Kimlə ailə qurmalı: sevdiyimizlə yoxsa valideynimizin seçdiyi ilə?

 
Kimlə ailə qurmalı: sevdiyimizlə yoxsa valideynimizin seçdiyi ilə?

Oğul — Belə evlənmək olar, sevgisiz, filansız....

Ata — Sonra sevərsən də…

Yəqin ki, dialoqun çox sevdiyimiz "Əhməd haradadır?" filmindən bir sitat olduğunu bildiniz.Məqsədim çoxdandır təklif olunan, ancaq bir türlü icra olunmayan forum-müzakirə mövzusudur.Sagolsun Maksimusun bloqu hesabına buna birinci mən imza atdım.

Həyat yoldaşımızı necə seçək və bu işdə valideynlərin müdaxiləsi vacibdirmi?



Bütün insanlar həyatları boyunca öz yarını axtarır. Həyat yoldaşı seçimində nə qədər diqqətliyik, gələcək uşaqlarımızın atasını və ya anasını hansı kriteriyalara görə seçirik və seçimimiz bizə nə vəd edir? Aramızda öz seçdiyi insanla ailə quranlar da var, valideyninin seçdiyi insanla həyatını birləşdirən də. Bir çoxumuz isə yaşımızın ötməsini düşünmədən, hələ də öz yarımızı axtarırıq. Başqaları isə fikirləşir ki, görəsən öz yarımla təsadüfən qarşılaşsam, onu necə tanıya bilərəm.

Psixoloqlar bunu çox dəyərli bir əşyasını itirənin onu hər addımda axtarmasına bənzədir. Tutaq ki, sizə çox əziz olan papağınızı itirmisiniz. O qırmızı rəngdədir və siz qarma-qarışıq, dağınıq evdə sadəcə qırmızı rəngli əşyalara adaptasiya olursunuz, gözünüzə sataşan hər qırmızı rəngli əşyanı öz papağınız bilib ona doğru gedirsiniz və o olmadığını görürsünüz. Öz yarını axtaran da bu cür olur. Qarışıq, böyük dünyada öz yarını axtarır, axtarır, bəzən bənzərini görür, yaxınlaşır, o olmadığını görür və yenə axtarır...

Sağlam bir ailə həyatı yaşaya bilmək üçün ruh əkizimizi, yarımızı tapmağımız olduqca əhəmiyyətlidir. Gələcək həyat yoldaşımızla eyni şeylərdən zövq almasaq, oxşar zövqlərə sahib olmasaq, onda bu bizim ailə həyatımıza da təsir edəcək. Zamanla kiçik uyğunsuzluqlar böyüyəcək, ailədə narazılıqlar yaradacaq. Narazılıqlar isə getdikcə böyüyəcək, nifaq yaradacaq. Doğru seçilməyən həyat yoldaşı ilə ən sonunda yolumuz məhkəmədə ayrılacaq.

Qadınlar həyat yoldaşını necə seçirlər?

Qadınlara gəlincə, qadın var ki, gələcəkdə maddi sıxıntı çəkməmək üçün imkanlı ər, qadın var ki, həyatı boyunca arxalanacağı, güvənəcəyi bir kişi, qadın var ki, heç bir təmənna güdmədən bir ömür gözlərində sevgi görəcəyi kişi axtarır. Beləcə, hər kəs həyat yoldaşını bir cür seçir.

Son yüz ildə işləyən qadınların sayının artması sevib-evlənmə hallarının da artmasına səbəb oldu. İndi qızların çoxu əvvəlki kimi valideynlərin razılığı, göbəkkəsmə, uzaqdan görüb-bəyənmə ilə ərə getmir. Əksəriyyəti istədikləri, könül verdikləri insanla həyatını birləşdirə bilir. Düzdür, ailə seçimə müdaxilə edir, fikir bildirir, amma daha çox qızın fikri vacib hesab edilir. Bizim cəmiyyətin atalarında, analarında bu fikir formalaşıb: “Bir ömür boyu onunla sən bir yerdə yaşayacaqsan, özün fikirləş”.

