Uşaq tərbiyəsində bəzi tövsiyələr

 
Uşaq tərbiyəsində bəzi tövsiyələr

Körpənizə yasaqlar qoymağın və onu yaxşı əməllərə sövq etməyin tez olduğunu zənn etməyin. Əksinə, indidən uşağınıza düzgün davranış öyrətməyə çalışın. Deyək ki, bir yaşlı uşağınız şirniyyatdan ötrü çığır-bağır salır və ya marketdə səbətə qoyduğunuz paketləri sağa-sola dağıdır. Bu zaman siz onun hərəkətlərinə necə reaksiya vermək barədə düşünürsüz. Sizə elə gəlir ki, bu yaşda uşağı tərbiyə etmək çox tezdir, elə deyilmi? Doğrudur, etdiyi hərəkətlərə görə düşünməsi üçün otağına göndərmək, yaxud, bəzi imtiyazlardan məhrum etmək kimi taktikalar bu yaşda olan uşaqlar üçün faydalı deyil. Çünki səbəb və nəticə arasında məntiqi əlaqə qurmaq, sadə dillə desək, hansı günahına görə cəzalandırılmasını dərk etmək üçün onlar çox balacadırlar. Lakin bu dövr uşağın pislə yaxşını ayırmağı öyrənməsi üçün ən yaxşı vaxtdır. Bunu xüsusilə vurğulamaq lazımdır ki, " tərbiyə ", " qayda-qanun " deyəndə bir çox valideynlərin ağlına yalnız cəzalandırmaqla öyrətmək gəlir. Ancaq biz cəzalandırmaq yox, öyrətmək barədə danışmaq istəyirik.

Bir yaşlı uşaqların qayda-qanunlara riayət etməsi vacib məsələ olduğundan, onlara cəmiyyətə uyğunlaşmağı və hərəkətlərinə sərhəd qoymağı vaxtında öyrətmək lazımdır. Aşağıdakı təklif olunan sadə strategiyalardan istifadə etməklə siz öz uşaqlarınıza yaxşı davranış formaları öyrədə bilərsiniz:

* Diqqətini dağıdın

Uşaq dəcəllik etdiyi zaman üstünə qışqırmayın, sakitliyinizi qorumağa çalışın, çünki səsinizi qaldırmağınız kimi, sakitliyiniz də onu cəlb edə bilər. Belə vəziyyətlərdə təmkininizi itirmədən uşağın diqqətini başqa şeylərə yönəltməyə çalışın. Məsələn, uşaq divanın qoltuğuna dırmaşırsa, sakit və incə şəkildə onu oradan aşağı düşürüb birgə kitab oxumağa və ya bir oyun oynamağa dəvət edin. Uşağın marağını başqa səmtə yönəldə bilərsiniz, həm onun arzuolunmaz davranışlarına son qoyular, həm də mebellərə dırmaşmağın düzgün olmadığını tezliklə anlayar.

* Təkid edin

Axşam yeməyini gözləmədən bir peçenye yemək üçün ağlayan uşağa " bir dəfə ilə heç nə olmaz " deyərək güzəşt etməniz sonradan sizə çətinlik yarada bilər. Çünki onun istədiyi qarşısında təslim olmanız, sonrakı dəfə tələbini yerinə yetirmək üçün israr edə bilər. Buna görə güzəştə getməkdənsə birdəfəlik sədd qoymaq daha müvafiqdir. Bunu da yadda saxlayın ki, ailədaxili qayda-qanunlar zamanı həyat yoldaşınızla ortaq məxrəcdən çıxış etməlisiz və hər ikinizin sözü bir olmalıdır. Məsələn, vanna otağında suyu ətrafa dağıtmasına, yaxud, yeməyini uşaq stulunda oturmadan yeməsinə biriniz razı olub, digəriniz güzəşt etməsə, bu ikili münasibət onu çaşdırar və inad edib əsəbiləşməsinə səbəb olar.

* Müsbət yanaşın

Əgər uşağa hər şey üçün " yox " deyirsinizsə, bir müddətdən sonra o, bu " yox " lara qulaq asmayacaq və həmin sözü özü də tez-tez işlədəcək. Uşağın sağlamlıq və təhlükəsizliyinə problem yaratmırsa, " yox " sözünü çox işlətməyin.

