Allahı hər kəsdən və hər şeydən çox sevərlər

 
Allahı hər kəsdən və hər şeydən çox sevərlər

... “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– dedilər.
(Ali-İmran surəsi, 173)


Kamil iman sahiblərinin Allah qorxuları kimi, Allaha olan sevgiləri də çox güclüdür. Özlərini yoxdan var edənin, saysız nemətləri xidmətlərinə verənin, onları hər an qoruyanın Allah olduğunu bilirlər. Bütün varlıqların ancaq Onun iznilə həyatda var olduqlarına və yenə də Onun diləməsilə bir gün mütləq yox olacaqlarına, baqi olanın tək Allah olduğuna iman edərlər. Bu həqiqəti qavradıqları üçün bütün sevgilərini onları yaradan və yeganə sahibləri olan Allaha yönəldərlər. Belə ki, Allahı gördükləri, bildikləri, qavradıqları hər şeydən və hər kəsdən çox daha çox sevərlər.

Quranda xəbər verilən "...O, nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!" (Ənfal surəsi, 40) ayəsində də bildirildiyi kimi, Allahdan daha gözəl bir vəli və köməkçi ola bilməyəcəyinin şüurundadırlar. Üstün bir imana sahib olan Hz. İbrahimin Quranda xəbər verilən bir duası belədir:

O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; O Rəbb ki, məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir; O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram. Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!
(Şuəra surəsi, 78-83)


Göründüyü kimi, Hz. İbrahim də ona can verənin, yer üzündəki hər hadisəni idarə edənin, ruzini verənin, xəstəliyi və ona şəfa olacaq imkanı yaradanın və yer üzünün yeganə hakiminin Allah olduğunu çox yaxşı bilir. Bu səbəblə də Allaha könüldən bir sevgi ilə bağlanmışdır. Kamil iman sahiblərinin nümunə götürdükləri Allah sevgisi məhz budur.

Kamil iman sahibləri yaradılmış digər bütün varlıqları da, Allaha olan sevgiləri və bağlılıqları ilə doğru mütənasib olaraq sevirlər. İnsanlara olan sevgilərindəki ölçü onların Allahın əmr etdiyi əxlaqı üzərlərində nə dərəcə daşıdıqlarından asılıdır. Allahın əmr və qadağalarına diqqət edən, Onun əmr etdiyi əxlaqı ən gözəl şəkildə yaşayanlara qarşı dərin bir sevgi bəsləyərlər. Bu insanları sevmələrinin əsl səbəbi onların da Allahı çox sevən, yalnız Allahı dost və vəli edən insanlar olmalarıdır.

Əsl iman möminlərə dünyada gördükləri hər cür gözəlliyin, ağılın və bütün qabiliyyətin Allaha aid olduğunu dərk etdirər. Gözəl, ağıllı, ya da qabiliyyətli bir insanla qarşılaşan möminlər onun bu xüsusiyyətlərindən çox zövq alarlar, amma bütün bunların əsl qaynağının, əsl Yaradıcısının Allah olduğunu da unutmazlar. Bu səbəblə bu xüsusiyyətlərdən aldıqları zövq insanlara qarşı müstəqil bir sevgi meydana gətirməz. Əksinə, ürəklərində yenə Allaha qarşı dərin bir hörmət və dərin bir sevgi meydana gələr.

Dərin bir imana sahib olmayanların isə Allah sevgisində bir zəiflik olduğu görünür. Əslində, bu insanlar özlərini yaradan və həyat verənin, hər yerdə onları qoruyan, saysız nemətləri onlara bağışlayanın Allah olduğunu bilirlər. Ancaq həyatlarının böyük bir hissəsində bu həqiqəti unudur və ya nəzərə almadan yaşayırlar. Allahın yaratdığı varlıqların Allahdan müstəqil bir gücə sahib olduqlarını zənn edirlər. Bu səbəblə də bu varlıqlara Allahdan müstəqil bir sevgi duyurlar. Quranda bu insanların vəziyyəti belə xəbər verilir:

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür...
(Bəqərə surəsi, 165)


Bir başqa ayədə kamil iman sahibləri ilə bu insanlar arasındakı fərq belə açıqlanmışdır:

Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 257)

Allahı hər kəsdən və hər şeydən çox sevərlər


Geri dön

_favorit_arkadas

  • 26 may 2012 13:23
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
allah razı olsun.....

--------------------

enigmatic_girl

  • 5 may 2012 22:24
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Sitat: _NICE_GIRL_
ALLAH RAZI OLSUN

--------------------

✰GlaMurKa✰

  • 5 may 2012 22:06
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

★Miss Love★

  • 1 may 2012 17:46
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Sitat: love me
Allah razi olsun.Gozel meqaledi.

enigmatic_girl

  • 28 aprel 2012 21:47
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
tesekkurler...

--------------------

LoVe_LiFe

  • 27 aprel 2012 19:14
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ELBETTEKI ALLAH BOYUKDUURRR DEYERLI MEQALEYE GORE ALLAH RAZI OLSUNN

C.I

  • 27 aprel 2012 18:52
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Allah razi olsun......................

--------------------

Priya

  • 27 aprel 2012 18:52
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Allah iman gətirənlərin Himayədarıdır

Çox təşəkkürlər.

--------------------




ASMIYA

  • 27 aprel 2012 18:15
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
"...O, nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!"

O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; O Rəbb ki, məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir; O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram. Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!
(Şuəra surəsi, 78-83)

MUKEMMELIN DE OTESINDE. ALLAHIN SOZU HER DAIM GOZELDIR

TESEKKUR EDERIM

--------------------


Nuray2012

  • 27 aprel 2012 17:54
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

EnD of TiMe

  • 27 aprel 2012 17:35
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
tesekkurler cox gozel xeberiydi....

✰Dгeaм✰

  • 27 aprel 2012 17:12
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.Gozel meqaledi.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}