27 Aprel 2012 [00:05]
Aprelin 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Temperatur gecə 10-15 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacaq. Bakıda gecə 13-15 dərəcə isti, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz olacaq.
27 Aprel 2012 [12:45]
Bir neçə gün sonra Bakıda Rusiya istehsalı olan taksi qalmayacaq
Mayın 1-dən Bakıda taksi kimi fəaliyyət göstərən Rusiya istehsalı olan avtomobillər tamamilə dövriyyədən çıxarılacaq.Bu barədə Trend-ə Azərbaycanın Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib.
“Nazirliyin təyin etdiyi tələblərə cavab verən başqa ölkələrin istehsalı olan avtomobillər hələlik paytaxtın küçələrində taksi kimi fəaliyyət göstərəcəklər”, - Həsənov deyib.
Bununla yanaşı, nazirliyin nümayəndəsi qeyd edib ki, bunun yekunu olaraq Bakıda taksi kimi işləmək üçün yalnız beş min avtomobilin lisenziyası təsdiqlənəcək.
“Bu say Bakıda taksilərə tələbatı təmin etmək üçün kifayət edəcək”, - Namiq Həsənov qeyd edib.
Bakıda işləmək üçün lisenziya bütün texniki tələblərə uyğun gələn, xüsusi fərqlənmə nişanlarına malik və taksometrlərlə təchiz olunmuş xarici markadan olan ağ rəngli avtomobillərə veriləcək.

Milli.Az