"Bəlkə ... "

 
"Bəlkə ... "

Bəlkə...
Bəlkə bir gün dayanarkən ayna önündə,görəcəksən saxta simanı...
Bəlkə bir gün toxunacaqsan ürəyinə,hiss edəcəksən daş bağladığını...
Fərqinə varacaqsan süni gülüşlərinin,yalan sevinclərinin...
Anlayacaqsan,dərk edəcəksən həqiqi kimliyini...
Yavaş-yavaş özünə gələcəksən,gerçək “sən” olacaqsan...
Bəlkə bir gün oyanacaqsan dərin yuxulardan...
Kabusmuydu,yoxsa yalan,və ya doğrumuydu,deyə təəccüb edəcəksən...
Bəlkə bir gün çəkiləcək göz önündən qalın qara pərdələr və görəcəksən işıqlı həyatı...
Görəcəksən reallıqları...anlayacaqsan olanları....dərk edəcəksən etdiklərini...
Hiss edəcəksən yoxluğumu bəlkə bir gün...
Bəlkə bir gün yad edəcəksən varlığımı...darıxacaqsan,için göynəyəcək həsrətdən...
Bəklə nə vaxtsa yada salacaqsan mənli həyatını,xatirələr saracaq dörd bir yanını...
Uzun gecələrcə düşünəcəksən sənə olan sevgimi,qayğılarımı və donacaqsan sənə sarılan yad qollarda...
Hiss etmək istəyəcəksən yenidən hərarətimi,amma,üzünə dəyən ögey nəfəs olacaq,üşüyəcəksən soyuqluğundan...
Bəlkə zaman gələcək dərin boşluğa salacaq səni peşmanlıqların...
Mənsizlik dəli edəcək səni...
Sağa_sola çərəsizcəsinə çırpınacaqsan,əlacsızcasına məni gəzəcəksən...
Amma,əsla tapmayacaqsan...
Buraxdığın,arxanı dönüb getdiyin yerdə olmayacağam sən döndüyün vaxt...
Bax,o zaman dərk edəcəksən yoxluğumu…
Hiss edəcəksən unudulduğunu...inanacaqsan unutduğuma...
O zaman qırılacaq qamətin,sınacaq qol_qıçın...
Diz köçəcəksən taqətsizcəsinə...
Daş ürəyin döyünməyə başlayacaq sürətlə qorxudan...
Unudulmaq qorxusu səni yerlə bir edəcək...
Bəlkə o zaman anlayacaqsan nələr yaşadığımı,nələr çəkdiyimi...
Unudulmaq nədir deyə bəlkə sən də o zaman biləcəksən..
Bəlkə qalın qat bağlamış vicdanına nə vaxtsa toxunacaq etdiklərin...
Fərq edəcəksən vicdansızlığını...
Nə qədər qəddar...nə qədər zalım olduğunu...
Bəlkə nə vaxtsa çevriləcəksən arxaya,baxacaqsan orada buraxdıqlarına,dəyər vermədiklərinə...
Gözlərin dolacaq,canın yanacaq,amma,çarəsiz olacaqsan geri dönüşü olmayanlara...
Elinlə qırağa atdıqlarını,zaman gələcək qol gücünlə belə geri qaytara bilməyəcəksən...
Mənim yaralarım qabıq bağlayanda,səndə hər an qanayan dərin yaralar açılacaq...
Mən çarəyə qovuşanda,sən çarəsizlikdən,çaşqınlıqdan gecəylə_gündüzü qarışıq salacaqsan,eynən mənim kimi...
Yaşayacaqsan bəlkə bir gün sən də mənə yaşatdıqlarını...
Hiss edəcəksən sən də vücudunda ağrını,yanğını...
Bəlkə zaman gələcək dəyişəcək yerlərimiz...
Bəlkə...nə məlum...bəlkə...
İndi ümid etdiklərimin zamanı gələcək bəlkə...


Geri dön

_favorit_arkadas

  • 29 may 2012 14:51
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
maraqlı xəbərə görə çox sağol....

--------------------

✰GlaMurKa✰

  • 2 may 2012 00:37
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
superdii cox beyendim tesekkurlerrr

Nuray2012

  • 1 may 2012 23:23
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Tewekkurler xebere gore

--------------------

ANGEL LOVE

  • 30 aprel 2012 12:10
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
yaziya gore twkler................

--------------------

C.I

  • 29 aprel 2012 20:50
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
belke............... eh qeweng yazilar idi tsk edirem.!!

--------------------

hello kitty

  • 29 aprel 2012 20:03
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
belke belke belke bu sozu tez tez isdedirikn eyyyyyyy angry

come back

  • 29 aprel 2012 19:11
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Bəlkə...nə məlum...bəlkə...
İndi ümid etdiklərimin zamanı gələcək bəlkə...
belke her wey bir gun men isdediyim kimi oldu...

LoVe_LiFe

  • 29 aprel 2012 19:04
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
coox beyendimm twklerrr maraqlidirr

ASMIYA

  • 29 aprel 2012 18:03
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR. MARAQLI

--------------------


✰GoLd GirL✰

  • 29 aprel 2012 17:12
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
tesekkkurlerrrr,......

EnD of TiMe

  • 29 aprel 2012 16:57
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
bir cox sey belek ile olur..ama bu belkeler cox vaxt gercek olmur...tesekkurler xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 14
Cəmi: 30

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}