Məsələn, o, isti pilətənin qabağına gedirsə, dərhal sərt səslə " olmaz " deyin. Davranışı təhlükə yaratmadığı halda isə daha mülayim şəkildə onu etmək istədiyi hərəkətdən daşındırmağa çalışın. Məsələn, sərt şəkildə " yox, maşında ayaqqabı çıxarmaq olmaz " deməkdənsə, " evə gedənə kimi qoy ayağında qalsın, sonra istəsən çıxarıb onlarla oynaya bilərsən " deyin.

* Nəyi necə etmək lazım olduğunu göstərin

Bu yaşdakı uşaqlar sözdən çox, əmələ baxıb öyrənirlər. Əgər uşaq oyun meydançasında başqa bir uşağa qarşı kobud hərəkət edibsə, ona nümunə göstərərək nə etməli olduğunu başa salın. Məsələn, incə bir taktikayla ona belə deyə bilərsiniz: " Ayşəmi incitdin, indi də gəl onu qucaqlayıb könlünü alaq ". Sonra uşağın qollarını qaldıraraq oyun yoldaşını necə qucaqlayacağını göstərin. Yaxud, uşaq yatmazdan öncə dişlərini fırçalamaq istəmirsə, həmin vaxt siz də onunla bərabər dişlərinizi fırçalamağa başlayın və bu işi qaimi vərdişləriniz sırasına daxil edin.

Yaxşı davranışa görə tərifləyin

Bəzən uşağın nadinclik etməsi, sadəcə, ünsiyyət qabiliyyətinin olmamasından qaynaqlanır. Üstəlik, uşaq sizin diqqətinizi çəkmək üçün nadinclik etməyi faydalı bir üsul hesab edir. Buna görə də o, yaxşı bir iş görərək ev qaydalarına riayət etdikdə ( məsələn, evə daxil olanda paltosunu asılqandan asdıqda ) bundan çox sevindiyinizi ona göstərin. Beləliklə, uşaq təkcə nadincliklə deyil, həmçinin yaxşı davranışla da sizin marağınızı çəkə bildiyini anlayar və bunu özü üçün bir məqsədə çevirər.

Körpələr dava edərkən

Körpələr istədiklərinə nail olmayanda keçirdikləri əsəbi halları bəzən nəyisə vurub-dağıtmaq və qışqırmaqla göstərirlər. Əlbəttə, bu cür hərəkətlərin səhv olduğunu başa salmaq və onları vaxtında dayandırmaq lazımdır. Bəs hansı yollarla?

Səhv etdiyini başa salın...

Uşağa «yox » deməyin lazım olduğu məqamlardan biri də budur. Gözlərinin içinə baxaraq qərarlı bir şəkildə " yox, başqasını vurmaq, incitmək olmaz " deyin.

Kənara çəkin...

Uşağınızı hadisə yerindən uzaqlaşdırın, beləliklə, həm uşağınıza, həm də onun dostuna düşünmək üçün vaxt vermiş olarsınız. Sakitləşəndə isə üstünə qışqırıb vurmadan oynamağa hazır olub-olmadığını soruşun.

Heç vaxt " mükafatlandırmayın "!

Əgər uşaq bir oyuncağı istəyib, ala bilmədiyinə görə dostu ilə dava etmişsə, həmin oyuncaqla oynamasına icazə verməyin. Yoxsa qarşısındakına güc göstərməklə istədiyini əldə edə biləcəyini fikirləşər və bu cür zorakı davranış onda bir adətə çevrilər.


Geri dön

_favorit_arkadas

  • 26 may 2012 12:56
  • Məqalə: 556
  • Şərh: 8238
  • Bal:
məsləhət üçün çox sağol......

--------------------

melekler diyari

  • 2 may 2012 09:47
  • Məqalə: 3
  • Şərh: 26
  • Bal:
{awards}
bu terbiyevi xebere gore sagol

★Miss Love★

  • 29 aprel 2012 11:40
  • Məqalə: 77
  • Şərh: 10001
  • Bal:
{awards}
Uwaqi evvelden korpe уawlarindan duzgun тerbiуe elemek lazimdirki axiri уaxwi olsun...eger уalniw тerbiуe elesen sonradan ne elesende duzelmir...Lazimli ve maraqli xebere gore sagol=)

ANGEL LOVE

  • 27 aprel 2012 17:47
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twk xebere canim.............

