"Salat" Nə Deməkdir?

 
"Salat" Nə Deməkdir?

Sual:
Namaz qılmayan bəzi adamlar «Namaz salat, yəni duadır. Tanrını daxilən xatırlayıb salamlamaqdır. Bunun bir şəkli, müəyyən bir saatı, vaxtı, yeri, qaydası yoxdur. İnsan istədiyi vaxt, istədiyi dildə, istədiyi şəkildə, istədiyi yerdə dua edə bilər. İndi qılınan beş vaxt namaz gerçəkliyə ziddir» deyirlər. Peyğəmbər əfəndimiz beş vaxt namaz qılmadımı? Namaz qılmağı əmr etmədimi?

CAVAB
Bu cür iddialar Peyğəmbər əfəndimizə inanmayanların, dinimizi yıxmaq istəyənlərin müxtəlif maskalar altında əsl şəxsiyyətini gizlədərək gündəmə gətirdiyi iddialardır. Heç bir elmi dəyəri yoxdur.

Peyğəmbər əfəndimiz namaz fərz olduqdan sonra beş vaxt namaz qılıb fərz olduğunu bildirdi. Əshabi-kiram və ondan sonra gələnlər həmişə beş vaxt namaz qılmışdır. Rəsulullah haşa, Qurani-kərimi anlaya bilmədimi? Salat sözünü anlaya bilmədimi? Haşa, beş vaxt namaz qılması səhv olsaydı, Allahu təala vəhy göndərib düzəltməzdimi?

Cəbrayıl əleyhissalam gəlib beş vaxt namazın vaxtını, qılınış şəklini və digər bütün xüsuslarını şəxsən tətbiqi olaraq öyrətdi. Peyğəmbər əfəndimiz də «Namazı mənim qıldığım kimi qılın» buyurdu.
«Buxari»

Bir ayəti-kərimə tərcüməsi belədir:
«Namaz möminlərə müəyyən vaxtlarda fərz edildi».
[Nisa, 103]

Demək, namaz qılmağın müəyyən vaxtları vardır.

Əsri-səadətdən bu günə qədər məscidlər namaz qılmaq üçün inşa edilmişdir. Digər namazlar evdə də qılına bilər, amma cümə namazı məsciddə camaatla qılınmalıdır. Beş vaxt namazın etibarlı bir bəhanə olmadıqca məsciddə camaatla qılınması əmr edilmişdir. Məscidlərin namaz qılınması üçün inşa edilməsini Allahu təala əmr etmişdir.

Bir ayəti-kərimə tərcüməsi belədir:
«Allahın məscidlərini ancaq Allaha və axirət gününə iman edən, namaz qılan, zəkat verən və Allahdan başqasından qorxmayan kəslər abadlaşdırar».
[Tövbə, 18]

Qurani-kərimdə keçən “salat” sözü namaz deyil, dua demək olsaydı, müəyyən zamanı və yeri olmasaydı, Allahu təala məscid inşa edilməsini Qurani-kərimdə bildirərdimi?


Salat sözünün mənaları

Sual:
Hədis kitabında olan bir hədisin tərcüməsində «Mənə ilk salat edəcək, yəni namazımı qılacaq olan Allahdır» ifadəsi keçir. Allah namaz qılarmı?

CAVAB
Bu səhv «salat» sözünün səhv tərcümə edilməsindən qaynaqlanır. «Salat» sözü dua, istiğfar, rəhmət kimi mənalara gəlir. Termində isə salat bildiyimiz namaz mənasını verir. Salat sözü həmişə dua və ya namaz kimi tərcümə edilsə, səhv olar. Cümlədəki yerinə görə məna verir. Bir ayəti-kərimə tərcüməsi:
«Allah və mələkləri Rəsula salat edir. Ey iman edənlər siz də salat edin». [Əhzab, 56]

Burada salat Allahın rəhmət, mələklərinin istiğfar, möminlərin isə dua etməsi mənasındadır.

Sualdakı «Mənə salat edəcək olan Allahdır» demək «Mənə rəhmət edəcək olan Allahdır» deməkdir. Ondan sonra möminlər salatu-salam edərlər.


