Ən çətin peşə mənimkidir

 
Ən çətin peşə mənimkidir

Bir dəfə internet saytlarından birində bir siyahıya rast gəldim,səs verilməsi üçün sıralanmışdı insan peşələrinin siyahısı.

Vəkil,mühəndis,memar,həkim və s.

Bir anlıq düşüncəyə qapıldım.Məgər insanların hamısının peşələri sadəcə bunlardan ibarətdirmi?

Əsas lazım olan peşəni yazmağı unudublar...

Xəbərləri yoxdur yəqin,ən çətin peşənin mənimkinin olmasından.

Bəli,doğru eşitdiniz,ən çətin peşə mənimkidir...


Bəlkə də "Ana olduqdan sonra anladım" başlıqları altında olan yazılara çox rast gəlmisiz.

Hər biri Anaların daxili aləmindən gələn gözəl hisləri əks etdirir və yaxud da sevimli anlarını bölüşürlər digər analarla.

Ana olmaq Yer üzündə insan münasibətlərinin ən gözəli,ən qeyri - adisi,ən mükəmməlidir.Bu peşənin çətinliyini ana olmadan anlamaq qeyri mümkündür.

İlk başda Ana olmaqla öz ananı daha dərindən anlayır,ona olan sıx bağlılığının sirrini öyrənmiş olursan.

Nə qəribədir,Ana olduğun gündən həm özünü,həm də ətrafını dəyişirsən.Sanki özünü ikiyə bölünmüş hiss edirsən,artıq həm də onun üçün yaşayır,onun üçün qidalanır,onun üçün yuxu yatırsan.Bunu da əlavə etmək olar ,hətta onun üçün nəfəs alırsan.Həyat təmamən onun oxu ətrafında dönməyə başlayır səninçün.

Qohum - qardaş,ata - ananı belə tez -tez axtara bilmir,görüşə bilmirsən.Ən çox sevdiyin əyləncələrdən,hər gün maraqlı bir film izləməkdən,serialları təqib etməkdən imtina edirsən.Artıq musiqiləri belə ona görə dinləyirsən,laylalar,uşaq mahnıları,şerləri onun üçün oxuyur,çizgi filmlərini dəfələrlə təkrar seyr etməyə vərdiş edirsən.

Bu vaxta qədər bəlkə də kimsəyə etmədiyin fədakarlıqları edirsən onun üçün.

Yuxuladığı otağından nəfəsini sona qədər qısıb çıxırsan,tıqqıltıya oyanmasın.O yatdığında belə ondan ayrı qalmaq çətin gəlir sənə,darıxırsan onun üçün.

Həyatınızın bu anına qədər yuxusuz qalmaq necə olur,onu dadırsan sözün əsl mənasında,yorulsan da,əldən düşsən də,yenə də fədakarlığa davam edirsən.

Özünə qulluq arxa plana keçə bilir,bəzən saçlarını daramağı,makiyajını belə unudursan.

Xəstələndiyində özünü deyil,onu düşünürsən yenə də,"Bir əksikliyi varmı?" -deyə.

Ona cüzi narahatıq gələndə ilk növbədə özünü günahlandırırsan,mütləq bir bəhanə tapıb özünü günahkar edirsən.

Hər zaman balan üçün təlaş içində,qayğı içində,onu bəlkə də heç olmayacaq şeylərdən qorumaq üçün "bir əsgər kimi" hazır dayanırsan.

Ən çətin olanı da bilirsinizmi,nədir?

Canlı bir insanı sıfırdan səbr və əzmlə qüsursuz yetişdirməyə çalışmaq, onun əsəblərini korlamadan həyata hazırlamaqdır...

Bu baxımdan deyirəm ki, "Ən çətin peşə mənimkidir…"

Mənim misalımda olan "Analıq" peşəsinə sahib bütün Analara sağlam həyat, böyük səbr və övladları ilə birlikdə xoşbəxt olmalarını diləyirəm...

Ana olmayan qadınlarımıza isə bu "gözəl və çətin" peşəyə sahib olmağı Allahdan arzu edirəm.


Geri dön

enigmatic_girl

  • 11 may 2012 00:46
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Hər biri Anaların daxili aləmindən gələn gözəl hisləri əks etdirir və yaxud da sevimli anlarını bölüşürlər digər analarla.

--------------------

✰GlaMurKa✰

  • 2 may 2012 13:08
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
coxxx maraqlidir tsk

✰Dгeaм✰

  • 28 aprel 2012 17:33
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqli meqaledi.Tesekkurler.

mimka

  • 28 aprel 2012 14:57
  • Məqalə: 0
  • Şərh: 327
  • Bal:
{awards}
Maraqliydi tesekkurler

Prank girl

  • 28 aprel 2012 14:56
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Canlı bir insanı sıfırdan səbr və əzmlə qüsursuz yetişdirməyə çalışmaq, onun əsəblərini korlamadan həyata hazırlamaqdır...

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

LoVe_LiFe

  • 28 aprel 2012 14:51
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
coox beyendimm menali sozleri varr twkler emeye goree

✰GoLd GirL✰

  • 28 aprel 2012 14:46
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
cox gozeldir tesekkurler menali sozlerdir..........[/color]

pervis

  • 28 aprel 2012 14:17
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
HEYATDA ANA -ni hec vaxt hec ne ile evez etmek olmur ............twk

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

_DreaM_

  • 28 aprel 2012 14:01
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
Allah butun analara uzun omur, can sagligi versin, cox gozel ve menali meqaledi,.. ellerinize saglik

--------------------

Miss Lady

  • 28 aprel 2012 13:42
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
woooooooooww cox gozeldi..

..:MeleK kiz:..

  • 28 aprel 2012 13:31
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox maraqlidi bacim

AysU_DilarE

  • 28 aprel 2012 13:19
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
ela xeber idi dogurdanda cetin pewedir insanin mehsuliyeti boyukdur mende bir ana olaraq bu gozel duyugunu butun qizlarimizin yawamasini arzu edirem

--------------------

EnD of TiMe

  • 28 aprel 2012 12:46
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
dogurdanda en cetin pese analara aiddir..Allah butun analara can sagligi versin...tesekkurler xebere gore

Nuray2012

  • 28 aprel 2012 12:39
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

C.I

  • 28 aprel 2012 12:37
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Allah hamiya oz istediyi peweni qismet etsin Amin tsk edirem xebere gore..............

--------------------

ELIF

  • 28 aprel 2012 12:28
  • Məqalə: 0
  • Şərh: 352
  • Bal:
{awards}
tesekkur edirem!

--------------------
Alemlerin rebbi uca Allaha sonsuz sukurler olsun

ANGEL LOVE

  • 28 aprel 2012 12:25
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
Allah razi olsun............

--------------------

MuslimGirl

  • 28 aprel 2012 12:23
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
ALLAH bu gözəl peşəni bütün bu ada layiq xanımlara qismət etsin. AMİN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}