«Qəlbim təmizdir, sən qəlbə bax» demək

 
«Qəlbim təmizdir, sən qəlbə bax» demək

Sual: Bəzi adamlar heç ibadət etmədiyi və hər növ günah işlədiyi halda «Mənim qəlbim təmizdir, sən qəlbə bax» deyirlər. Namaz qılmayanın qəlbi təmiz olarmı?

CAVAB
Əvvəlcə, qəlblə ürəyin tərifini verək! Qəlb sinəmizin sol tərəfindəki ət parçası deyil. Buna ürək deyilir. Ürək heyvanlarda da olur. Qəlb ürəkdə olan bir qüvvədir. Görünməz. Lampada olan elektrik cərəyanı kimidir. Buna qəlb və ya könül deyirik. Könül insanlarda olur. Heyvanlarda olmur.

Bədəndəki bütün üzvlər qəlbin əmrindədir. Hiss orqanlarımızın qəbul etdiyi bütün məlumatlar qəlbdə toplanır. İnanmaq, sevmək, qorxmaq qəlbin işidir. Etiqad edən, yəni iman edən və kafir olan qəlbdir. Gözəl, yaxşı əxlaqın və pis xasiyyətlərin yeri qəlbdir. Qəlbi təmizləmək üçün riyazət və mücahidə lazımdır. Riyazət nəfsin arzularını etməməkdir. Nəfsimiz haramları, məkruhları arzu edir. Bunlardan qaçmaq lazımdır. Mücahidə nəfsin istəmədiyi şeyləri etmək deməkdir. Nəfsimiz yaxşılıq və ibadət etmək istəməz. Yaxşılıq və ibadət edərək qəlbi təmizləmək lazımdır! Allahu-təala dinləri, Peyğəmbərləri qəlbi təmizləmək üçün göndərdi. Qəlbi təmiz olan dinimizin əmrlərinə tabe olub qadağan etdiklərindən uzaq durar. Qəlbi pis olan islamdan qaçar. Dinimizin əmrlərini geridə qalmışlıq kimi qəbul edər. Dinə tabe olmamağı da qabaqcıllıq, tərəqqi, azadlıq kimi qəbul edər.

Namaz qılmayanın və özünə fərz olan digər ibadətləri etməyənin qəlbi təmiz olmaz. Günah işləyənlərin qəlbi təmiz olmaz. Günah qəlbi qaraldır. Onsuz da namaz qılmamaq ən böyük günahlardan biridir. Hətta namaz qılmayana kafir deyən alimlər belə olmuşdur. Namaz qılmayanın, içki içənin qəlbi çox qaralar. Hər cür rəzalətə yol verib “Sən qəlbə bax” demək dinsizlərin və ya din cahillərinin sözüdür. Bir yazıçı kitabında bir fasiqi tərifləyərkən "Çox içki içərdi. Şərabı hamamın vannasına qoyub oradan içərdi; lakin tərtəmiz, tərtəmiz bir qəlbi vardı" deyir. Allahu-təala və Peyğəmbər əfəndimiz namaz qılmayanın və içki içənin qəlbinin təmiz olmadığını buyurarkən cahil yazıçı belə söyləməklə Allahı və Rəsulallahı yalançı çıxarmağa çalışır.

Hədisi-şərifdə buyurulub:
«Bir şəxs günah işlədiyi vaxt qəlbində qara bir nöqtə hasil olar. Əgər tövbə etsə, o ləkə silinər. Tövbə etməyib təkrar günah işləsə, o ləkə böyüyər və qəlbin hamısını örtər, qəlb qapqara olar».
[Haraiti]

İmam Rəbbani həzrətləri buyurur:
Allahu-təalanın əmrlərini etməmək qəlbin pozuq olmasındandır. Qəlbin pozuq olması dinə tam inanmamaqdır. İmanın əlaməti dinin əmrlərini sevə-sevə etməkdir. [Namaz qılmayıb günah işləyənin «Mənim qəlbim təmizdir, sən qəlbə bax» deməyinin nə qədər cahilcə bir söz olduğu buradan da aydın olur.] Qəlb sevgi yeridir. Sevgi olmayan qəlb ölmüş deməkdir. Qəlbdə ya dünya sevgisi, ya da Allah sevgisi olar. Allahı xatırlayıb, ibadət edərək qəlbdən dünya sevgisi çıxarılanda qəlb təmiz olar. Bu təmiz qəlbə Allah sevgisi öz-özünə dolar. Günah işləyəndə qəlb qaralıb xəstələnər, dünya sevgisi yerləşər və Allah sevgisi gedər. Qəlbin bu halı bir şüşəyə bənzəyir. Su dolduranda havası çıxar. Suyu boşaldanda hava öz-özünə dolar. Bir stəkandakı hava çıxmadıqca içinə su girməz. İçinə su tökəndə də bu suyu çıxarmadan başqa şey qoyulmaz. Qəlb də stəkan kimidir. Qəlbi Allah sevgisiylə doldurmaq üçün başqa hər şeyi təmizləmək lazımdır. Bir qəlbdə iki və ya daha çox sevgi ola bilməz. Qurani-kərimdə «Allah insanın daxilində iki qəlb yaratmamışdır» buyurulur.
«Əhzab, 4»

Əmmarə nəfs dinə inanmaz. Buna görə, nəfsi təzkiyə edib pisliklərdən təmizləmək və fəzilətlərlə doldurmaq lazımdır. “Şəms” surəsində «Nəfsini təzkiyə edən [pisliklərdən təmizləyib, fəzilətlərlə dolduran] xilas oldu. Nəfsini günaha, dəlalətə buraxan ziyan etdi» buyurulmuşdur.
«Şəms, 9-10»