Kişilər həyat yoldaşını bu xüsusiyyətlərinə görə seçirlər

Kişilər ən birinci qadının özünə nə qədər güvəndiyinə diqqət edirlər — başınızı və bədəninizi dik tutursunuzsa, gözlərinizi qaçırmırsınızsa və onun əlini möhkəmcə tutursunuzsa, bu sizin özünüzə güvəndiyinizi göstərir. Özünə güvənən kişilər məhz bu cür qadınlardan xoşlanır, amma yumşaq ruhlu, sadə kişilər utancaq, çəkingən qadınları bəyənirlər.

Qadından gözəl uşaqları olub-olmayacağını düşünürlər — əksər kişilər görüşdüyü qadının xarici görünüşünə baxaraq gələcək uşaqlarının fiziki xüsusiyyətlərinin necə olacağını anlayırlar.

Qadının ehtiraslı olması əhəmiyyətlidir — nə qədər gülməli görünsə də, kişilər yeməklə ehtiras arasında maraqlı bir əlaqə qururlar. Onlara görə yeməkdə iştahlı qadın, yataqda ehtiraslıdır.

— Azad ruhlu qadınları sevirlər — geyiminizə baxaraq sizin çılğın, yoxsa klassik ruhlu biri olub-olmadığınızı müəyyən edirlər. Çünki cəsur geyim tərzi qadının azadlığı sevdiyini göstərir. Geyim tərziniz fiziki xüsusiyyətlərinizə və xarakterinizə uyğun deyilsə, özünü dərhal büruzə verir.

— Qadının sənətini dərhal təxmin edir — Rusiyada aparılan bir araşdırmaya görə, qısa və baxımlı saçlar hüquq, maliyyə kimi sektorlarda işləyən qadınlar tərəfindən seçilir. Adət etmədiyimiz, fərqli görünüşlü saçların sahibi, dəblə ayaqlaşan görünüşü olan qadınlar da KİV, reklam ya da ictimaiyyətlə əlaqələr sektorunda işləyir. Boyunun arxasında və ya təpədə yığılan saçların sahibləri müəllim ya da həkimdir. Kişilər elə hesab edirlər ki, dikdaban ayaqqabı geyən, ağ və ya mavi köynəkdən, qısa ətəkdən istifadə edən qadınlar karyera sahibi, müvəffəqiyyətli, özünə əmin insanlardır.

— Qadının bədən ətri vacibdir — kişilər ilk tanış olduğu qadının ətrinə böyük önəm verirlər. Bu, hamımızın istifadə etdiyi kimyəvi ətirlər deyil. Bildiyiniz kimi, hamımızın özümüzə xas qoxumuz var və kişilər də ilk görüşdə qadının məhz bu qoxusunu duymağa çalışırlar.

— Şikayəti sevmirlər — kişinin soruşduğu hər suala şikayət cümləsi ilə başlayan qadınla heç bir kişi əlaqəsini davam etdirmək istəmir. Çünki kişilər həyatı olduğu kimi qəbul edirlər və qətiyyən şikayət sevməzlər. Sizin hadisələri ələ alışınızdan ömür boyu deyilib-deyilməyəcəyinizi anlaya bilərlər.

— Kişilər onu bəyəndiyiniz ilk 20 saniyədə anlayırlar. Sizin baxışlarınız, əlləriniz, danışıq tərziniz sizin haqqınızda hər şeyi ona “danışır”.

Məntiq evliliyi nədir?

Bəzi kişilər, gələcək uşaqlarını yaxşı tərbiyə edə biləcək qadın axtarır, bəzi kişilər bir ömür boyu güvənəcəyi, sirdaş olacağı qadın axtarır, bəzi kişilər isə ömür boyu aşiq ola biləcəyi bir qadınla evlənmək istəyirlər. Cəmiyyətimizdə maddi vəziyyətini düzəltmək üçün maddi imkanı yaxşı olan ailədən qız almaq arzusunda olan gənclər də az deyil.

