контрактные запчасти японский

Gözəl bir şeir

 
Gözəl bir şeir

Ən çox
təəssüf etdiyim,
həm də təəccüb etdiyim
Nə billur saraylar,
nə xarici banklarda milyonları olanlardı.
Qabağına tuman, tursik töküb,
Alver edən oğlanlardır.
Xəcalətdi, cinayətdi
orda düşmən
Qarabağı əsir alıb.
Burda bunlar altlarına
həsir salıb
Qabağına corab, papaq,
dəmir-dümür töküb
satır.
Bir zırpını gördüm o gün kömür satır.
Bu nə cürə el oğludur,
bəradərdir.
Şuşa kimi bir qalanı
qoyub qaçıb,
satıb qaçıb. O satdığı pullar ilə
neçə-neçə şadlıq evi
alıb açıb.
Gündə-gündə toy eyləyir
şənlik qurur.
Bərəkətmiş başdan-başa Şuşa pulu,
Şuşa haqqı.
Allah haqqı, imam haqqı,
vicdan haqqı.
Burayacan bir qarışqa
tapdamayan Şair Cabir
Pozub bütün qanunları,
qaydaları,
Yandırardım ataların,
asdırardım tək-tək,
bir-bir. Ən dəhşəti,
ən vəhşəti
ondadır ki, atam
oğlu
O dünənki satqın, oğru
Mənim ilə bir torpağın üstündədir,
bir səmanın
altındadır.
Bu torpağın min bir cürə
nemətini
yeyir, dadır.
Üstündən də bulaq suyu
nuş eyləyir,
əhvalını xoş eyləyir.
Rahat-rahat gəzir, yatır,
Dilində də vətən adı
Gəlin sizə nişan verim mən onları.
Çox görmüşük
belə-belə məlunları,
Belə-belə bədzadları.
Kişilikdən tamam uzaqdır
adları. Hamı deyir gur səsiylə
övladıyam bu vətənin.
İşim yoxdur özgəsiylə
Belə sözlər üyütməyə
haqqım yoxdur hələ mənim.
İndi Cıdır meydanında yadlar gəzir.
Laçın əsir, Ağdam əsir.
Adım azad, özüm əsir.
Kəsin, qollarımı kəsin,
Qırın, qıçlarımı qırın,
Dil-ağzıma cida vurun.
Bu vətənə mən deməyim
bir də vətən.
Nəhəng bir məmləkət idin
gözümüzün qabağında.
Günün günorta çağında
dönüb oldun xırda, vətən.
Paralandıq, parçalandıq,
şaqqalandıq,
Neçə yerdən yaralandıq.
Bu vətənə haqqım yoxdur
mən çağırım bir də vətən.
Haqqım yoxdur o da
mənə oğul desin.
Nə olsun ki, dildə ona "can"
deyirsən,
Yolunda ölməmisənsə,
sən əsil oğul deyilsən.
Bunun üçün minlər ilə
imkan olub.
Bu gün də var, sabah da var.
Meydan da var, vuruş da var,
silah da var.
Nə çox, nə az bir canı var
hərənin də.
Qalanın da, ölənin də.
İgidin də, qorxağın da,
kölənin də.
Vətən millətin
yeridir.
Vətən düşmən çəpəridir.
Sevgimizin hasarıdır,
O keçilməz Şah dağıdır.
Tək Allahdan aşağıdır.
O, hamının beşiyidir,
məzarıdır.
Ucalardan ucası vətən,
Hamının soykökü vətən.
Hamının böyüyü vətən,
Hamının şəriki vətən.
Vətən hava, su, çörəkdir.
Vətən bir amaldı, yoldu.
Hamının vətəni təkdir,
Mənimki ikisi oldu.
Biri yad ocağı oldu,
Bu gözümün dağı oldu.
Ha çalışdım birləşdirəm,
Olmadı bu sayda qaldı.
Birisi o tayda qaldı,
Birisi bu
tayda qaldı

Gözəl bir şeir


Geri dön

_favorit_arkadas

  • 26 may 2012 12:46
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
əlaaaaaaaaaaaa

--------------------

enigmatic_girl

  • 8 may 2012 00:05
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
gozel seire gore tesekkur

--------------------

LoVe_LiFe

  • 29 aprel 2012 12:11
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
haminizaa twkler

★Miss Love★

  • 28 aprel 2012 20:24
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Men sonacan oxudum cox menali idi bizim уarali уerlerimizden derdlerimizden sohbeт acilib...cox sagol canim bu menali weire gore

..:MeleK kiz:..

  • 27 aprel 2012 20:38
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
axira qeder oxumadim axot yoxdu cox sagol yenede

Niqul

  • 27 aprel 2012 17:04
  • Məqalə: 5
  • Şərh: 687
  • Bal:
{awards}
WEIR SUPERDI.
CANIKIM TEWEKKURLER smile

--------------------
Bir neche muddet burda deyildim,her shey deyishib...:/

Dalga

  • 27 aprel 2012 16:47
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Heqiqeten gozel weirdir Ellerine saglik

--------------------

TurN Off ThE WorLd

  • 27 aprel 2012 15:02
  • Məqalə: 5
  • Şərh: 501
  • Bal:
{awards}
cox gozeldi ama bir az uzundu eee :) thanks

LoVe_LiFe

  • 27 aprel 2012 09:44
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
seiri beyendiyinize sevindimm serh yazan elleriniz agrimasinn )))))))

AysU_DilarE

  • 27 aprel 2012 09:23
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
ellerine sagliq bacim bu defe sebrim catdi axira kimi oxudum twkler smile

--------------------

OWEN_

  • 27 aprel 2012 01:47
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
E
LA TEWEKKURER smile

VIPTOZ

  • 27 aprel 2012 00:25
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
maraqli sozleri var.cox xosuma geldi ezyete gor tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

Cansi

  • 26 aprel 2012 22:30
  • Məqalə: 0
  • Şərh: 783
  • Bal:
{awards}
eladi cox sagol

--------------------
Men eserimin esiriyem

enigmatic_girl

  • 26 aprel 2012 22:17
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
axira kimi oxumadim tesekkur

--------------------

EnD of TiMe

  • 26 aprel 2012 21:31
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
gozel seirdi ama sonuna kimi oxuyanmadim...........tesekkurler

✰Dгeaм✰

  • 26 aprel 2012 20:35
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Seir cox gozeldi.Tesekkurler.

SU PƏRİSİ

  • 26 aprel 2012 20:11
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
COX SAG OL DOSIM SEIRE GORE .........................

--------------------

Nuray2012

  • 26 aprel 2012 20:03
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol gozel seircun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 28

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}