--------------------

enigmatic_girl

  • 27 aprel 2012 17:37
  • Məqalə: 2097
  • Şərh: 12942
  • Bal:
{awards}
maraqlidir tesekkur

--------------------

Miss Lady

  • 27 aprel 2012 15:09
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
bu gozel terbiyevi xebere gore tesekkurler

✰GoLd GirL✰

  • 27 aprel 2012 13:52
  • Məqalə: 534
  • Şərh: 10576
  • Bal:
{awards}
mence de tez terbiye etmek lazimdir tesekkur xebere gore.....

EnD of TiMe

  • 27 aprel 2012 11:37
  • Məqalə: 553
  • Şərh: 6696
  • Bal:
{awards}
bir az bilirdim....yenede lazimli xeberdi...tesekkurler maraqli xebere gore....

AysU_DilarE

  • 27 aprel 2012 09:07
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
twkkler bunlara emel edirem cunki mende bir qiz ovladi boyudurem mehsuliyyetim cox boyukdu cox sag ol lazimli ve maraqli xeber idi

--------------------

VIPTOZ

  • 26 aprel 2012 23:53
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
men bu melumati ders formasinda kecmisem ve usaqolarla nece davranmaq lazim oldugun u bir qeder bilirem.yenede maraqliydioxudum tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

Russiya_girl

  • 26 aprel 2012 23:24
  • Məqalə: 2
  • Şərh: 783
  • Bal:
{awards}
hmm maraqlidi

C.I

  • 26 aprel 2012 22:45
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
meslehetinize gore cox sag olun tsk edirem maraqli idi............

--------------------

Nuray2012

  • 26 aprel 2012 22:44
  • Məqalə: 651
  • Şərh: 11084
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

✰Dгeaм✰

  • 26 aprel 2012 22:16
  • Məqalə: 704
  • Şərh: 16042
  • Bal:
{awards}
Usaga tebiye vermeninde yas heddi var.Melumet ucun cox sag ol.

Deniz

  • 26 aprel 2012 22:09
  • Məqalə: 338
  • Şərh: 3907
  • Bal:
{awards}
Terbiye bir insan heyatinda en vacib seydi...her seyimiz terbiyemiz ve medeniyyetimizden asildi cunki...Lazimli melumat ucun tesekkurler=)

Sun_

  • 26 aprel 2012 22:06
  • Məqalə: 0
  • Şərh: 29
  • Bal:
{awards}
xeber 1yana usag dehwet wirindiyee winked

MADRID MELEYI

  • 26 aprel 2012 22:03
  • Məqalə: 0
  • Şərh: 105
  • Bal:
{awards}
maraqli xeberdi minnetdaram

..::Only_Life::..

  • 26 aprel 2012 21:10
  • Məqalə: 263
  • Şərh: 922
  • Bal:
{awards}
Sitat: _NICE_GIRL_
hmmmm terbiyeni usaga belekden vermek lazimdi sonradan vermek olmur nece boyuyursen elede olur tesekkruler xebere goree



duzdur bacim tammaile dogrudur usaga korpelikden terbiye vermek lazimdi tesekkurler xeber egore

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

MuslimGirl

  • 26 aprel 2012 20:51
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Sitat: _NICE_GIRL_
hmmmm terbiyeni usaga belekden vermek lazimdi sonradan vermek olmur nece boyuyursen elede olur tesekkruler xebere goree

Düzdür..Mənim nənəm deyərdi ki, uşağı 3 aylığından tərbiyə etmək lazımdır..Uşaq uşaq kimi böyüməlidir yoxsa 30-40 yaşlı insan kimi yox!

LoVe_LiFe

  • 26 aprel 2012 20:50
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
coox maraqli xeberdirrr beyendimm. valideyin usaga nece terbiyye verirse usagda ele o yolla gedir. _NICE_GIRL_,
raziyam bacimmmmmmmmmm. twkler xebere goree

✰GlaMurKa✰

  • 26 aprel 2012 20:40
  • Məqalə: 847
  • Şərh: 9733
  • Bal:
{awards}
hmmmm terbiyeni usaga belekden vermek lazimdi sonradan vermek olmur nece boyuyursen elede olur tesekkruler xebere goree

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 36
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 9
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}