“Hədiqə” kitabında buyurulur:
Haram işləyənlərin “Sən qəlbimə bax, qəlbim təmizdir” deməyi səhvdir. Belə deməklə özünü və müsəlmanları aldadır. Ancaq dinin əmr və qadağalarına tabe olanın qəlbi təmiz olar. Peyğəmbər əfəndimiz «Günaha davam edənlərin zamanla qəlbi möhürlənər. O, artıq savab işləməz olar» buyurur.
«Bəzzar»

«La ilahə illəllah» sözünü çox söyləmək qəlbi təmizləmək üçün çox təsirlidir. Hər gün müəyyən miqdar oxumaq yaxşıdır. Dəstəmazlı və dəstəmazsız deyilə bilər.
«1/14»

Rəbbimizin qəzəbini söndürmək üçün «La ilahə illəllah, Muhammedin Rəsulallah» gözəl sözündən daha faydalı bir şey yoxdur. Bu gözəl söz Cəhənnəmə aparan qəzəbi söndürüncə daha kiçik olan başqa qəzəblərini, əlbəttə, söndürər. Bu gözəl söz qiyamət üçün ayrılmış olan 99 rəhmət xəzinəsinin açarıdır. Küfr qaranlıqlarını, şirk pisliklərini təmizləmək üçün bu gözəl sözdən daha qüvvətli heç bir köməkçi yoxdur. Bir şəxs bu sözə inandıqda imanın zərrəsi hasil olar.
«2/37»

Allahı xatırlamağın, “La ilahə illəllah” deməyin faydalı ola bilməsi üçün dinimizə tabe olmaq şərtdir. Fərz və sünnələrə əməl etmək və haramlardan, şübhəlilərdən çəkinmək lazımdır.
«1/190»

Qəlbin Allahu-təaladan başqa şeyləri sevməsi onu qaraldar, paslandırar. Bu pası təmizləmək lazımdır. Təmizləyicilərin ən yaxşısı sünneyi-səniyyəyə tabe olmaqdır. sünneyi-səniyyəyə tabe olmaq nəfsin qəlbi qaraldan istəklərini yox edər.


Geri dön

_favorit_arkadas

  • 26 may 2012 12:29
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
allah razı olsun.....

--------------------

✰GlaMurKa✰

  • 5 may 2012 22:19
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN MARAQLI IDI

enigmatic_girl

  • 5 may 2012 22:03
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

★Miss Love★

  • 1 may 2012 17:54
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
cox maraqli ve duwundurucu xeberdir mence ele deуil eger ele olsa idi onda Allah namaz qilib ibadeт elemeуi buуurmazdi...Insan namaz qildiqca Allaha ibadeт eledikce pis emellerden cekinir,qelbide тemizlenir ve уaxwi olur...тewekkurler

Qütb ulduzu

  • 26 aprel 2012 23:19
  • Məqalə: 0
  • Şərh: 63
  • Bal:
{awards}
Allah razi olsun

Angel-11

  • 26 aprel 2012 19:09
  • Məqalə: 0
  • Şərh: 687
  • Bal:
{awards}
tewekkurler xebere gore

--------------------
İnsanda gözəl olan üzdür, Üzdə gözəl olan gözdür, Ama insanı insan edən ağızdan çıxan sözüdür....

MuslimGirl

  • 26 aprel 2012 19:05
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Bu , sadəcə, təsəlliverici sözlərdir..

Воровской

  • 26 aprel 2012 18:57
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
hmmmmmmmmmmmmmmmmmmmmmm

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

LoVe_LiFe

  • 26 aprel 2012 18:43
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
twkler meqaleye goree

... Deryam ...

  • 26 aprel 2012 17:28
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
“Sən qəlbimə bax, qəlbim təmizdir” _Namaz qilmasa bele bu sozle gunahlarini yumaga caliwanlardan feel feel

ALLAH RAZI OLSUN .TWK DEYERLI XEBERE GORE

--------------------

Priya

  • 26 aprel 2012 17:16
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Təşəkkürlər.Maraqlı idi.Allah razı olsun.

--------------------




enigmatic_girl

  • 26 aprel 2012 16:19
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
tesekkurler...

--------------------

ANGEL LOVE

  • 26 aprel 2012 15:54
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
xebere gore twkler.........

--------------------

EnD of TiMe

  • 26 aprel 2012 15:23
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
super xeberdir...cox beyendim...gozel sozler toplusdur..tesekkurler

ELIF

  • 26 aprel 2012 15:18
  • Məqalə: 0
  • Şərh: 352
  • Bal:
{awards}
ELLERINE SAGLIQ!

--------------------
Alemlerin rebbi uca Allaha sonsuz sukurler olsun

Воровской

  • 26 aprel 2012 15:15
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
thanksssssssssssssssssssssssssssss

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

C.I

  • 26 aprel 2012 15:14
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
super yazidi cox beyendim tskler.................

--------------------

Nuray2012

  • 26 aprel 2012 14:57
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

SeL_cAn

  • 26 aprel 2012 14:44
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}



Əvvəlcə, qəlblə ürəyin tərifini verək! Qəlb sinəmizin sol tərəfindəki ət parçası deyil. Buna ürək deyilir. Ürək heyvanlarda da olur. Qəlb ürəkdə olan bir qüvvədir. Görünməz. Lampada olan elektrik cərəyanı kimidir. Buna qəlb və ya könül deyirik. Könül insanlarda olur. Heyvanlarda olmur.

ƏLLƏRİNƏ SAĞLIQ



--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 13
Cəmi: 28

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}