Həyat məni sınadı

 
Həyat məni sınadı

HƏYAT MƏNİ YENƏ SINADI...
Susuram bu günlərdə… Danışmasın istəyirəm ürəyim… Qışqırmasın hiss etdiklərini… Tökməsin içindəkiləri… İçin-için ağlayır amma səsi çıxmır ürəyimin… ağrılarını içində boğur səssizcə…

hələ öyrədə bilmədim gözyaşlarıma axmamağı… Söz dinləmirlər heç cür. Mən dayandırmağa çalışdıqca onlar inadına süzülürlər yanaqlarımdan… Halbuki asan- asan axmazdı mənim gözyaşlarım… İndi isə sel olub axırlar. Üsyan edirlər sanki ürək ağrıma… Onu susdurdun amma məni susdurmağı hələ öyrənə bilmədin deyər kimi heç dayanmamayaraq axırlar.

Kiçiyəm hələ…
Böyüdə bilmədi məni keçən zaman.
Yaşım hər il böyüyür,amma içimdəki mən heç cürə böyümək istəmir.
Yaşadığım ağrılar böyüdə bilmədi məni…
Hələ də körpə uşaq kimi qayğıya ehtiyacım var...

Oyuncağı əlindən alınmış kiçik bir qız uşağıyam sanki…
Qumdan qalaları qopmuş, özü isə yıxılmış,
Dizləri paramparça olmuş bir qız uşağı…


Ürəyimin yolçusuna əl yelləyirəm.
Damarımdakı qanı axıdıram.
Ağrıma dərman ola bilmirəm.
Bilə-bilə yaramı qaşıyıram, daha çox qanadıram.

Nə əlimdən alınmış oyuncağım, nə parçalanmış dizlərim nə də ovuclarımdan itkin gedən illərim əzablı deyil yolçumun ağrısının yanında…
Tuta bilmədiyim biri var hələ
Adının hər keçdiyi yerdə ürəyimin tellərinə toxunan, içimi ağrıdan , məni yaşayan bir ölüdən fərqsiz edən biri…

Mən onu sevdim, o sevmədi.
Mən onu darıxmağı sevdim, o uzaq diyarlara getməyi…
Mən onu seçməyi sevdim, o bizi darmadağın edəni…

Artıq bitməli, sona çatmalı bu "vida" səhnəsi… Pərdə bağlanmalı. Tamaşaçılar həmişə gözlədikləri bu qəmli sonu alqışlamalı… Sən yaş olub axarkən gözümdən, onlar hüzn buludlarını gətirməli…

Təəssüf edirəm…!
Həyat məni sevmədi …!
Əksinə oldu hər şey. HƏYAT MƏNİ YENƏ SINADI....


Geri dön

_RONALDO_

  • 18 mart 2011 19:36
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
tesekkur Movzuya gore maraqli xeberdi

--------------------

sevgi yalandir

  • 17 noyabr 2010 16:14
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
winner...,
Ghost,
Sergio Ramos,
Sergio Ramos,
Ulya,
♥Princess♥,
twk

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

winner...

  • 8 noyabr 2010 22:33
  • Məqalə: 5
  • Şərh: 268
  • Bal:
{awards}
maraqli idi..tewekkurlerrr winked

Ghost

  • 8 noyabr 2010 22:07
  • Məqalə: 658
  • Şərh: 184
  • Bal:
{awards}
Cox gozel yazidi!

Sergio Ramos

  • 8 noyabr 2010 21:58
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
TŞk..

--------------------

Ulya

  • 8 noyabr 2010 21:53
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cooox sagol.cox beyendim.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 32
Cəmi: 52

 

Top 10 Müəllif

ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
The Shield
Xəbərləri: 57
Cəmi: 155
 
NIGAR
Xəbərləri: 46
Cəmi: 790
 
lamiye_2001
Xəbərləri: 30
Cəmi: 32
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 24
Cəmi: 506
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}