Zikr eylə Əlini ki, ola şad Mühəmməd, Əslində elə ali əbadır ƏIi eşqi

 
Zikr eylə Əlini ki, ola şad Mühəmməd, Əslində elə ali əbadır ƏIi eşqi


Ey dil, soruşursan nə səfadır Əli eşqi,
Diqqət elə, bil, eşqi-Xudadır ƏIi eşqi.


Mənanı ona Maliki Əjdər bilir ancaq,
Zülmət gecəyə nurlu ziyadır Əli eşqi.

Dost qəlbinə riqqət gətirən ülvi sevincdir,
Düşnıənlər üçün özgə bəladır ƏIi eşqi.


Nə Yunisi, nə Şeysi, nə Nuhi, nə Şüeybi,
Cümlə Nəbiyə rahi-hüdadır Əli eşqi.

Bir daimi bayrağdır ədalət üfüqündə,
Göylərdən enən gizli şüadır ƏIi eşqi.


Quran yükünü Qaf kimi çiynində çəkəndi,
Həm ayeyi «BismilIah»a badır Əli eşqi.

Olmazsa bu eşq naqis olar sözdəki hikmət,
Ürfani sözə məxfi nidadır Əli eşqi.


Bu eşqsiz insan salavat çəksə əbəsdir,
İlkin yetən Allaha sədadır Əli eşqi.

Hər harda ki, məzlum ola, dadə yetişəndir,
Sərhədsiz olan mehrü səxadır Əli eşqi.


Yüz mərtəbə, hər mərtəbə yüz pilləli evdir,
Hər pilləsi bir ali binadır Əli eşqi.

Qəsb oldu bina etdiyi ən ali vilayət,
Qəsb olmayacaq mülki-viladır ƏIi eşqi.


Bu eşq sənindirsə behiştə açarın var,
Büxlə, həsədə, kinə vidadır Əli eşqi.

Zikr eylə Əlini ki, ola şad Mühəmməd,
Əslində elə ali əbadır ƏIi eşqi.


Seyfullaha aşiqsən əgər Zeynəbi yad et,
Çün şahi-şəlıidanə əzadır ƏIi eşqi.

Vəchullah üzü, nitqi lisanullah, əzizim,
Allah tanıyan şəxsə şəfadır Əli eşqi.

Eşqində çaşanlar «ƏliaIIahi» olublar,
Eşq əqli silən yerdə cəzadır Əli eşqi.

Dünyanı və dünyada nə var tərk elə Soltan,
Dərd istəyən üşşaqə dəvadır ƏIi eşqi.

Zikr eylə Əlini ki, ola şad Mühəmməd, Əslində elə ali əbadır ƏIi eşqi


Geri dön

enigmatic_girl

  • 7 may 2012 23:49
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
Quran yükünü Qaf kimi çiynində çəkəndi,
Həm ayeyi «BismilIah»a badır Əli eşqi.

Olmazsa bu eşq naqis olar sözdəki hikmət,
Ürfani sözə məxfi nidadır Əli eşqi.

--------------------

EnD of TiMe

  • 1 may 2012 22:06
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
cox gozel seirdir...tesekkurler xebere gore

★Miss Love★

  • 28 aprel 2012 20:34
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
menali weire gore cox sagol Allah razi olsun

LoVe_LiFe

  • 26 aprel 2012 18:36
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
DERLI MEQALYE GORE ALLAH RAZI OLSUNN

_DreaM_

  • 26 aprel 2012 15:15
  • Məqalə: 450
  • Şərh: 1374
  • Bal:
{awards}
cox gozel weirdi, twk

--------------------

C.I

  • 26 aprel 2012 13:56
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
coxxxxxxx beyendim tskler..............

--------------------

SeL_cAn

  • 26 aprel 2012 13:34
  • Məqalə: 19
  • Şərh: 962
  • Bal:
{awards}


Quran yükünü Qaf kimi çiynində çəkəndi,
Həm ayeyi «BismilIah»a badır Əli eşqi.

ƏLLƏRİNİZƏ SAĞLIQ



--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

✰Dгeaм✰

  • 26 aprel 2012 13:27
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

enigmatic_girl

  • 26 aprel 2012 12:59
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Quran yükünü Qaf kimi çiynində çəkəndi,
Həm ayeyi «BismilIah»a badır Əli eşqi.

--------------------

ANGEL LOVE

  • 26 aprel 2012 11:59
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
Allah razi olsun.........

--------------------

Nuray2012

  • 26 aprel 2012 11:39
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol seire gore Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 64

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 36
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 23
 
MiSS HaPPy)
Xəbərləri: 10
Cəmi: 20
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 6
Cəmi: 671
 
ஐ Payiz ஐ
Xəbərləri: 5
Cəmi: 8
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 3
Cəmi: 226
 
 
{slinks}