Nə üçün?

 
Nə üçün?

ƏGƏR ŞİƏLƏR HAQQDIRSA NƏ ÜÇÜN AZLIQDADIR VƏ DÜNYA MÜSƏLMANLARIN ƏKSƏRİYYƏTİ ONLARI QƏBUL ETMİRLƏR?

Cavab: Haqq ilə batilin ayırd edilməsi onların ardıcıllarının az və ya çox olması ilə deyildir. Müasir dövrdə müsəlmanlar, kafirlərlə müqayisədə dünya əhalisinin beşdə birini, yaxud altıda birini təşkil edir. Uzaq şərqin sakinlərinin əksəriyyətini bütpərəstlər və ilahi qüvvələri inkar edən sair qövmlər təşkil edir. Çinin bir milyarddan artıq olan əhalisi dinsiz kommunizm ideyalarına inanır, Hindistanın təqribən bir milyarda yaxın olan əhalisinin əksəriyyəti inəyə və bütə pərəstiş edirlər.

Deməli, əksəriyyət təşkil etmək haqq olmaq nişanəsi deyildir. Qur`ani-Məcid çox yerlərdə əksəriyyət təşkil edənləri məzəmmət etmiş, bunun müqabilində isə azlıq təşkil edənləri tə`rifləmişdir. Nümunə olaraq aşağıdakı ayələri qeyd edirik:

1- وَلاَ تَجِدُ اَكْثَرَهُمْ شَاكِرِينَ

“Onların əksəriyyətinin şükr edən olmadığını görərsən.”

2- اِنْ اَوْلِيَآؤُهُ اِلاَّ الْمُتَّقُونَ وَلَكِنَّ اَكْثَرَهُمْ لاَ يَعْلَمُون

“Onun (Allahın) dostları yalnız pərhizkarlardır, lakin insanların əksəriyyəti bunu bilmir.”

3- وَ قَلِيلٌ مِنْ عِبادِيَ الشَّكُورُ

“Mənim bəndələrimdən az bir qismi şükr edənlərdir.”

Deməli, real görüşə malik olan bir insan heç vaxt öz din və məzhəbinin ardıcıllarının az olmasından qorxmamalı, eləcə də onların çox olması ilə öyünməməlidir, əksinə həmişə əql nurundan istifadə etməlidir.

Bir nəfər Əli (ə)-dan soruşdu: “Necə mümkün ola bilər ki, “Cəməl” müharibəsində nisbi əskəriyyət təşkil edən müxaliflər batil yolda olsun?” İmam (ə) buyurdu:

اِنَّ الْحَقَّ وَالْبَاطِلَ لَا يُعْرَفَانِ بِاَقْدَارِ الرِّجَالِ،اِعْرِفِ الْحَقَّ تَعْرِفْ اَهْلَهُ،اِعْرِفِ الْبَاطِلَ تَعْرِفْ اَهْلَهُ

“Haqq və batil, ardıcıllarının miqdarı ilə ölçülmüræ haqqı tanı (əgər haqqı tanısan) onun əhlini də tanıyarsan. Batili tanı (əgər batili tanısan) onun əhlini də tanıyarsan.”

Hər bir müsəlman şəxs bu məsələ barəsində elm və məntiq əsasında təhqiqat aparmalı, “elmin olmadığı şeylərə tabe olma” ayəsini özünə nümunə götürməlidir.

Şiələrin sayca sünnülərə çatmamasına baxmayaraq əgər dəqiq şəkildə araşdırılma aparılsa dünya müsəlmanlarının dörddə-birinin şiələrdən ibarət olduğu mə`lum olar. Onlar adətən müsəlman əhalisi olan ölkələrdə yaşayırlar. Bütün dövrlərdə onların arasından böyük alimlər, yazıçılar, müxtəlif kitab və əsər sahibləri çıxmışdır. Yaxşı olar ki, islam aləmindəki mövcud elmlərin əsasını qoyanların şiə olduğu mə`lum olsun deyə, onlardan bə`zilərinin adlarını qeyd edək:

Əbul-Əsvəd Duəli: Nəhv elminin banisi.

Xəlil ibni Əhməd: Əruz elminin banisi.

Məaz ibni Müslim ibni Əbi Sarə Kufi: Sərf elminin banisi.

Əbu Əbdillah Məhəmməd ibni İmran Katib Xorasani (Mərzibani): Bəlağət elminin ustalarından biri.


Şiə alimlərinin sayı və onların yazıb irs qoyduqları dəyərli əsərlərdən agah olmaq üçün (bu, çox da asan iş deyildir) “Əzzəriətu ila təsanifiş-şiə” kitabına, şiə aləminin böyük şəxsiyyətləri ilə tanış olmaq üçün “Ə`yanuş-şiə” kitabına, şiələrin tarixindən mə`lumat kəsb etmək üçün “Tarixuş-şiə” kitabına baxa bilərsiniz.

Nə üçün?


Geri dön

enigmatic_girl

  • 6 may 2012 00:39
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Şiə alimlərinin sayı və onların yazıb irs qoyduqları dəyərli əsərlərdən agah olmaq üçün (bu, çox da asan iş deyildir) “Əzzəriətu ila təsanifiş-şiə” kitabına, şiə aləminin böyük şəxsiyyətləri ilə tanış olmaq üçün “Ə`yanuş-şiə” kitabına, şiələrin tarixindən mə`lumat kəsb etmək üçün “Tarixuş-şiə” kitabına baxa bilərsiniz.

--------------------

★Miss Love★

  • 1 may 2012 17:41
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Maraqli xeberdir bilmirdim oxudum cox sagol

enigmatic_girl

  • 29 aprel 2012 14:10
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
maraqlidir tesekkur

--------------------

C.I

  • 28 aprel 2012 13:22
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
aha bilmirdim bu haqda ama indi sizllerin sayesinde bildim tsk edirem melumata gore...............

--------------------

EnD of TiMe

  • 28 aprel 2012 12:57
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Eslinde evveller Şiə lərlə, sünnilərin fərqi məni maraqlandirirdi....sonra emlumatim oldu bu haqda...tesekkurler xebere gore

ANGEL LOVE

  • 28 aprel 2012 12:35
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
Allah razi olsun...............

--------------------

★Love me★

  • 28 aprel 2012 11:48
  • Məqalə: 14
  • Şərh: 1822
  • Bal:
{awards}
DEYERLI MEQALEYE GORE ALLAH RAZI OLSUNN

--------------------

LoVe_LiFe

  • 28 aprel 2012 11:20
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
DEYERLI MEQALEYE GORE ALLAH RAZI OLSUNN

Nuray2012

  • 28 aprel 2012 10:58
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Tewekkurler xebere gore Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 27

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}