Hər dildə olduğu kimi, azərbaynca da bir sözün müxtəlif mənaları var. Cümləyə görə mənası dəyişir. Məsələn, “üz” sözünün bir neçə mənası var:
1-Dənizdə üz!
2-Ona üz vermə!
3-Adamda heç üz yoxdur.
4-Bu nə gözəl üzdür.
5-Qoyunun dərisini üz!
6-Parçanın üzü də, astarı da gözəldir.
7-Yorğan və yastığın üzünü dəyişdirdik.
8-Nə üzlə gəldin bizə?
9-Sizə gəlməyə üzüm yoxdur.

Əlavə olaraq “üz” sözü başqa mənalar da ifadə edir:
1-Üzü yumşaq olmaq
2-Üzü qızarmaq
3-Üzündən qan dammaq
4-Üzünə-gözünə yaxmaq
5-Üzünə qan gəlmək
6-Üzünə həsrət qalmaq
7-Üzünü ağartmaq
8-Onun üzünün suyu hörmətinə
9-Üz verincə astar istəmək
10-Günahını üzünə vurmaq
11-Üz qızartmaq
12-Üzündən oxumaq
13-Üzü-gözü açılmaq
14-Üzünə gülmək
15-Üzünə dəymək
16-Üzünü turşutmaq
17-Üzü gülmək
18-Üzünə dura bilməmək.

Qurani-kərimdə də əl, üz, göz ifadələri keçir. Bunlara tək məna verilsə, böyük səhvlərə səbəb olar. Vəhhabilər sözün digər mənalarına baxmadan Allahın əl və üzünün var olduğunu deyərək küfrə düşdülər.


Geri dön

_favorit_arkadas

  • 26 may 2012 13:25
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
allah razı olsun.....

--------------------

enigmatic_girl

  • 5 may 2012 22:25
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
maraqlidir tesekkur))

--------------------

✰GlaMurKa✰

  • 5 may 2012 22:06
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

★Miss Love★

  • 1 may 2012 17:45
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
cox maraqli ve lazimli xeberdir bilmediklerimi oуrenirem cox sagol=)

ASMIYA

  • 29 aprel 2012 18:01
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
ALLAHIM BİZDƏN RAZI OLMADAN ALMASIN CANIMIZI.
YOXSA ALLAHIMIZIN QARŞISINA HANSI ÜZLƏ ÇIXARIQ.
BU RAZILIQ ÜÇÜN DƏ GƏRƏK DOS-DOĞRU İBADƏTLƏRİMİZƏ MƏŞĞUL OLAQ.

--------------------


enigmatic_girl

  • 28 aprel 2012 21:56
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
maraqlidir tesekkur

--------------------

Deli urek

  • 27 aprel 2012 20:35
  • Məqalə: 0
  • Şərh: 73
  • Bal:
{awards}
cox gozel meqaledi Allah razi olsun

ELIF

  • 27 aprel 2012 20:21
  • Məqalə: 0
  • Şərh: 340
  • Bal:
{awards}
allah razi olsun

--------------------
Alemlerin rebbi uca Allaha sonsuz sukurler olsun

LoVe_LiFe

  • 27 aprel 2012 19:12
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
COX BEYENDIM BU MEQALENI COX DEYERI MEQALEDIR TESEKKURLER

AzeriMan

  • 27 aprel 2012 19:08
  • Məqalə: 0
  • Şərh: 499
  • Bal:
{awards}
çox sağ olun, Allah razı olsun! Təşəkkür edirəm!

--------------------
Səni Sevirəm...

asel

  • 27 aprel 2012 19:00
  • Məqalə: 0
  • Şərh: 998
  • Bal:
{awards}
twkler Allah razi olsun

--------------------
awk aciyi sever.

C.I

  • 27 aprel 2012 18:46
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
deyerli xebere gore tsk edirem...........................

--------------------

Nuray2012

  • 27 aprel 2012 17:46
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

✰Dгeaм✰

  • 27 aprel 2012 17:10
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 52
Cəmi: 83

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 55
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 870
 
Limon qoxusu
Xəbərləri: 48
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 25
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 19
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}