Aramızda elə insanlar var ki, evlənəndə sevgi, eşq, məhəbbət kimi məsələlərə görə evlənmir, sadəcə “evlənmək xatirinə" evlənirlər. Bəzən “məntiq evliliyi” dediyimiz evliliklər də mümkündür. Bu zaman evlənənlər bir-birinin sosial vəziyyətinə, olduğu mövqeyə və yaxud da digər göstəricilərə görə evlənirlər.

Gözümüz önünə məntiq evliliyi edən bir cütlüyün toy mərasimi gəlir, toyun səbəbkarları sanki rəsmi tədbirdə oturublar, ciddi, quru. Səmimiyyət yox, eşq yox, sevgi yox. Yeni qohumlar bir-birinə yaddır, hərə öz qohumu ilə bir tərəfdə oturub toyun bitməsini gözləyir.

Yeni evlənənlər isə gələcək həyatlarında bir-birindən asılı olmayacaqlar, onlar yalnız axşamlar evdə olurlar, qadın öz rəfiqələri ilə, kişi öz dostları ilə gününü keçirir. Heç bir tərəf bir-birini qısqanmır, çünki evlənəndə aralarında bu cür münasibət olmayacağını artıq qərarlaşdırıblar. Onların evliliyi bir şirkətin təsis edilməsinə bənzəyir...

P.S . Zaman hər şeyi dəyişikliyə sürüklədiyi kimi, insani dəyərləri də dəyişir. İndi illərlə nişanlı qalan, bir-birini yaxından tanıyan gənclər evlənir, 2 aydan sonra boşanırlar. Dünən “ruh əkizim”, “yarım” dediyimiz insan, bu gün bəzən bizə yadlaşır, ögey olur. İndi ailə dediyimiz məfhum müqəddəslikdən uzaqlaşmaqda, hər gün yeni-yeni dəyişikliyə məruz qalmaqdadır.

Bütün hallarda həyat yoldaşı seçimində maksimum diqqətli olmaq, “yüz ölçüb, bir biçmək” lazımdır. Sonra peşman olmamaq üçün...

Buyurun müzakirəyə başlayaq.fikirlərinizi dolgun şəkildə ifadə etməyə çalışın.


Geri dön

_favorit_arkadas

  • 26 may 2012 13:30
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
məsləhətə görə çox sağol

--------------------

★Miss Love★

  • 29 aprel 2012 11:36
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Elbeттeki mende her iki тerefin isтeуi ile qurulmalidir aile heуaтi mence...Cunki sevgi uzerinde qurulan ailelerde bir birine qarwi hormeт ve mehebbeт olur hemiwe...maraqli movzudur тewekkur edirem=)
Sitat: Ku-ku
ezizlerim LegenD az ailesi her biriniz sevdiklerinize qismet olasiz Amin

Amin!Inwallah love

enigmatic_girl

  • 28 aprel 2012 22:38
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
maraqli idi tesekkur

--------------------

ELIF

  • 27 aprel 2012 20:17
  • Məqalə: 0
  • Şərh: 352
  • Bal:
{awards}
HER 2NIN ISTEYI ILE ELBETDE

--------------------
Alemlerin rebbi uca Allaha sonsuz sukurler olsun

nurlana77

  • 27 aprel 2012 19:27
  • Məqalə: 13
  • Şərh: 1792
  • Bal:
{awards}
mence eyer sevib aile qursaq, bu hem ailecun, hemde hamicun yaxwi olar.

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

LoVe_LiFe

  • 27 aprel 2012 19:05
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
INSALLAH HER BIR KES OZ SEVDIYINE QOVUSAR AMIN........ MENCE GEREK QIZ OXUSUN SONRA BU HAQQDA FIKIRLESER HEMDE ONDA ONUN AILESIDE RAZ OLARRR. bu menim sexsi fikrimdiirr twklerr

..:MeleK kiz:..

  • 27 aprel 2012 19:02
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
mene gore ozumuz secsek yaxsi olar amma valideynde oz fikirlerini bildirmelidi

asel

  • 27 aprel 2012 18:50
  • Məqalə: 0
  • Şərh: 1016
  • Bal:
{awards}
men ele gelirki hardasa valideyinin dediklerinide nezere almaq yaxwidi.beledeki Allah her kese oz yarin nesib etsin.hec kes aldanmasin.sevib sevilsinler.sevgi onemlidir ailede

--------------------
awk aciyi sever.

