Hər Zikr Namaz Deyil

 
Hər Zikr Namaz Deyil

Sual:
Bəziləri «Quran deyir ki, «Məni zikr üçün, xatırlamaq üçün namaz qıl. (Taha, 14)», «Allahı çox zikr edin, çox anın (Əhzab, 41)». Namaz zikrdir, yəni Allahı anmaqdır. Bir şəxs çılpaq da olsa, heyzli və ya cünub da olsa, Allahı anmaq olan təməl ünsür hökmünü itirməz. Heç bir şey, heç bir vəziyyət namaza mane ola bilməz» deyirlər. Namaz üçün dəstəmaz və qüslə ehtiyacın olmadığı deyilir?

CAVAB
Müsəlman belə iddiada ola bilməz, ancaq münafiq və ya missioner ola bilər.

“Allahı an, lakin necə istəyirsən elə an. Çılpaq, heyzli və cünub olmağın fərqi yoxdur” deyildiyinə görə, namaza inanılmadığı aydın olur. Məqsəd isə dini pozmaqdır. Bəli, namaz Allahı xatırlamaqdır, amma hər Allahı xatırlama işi namaz deyil. Buna görə, «Allahı xatırlamaq üçün qüslə, dəstəmaza ehtiyac olmadığına görə, namaz da Allahı xatırlamaqdır, namaz üçün qüslə, dəstəmaza ehtiyac yoxdur» demək hiyləgərliklə dini pozmağa çalışmaq deməkdir.

Qurani-kərimdə və hədisi-şəriflərdə namaz qılmaq üçün lazımi şərtlər bildirilmişdir. Hər vəziyyətdə namaz qılına bilməz. Namaz üçün 1-Hədəsdən təharət, 2-Nəcasətdən təharət, 3-Örtünmək, 4-Vaxt, 5-Niyyət, 6-Qiblə təyini şərti vardır. Əlavə olaraq namazın içində də şərtlər vardır.

1-Hədəsdən təharət şərti:
Cünub olanın və heyzi bitənin qüsl alması, su olmazsa, təyəmmüm etməsi; dəstəmazsız olanın da dəstəmaz alması şərtdir. Qurani-kərimdə tərcümə olaraq buyurulur:
«Cünub ikən qüsl alana qədər namaza yaxınlaşmayın».
[Nisa, 43]

«Ey iman edənlər, namaza qalxdığınız zaman üzlərinizi, dirsəklərinizə qədər əllərinizi yuyun; başınıza məsh edib topuqlara qədər ayaqlarınızı yuyun. Əgər cünub olmuşsunuzsa, qüsl alın».
[Maidə, 6]

Hədəslə əlaqədar bir çox hədisi-şərif var. Bəziləri belədir:
«Dəstəmazsız qılınan namaz səhih olmaz».
[Buxari, Müslim, Tirmizi, Əbu Davud]

«Hədəsdən təmizlənmədən [dəstəmazsız, cünub] qılınan namazı Allahu təala qəbul etməz».
[Müslim, Əbu Davud, Tirmizi, Nəsai]

«Dua rəhmətin, dəstəmaz namazın, namaz da Cənnətin açarıdır».
[Deyləmi]


«Qüsl dəstəmazı nəsh etmişdir».
[Beyhəki]

«Yəni qüsl dəstəmazı ilə namaz qılınar, təkrar dəstəmaz almaq lazım deyil».

«Cəbrayıl əleyhissəlam ilk vəhyi gətirəndə dəstəmazı və namazı öyrətdi».
[Darə Qutni]

«Namaz qılarkən dəstəmazı pozulan burnunu tutub namazdan çıxsın».
[İbni Macə]

[Görən burnunun qanadığını zənn etsin, sui-zənnə səbəb olmasın.]

«İki mələk birinin qəbrinə gəlib ona şiddətli bir zərbə vurdular. Qəbir odla doldu. Adam huşunu itirdi. Ayılanda mələklərə "Məni niyə vurdunuz" dedi. Mələklər "Sən təmiz olmadığın halda namaz qıldın və məzlum birinə imkanın varkən kömək etmədin" dedilər».
[Təbərani]

2-Nəcasətdən təharət:
Namaz qılanın paltarının və namaz qılacağı yerin təmiz olması şərtdir.
«Hindiyyə»

Qurani-kərimdə tərcümə olaraq buyurulur:
«Paltarın da təmiz olsun».
[Muddəssir, 4]

3-Sətri-övrət:
Kişilərin dizlə göbək arasını, qadınların əl və üz xaric, hər yerini namazda örtməsi fərzdir. «Rəddül-muxtar»

Bir ayəti-kərimə tərcüməsi belədir:
«[Namaz qılarkən] Hər səcdə edəndə zinətli [təmiz, sevilən, gözəl] paltarlarınızı geyinin».
[Əraf, 31]

4-Vaxt:
Namaz vaxtı girmədən qılınmaz. Vaxtın girməsi şərtdir.
«Hələbi»

Bir ayə tərcüməsi belədir:
«Namaz möminlərə müəyyən vaxtlarda fərz edildi».
[Nisa, 103]

5-Niyyət:
Namaz qılmağa niyyət etmək də şərtdir.
«Dürər»

Bir hədisi-şərif tərcüməsi belədir:
«Niyyətsiz ibadət məqbul olmaz».
[Deyləmi]

6-Qiblə təyini:
Bir ayə tərcüməsi belədir:
«Üzünü məscidi-harama tərəf döndər. Siz də harada olursunuz olun, üzünüzü o tərəfə çevirin».
[Bəqərə, 144]

Bu dəlillər açıq şəkildə göstərir ki, xarici və daxili şərtlərinə riayət etmədən qılınan namaz səhih olmaz.


Geri dön

_favorit_arkadas

  • 26 may 2012 13:28
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
allah razı olsun........

--------------------

enigmatic_girl

  • 5 may 2012 22:27
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
«Qüsl dəstəmazı nəsh etmişdir».

--------------------

✰GlaMurKa✰

  • 5 may 2012 22:05
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

★Miss Love★

  • 1 may 2012 17:44
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
cox maraqli ve deуerli xeberdir Allah razi olsun

enigmatic_girl

  • 28 aprel 2012 22:25
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
tesekkurler...

--------------------

LoVe_LiFe

  • 27 aprel 2012 19:09
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
COX SAGOLUN DEYERLI VE GOZEL MEQALEYE GOREE COX BEYENDIM BU MEQALENII

C.I

  • 27 aprel 2012 18:38
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
sekilin ustundeki seiri cox xowladim deyerli yazilara gore tsk edirem.................

--------------------

Nuray2012

  • 27 aprel 2012 17:43
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

Воровской

  • 27 aprel 2012 17:18
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

✰Dгeaм✰

  • 27 aprel 2012 17:13
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}