,

he men raziyam ele mende ele ediremmmm ))))

twkler beyendim meqalenii

Воровской

  • 26 aprel 2012 15:40
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
aydaaaaaaaaaaaaaaaaaaaaa (((twk)))

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

tontonun anasi

  • 26 aprel 2012 12:13
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
mende gec solsun deye suya gend atiram

--------------------

ANGEL LOVE

  • 26 aprel 2012 12:07
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twkler..............

--------------------

★Azerbaijan girl★

  • 26 aprel 2012 09:16
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
twk................................

R.M_FaNaTka

  • 26 aprel 2012 09:14
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Hmm Maraqli Xebere Gore CoooooooX Sagol

--------------------

AysU_DilarE

  • 26 aprel 2012 09:09
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
hmm twkler xeber ucun bilmirdim

--------------------

EnD of TiMe

  • 26 aprel 2012 08:15
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
mektebdeki gulu neyniyek..oda solur....tesekkurler maraqli xebere gore....

Nuray2012

  • 26 aprel 2012 00:00
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Tewekkurler xebere gore

--------------------

FLY TIME

  • 25 aprel 2012 23:41
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
tesekkurler............. lol

✰Dгeaм✰

  • 25 aprel 2012 23:33
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Meslehet ucun tesekkurler.

Qütb ulduzu

  • 25 aprel 2012 23:23
  • Məqalə: 0
  • Şərh: 63
  • Bal:
{awards}
Həyətimizdə çoxlu güllər, gülləri çox sevirem bu haqdada bilirdim təşəkkürlər

asel

  • 25 aprel 2012 23:12
  • Məqalə: 0
  • Şərh: 1016
  • Bal:
{awards}
cox maraqli xeber idi twkler cox xowuma geldi ve sona kim ide oxudum twkler

--------------------
awk aciyi sever.

enigmatic_girl

  • 25 aprel 2012 23:05
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Maraqli idi tesekkur

--------------------

ilknur92

  • 25 aprel 2012 22:15
  • Məqalə: 0
  • Şərh: 45
  • Bal:
{awards}
gulleri cox sevirem mence qadina en boyuk hediyye 1 deste guldur.

gulleri cox sevirem mence qadina en boyuk hediyye 1 deste guldur.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 43
Cəmi: 102

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 442
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 29
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}