ASMIYA

  • 27 aprel 2012 18:47
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
TESEKKURLER.

HER SEYIN HAYIRLISI OLSUN HER SEY ICIN INSA ALLAH

--------------------


AzeriMan

  • 27 aprel 2012 18:30
  • Məqalə: 0
  • Şərh: 510
  • Bal:
{awards}
Kasıb valideyin: ÖZÜNƏ ARXA SEÇ! Varlı valideyin: aİLƏMİZƏ UYĞUNUNU SEÇ! Bəs kasıb, yoxsullar nə etsin! YAXŞI Kİ "SEVGİ" VAR!

--------------------
Səni Sevirəm...

C.I

  • 27 aprel 2012 18:29
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
menim fikrimce her 2 insan bir birilerin taniyib sevib evlenseler yaxsi evlilik olar bu sadece olaraq menim fikrimdi tsk edirem...............

--------------------

EnD of TiMe

  • 27 aprel 2012 17:59
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Mence indi yeni deye bileremki bezileri hem sevgi axtarir hem rahatliq...bu biraz cetindir....sevginin ozunu tapmaq bele cox cetin olur..onun ucun bir coxu maddi imkana baxir..yeni oz fikrimdi son zamanlar mence beledi...tesekkurler xebere gore

AysU_DilarE

  • 27 aprel 2012 17:56
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
tanri bezen her kesin uzune gulmur ele insanlar varki sevir qovuwa bilmir ele sideki varki sevdiyine qovuwur men qovuwanlardanam allahima wukur ediremki sevdim ailemde razi olub evlendim allah butun sevenleri qovuwdursun hami ureyi isdediyi insana qovuwsun

--------------------

Jasmin45

  • 27 aprel 2012 17:53
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
Sitat: Ku-ku
ezizlerim LegenD az ailesi her biriniz sevdiklerinize qismet olasiz Amin

AMİNN=))

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

özlem.

  • 27 aprel 2012 17:53
  • Məqalə: 0
  • Şərh: 674
  • Bal:
{awards}
neise sebrim catmadi oxumaqa cox saqol tesekkurler

ANGEL LOVE

  • 27 aprel 2012 17:52
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twkler.............

--------------------

SeL_cAn

  • 27 aprel 2012 17:45
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}

Sən secdiyin həyatı yaşa.... Mən ailəmin mənə seçdiyi......(((((

--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

Ku-ku

  • 27 aprel 2012 17:45
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
ezizlerim LegenD az ailesi her biriniz sevdiklerinize qismet olasiz Amin winked

--------------------

Nuray2012

  • 27 aprel 2012 17:39
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore,men isteyerdim sevgilimle aile heyati qurum,bunun ucunde her ikimiz mubarize apaririq recourse

--------------------

LYuBiMaYa

  • 27 aprel 2012 17:33
  • Məqalə: 10
  • Şərh: 95
  • Bal:
{awards}
Menim ucun esas sevgidir,cunki gelecekde o insanla men yasayacam ailem yox,cox sukurler olsunki ailem anlayislidir,ve sevgilimle aile heyati qurmagima cooooooooooox az qalib request

--------------------
Umidsiz Qapılar Vardır Açılmaz...Rebbimin Qapısı Boyükdür,Baglanmaz..Sen Umidini Itirme Rebbim Qulunu Buraxmaz..

hello kitty

  • 27 aprel 2012 17:26
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH herksese qismet etsin icindede legend ailesine valideynler icaze verin sevenler qovussun bele etmiyin sizden xahis edirem no

Воровской

  • 27 aprel 2012 17:16
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
her 2-nin isteyi ile mence ))))))))))))))))))))))))

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

✰Dгeaм✰

  • 27 aprel 2012 17:16
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Meslehet ucun tesekkurler.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 46
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 767
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}