Əmirəlmöminindən (ə) nəql olunan hədislər.

 
Əmirəlmöminindən (ə) nəql olunan hədislər.

Hər kəsdə altı xüsusiyyət olsa behiştin hansı qapısından istəsə içəri daxil olar və cəhənnəmin bütün qapıları üzünə bağlanar;
Allahı tanıyıb ona itaət etmək, şeytanı tanıyıb ona qarşı müxalifətçilik etmək, haqqı tanıyıb ardınca getmək, batili seçə bilib ondan uzaq gəzmək, dünyanı tanıyıb tərk etmək və axirəti tanıyıb arzusunda olmaq.

Mən dili saxlamaqdan gözəl dostluq, təqvadan gözəl libas, qənaətdən dəyərli dövlət və mərhəmətli və mehriban olmaqdan gözəl ehsan və səbrdən də dadlı yemək görmədim.

Mənim beş nəsihətimi heç vaxt unutmayın. Əgər bunları əldə etmək məqsədilə dəvəyə minib dünyanı dövr etsəniz dəvə əldən düşər, lakin siz məqsədinizə çatmazsınız:
1) Heç kəs Allahdan başqasına ümid bağlamasın.

2) Günahdan başqa bir şeydən qorxmayın.

3) Heç bir cahil sual soruşmaqdan utanmasın.

4) Səbrin imana nisbəti, başın bədənə olan nisbəti kimidir.

5) Səbri olmayanın imanı da olmaz.

Ölü heyvanın pulu, itin pulu, şərabın pulu, zinakarın mehriyyəsi (yə`ni, ona verilən pul), məhkəməyə verilən rüşvət, qeybət edənə verilən muzd haramdır.

Kufə məscidində Şam əhlindən olan bir kişi Həzrət Əliyə (ə) yaxınlaşıb ondan bir neçə sual soruşdu: “Ana bətni görməyən altı məxluq kimlərdir?” Buyurdu: “Adəm (ə), Həvva (ə), İbrahimə (ə) göndərilən qurbanlıq qoç, Musanın (ə) əsası, Salehin (ə) dəvəsi, İsanın (ə) düzəltdiyi yarasa.” (İsa (ə) onu düzəltdi, ona üfürdü və o da Allahın izni ilə cana gəlib uçdu.”

Kişinin kamalı beş şeydədir; iki kiçik üzvündə, iki böyük üvzündə və ikisi də sair ona aid olan şeylərdə. İki kiçik üzvü bunlardır; ürək və dil, döyüşdə ürək lazım olur, danışıqda dil. İki böyük üzvü bunlardır: əql və iman. Ona aid olan digər iki şey də bunlardır; malı və üzü.

Altı gözəl xüsusiyyət var, lakin bu altı xüsusiyyət altı nəfərdə olsa daha gözəldir; ədalət yaxşıdır, lakin rəhbərdə olsa daha yaxşıdır.
Səbr yaxşıdır, lakin yoxsulda olsa daha yaxşıdır, təqva çox gözəldir, lakin alimlərdə olsa daha gözəldir.
Səxavət hamı üçün yaxşıdır, lakin dövlətlidən ötrü daha yaxşıdır.
Tövbə hər bir günahkardan baş versə yaxşıdır, lakin cavanlardan baş versə daha yaxşıdır.
Həya hər kəsdə olsa yaxşıdır, lakin qadınlarda olsa daha yaxşıdır.
Ədalətsiz rəhbər yağışsız bulud kimidir.
Səbirsiz fəqir nursuz çıraq kimidir, təqvasız alim bəhrəsiz ağaca bənzəyir, simic dövlətli otsuz torpağa bənzəyir, tövbəsiz cavan susuz arxa bənzəyir və həyasız qadın duzsuz yeməyə bənzəyir.

Bir nəfər Həzrət Əlinin (ə) yanında “Əstəğfirullah” yəni, “Allahdan bağışlanma istəyirəm” dedi. Həzrət ona belə buyurdu: “Anan sənə ağlasın! Heç bilirsənmi ki, “istiğfar” nədir? İstiğfar ali-məqam kişilərin dərəcəsidir. Bu sözün altı şərti var:
1. Keçmiş günahlara görə peşman olmaq.

2. Gələcəkdə də bir daha günah etmək qərarına gəlməmək.

3. Camaatın haqqını ödəmək və bundan sonra heç bir kəsin haqqı ölənədək boynunda qalmasın.

4. Keçmişdə yerinə yetirmədiyi vacib əməlləri icra etmək.

5. O qədər qəm-qüssədə olmaq ki, bədənin günah zamanı əmələ gələn ətləri əriyib aradan getsin.

6. Günahın şirinliyini daddığın kimi ibadətin də əziyyətini dadmaq.
Yalnız bütün bunları yerinə yetirdikdən sonra “əstəğfirullah” de. (Əvvəlki dörd şərt vacib, axırıncı iki şərt isə müstəhəbdir. Bu altı şərt birlikdə tövbənin ali dərəcəsini bildirir.)

Həzrət Əliyə (ə) Həzrəti Peyğəmbər (s.a.s) buyurub: Mən peyğəmbər olduğuma görə səndən üstünəm. Çünki, məndən sonra peyğəmbər yoxdur. Sən də yeddi xüsusiyyətə görə başqalarından üstünsən və bu xüsusiyyətlərə görə Qüreyşdə bir nəfər də sənə qarşı çıxa bilməz. Həmin xüsusiyyətlər bunlardır:
1. Hamıdan birinci iman gətirmisən.

2. Əhd-peymanda hamıdan vəfalısan.

3. Allaha aid olan işlərdə hamıdan möhkəmsən.

4. Bölüşdürmə zamanı hamıdan ədalətlisən.

5. Rəiyyət arasında ən çox dada yetişənən.

6. Qəzavət zamanı hamıdan daha müdriksən.

7. Allah yanında hamıdan daha əzizsən.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:57
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Ulya

  • 4 noyabr 2010 18:40
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sgol.ellerine sagliq

Yusif

  • 4 noyabr 2010 18:08
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler :))))))))) wink smile smile smile smile

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 35
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 28
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 23
Cəmi: 65
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}