Xəyallarımdakı

 
Xəyallarımdakı

Atadır yetim bir qızın xəyal qəhrəmanı.Hər gecə yuxusunda gördüyü amma üzünü heç zaman görmədiyi.Adını daim eşitdiyi amma heç zaman toxuna bilmədiyidir xəyal qəhrəmanı..bəlkə gördü,bəlkə görmədi..

Sevgidir kiminin xəyal qəhrəmanı.Başqalarında görüb qısqandığı,ama özünün tapa bilmədiyi,çata bilmədiyidir qəhrəman.Ürəyinin ağrısıdır o qəhrəman..bəlkə sevdi,bəlkə sevmədi..

Ağ atlı şahzadədir 1 qızın xəyal qəhrəmanı.Onun üçün uzun yol gələn,mübarizə aparan və ona çatmağa çalışan.Məqsədlidir o qəhrəman..bəlkə gəldi,bəlkə gəlmədi..

Təbəssümdür bir insanın xəyal qəhrəmanı.Hər acıya inad,hər dərdə, hər kədərə.Hər göz yaşına inad qəhrəmandır o..bəlkə güldü,bəlkə gülmədi..

Göz yaşıdır kiminin xəyal qəhrəmanı.Təbəssümə inad,xoşbəxtliyə,sevincə inad qəhrəmandır o..bəlkə axdı,bəlkə axmadı..

Sağlamlıqdır bir xəstənin xəyal qəhrəmanı.Görməyən gözünə,tutmayan əlinə,gəzə bilməyən ayağına,danışa bilməyən dilinə,kiminin də mənəvi xəstəliyinə inad qəhrəmandır o..bəlkə tapdı,bəlkə tapmadı..

Puldur kiminin xəyal qəhrəmanı.Əzilən cisminə,çata bilməyən arzularına,gələcəyinə inad qəhrəmandır o..bəlkə oldu,bəlkə olmadı..

Adi bir Səsdir tənhanın xəyal qəhrəmanı.Onun heç duymadığı,duymaq istədiyi qəhrəmandır o..bəlkə duydu,bəlkə duymadı..

Cavabdır kiminin xəyal qəhrəmanı.Ömrü boyu axtardığı amma heç kimdə tapa bilmədiyi “niyə”lərin qəhrəmanıdır o.Cavabını bəlkə aldı,bəlkə almadı..

Ümiddir kiminin xəyal qəhrəmanı.Gələcəyə bir işıqdır.Keçmişdən qoruduğu qəhrəmandır o..bəlkə tutdu,bəlkə tutmadı..

Mərhəmətdir bəzilərinin xəyal qəhrəmanı..etdiyi qəddarlıqlara,mərhəmətsizliyə,zalımlığa inad..itirdiyi insanlığa inad qəhrəmandır o..bəlkə döndü,bəlkə dönmədi..

İsti bir Yuvadır yetim uşağın xəyal qəhrəmanı.Soyuqdan donmaya inad qəhrəmandır o..bəlkə…bəlkə də..

Məhv olmuş xəyalların bərpasıdır mənim xəyal qəhrəmanım.Bərpası çox müşkül olan qərəmandır o.Bir də o qəhrəmanı bəlkə xəyal etdim,bəlkə yox...


Geri dön

LoVe_LiFe

  • 12 may 2012 17:52
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
beyendidiyinize sevindimm

✰GlaMurKa✰

  • 2 may 2012 12:50
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
coxxx maraqli idi axra qeder oxudum tsk

Nuray2012

  • 1 may 2012 23:32
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol maraqli idi

--------------------

enigmatic_girl

  • 30 aprel 2012 22:45
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
İsti bir Yuvadır yetim uşağın xəyal qəhrəmanı.Soyuqdan donmaya inad qəhrəmandır o..bəlkə…bəlkə də..

--------------------

EnD of TiMe

  • 30 aprel 2012 20:41
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
ay cox gozel sozleri var..beyendim sozlerin hamsini...coox tesekkurler

ANGEL LOVE

  • 30 aprel 2012 12:16
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
meqaleye gore twkler..................

--------------------

✰GoLd GirL✰

  • 29 aprel 2012 17:48
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
cox tesekkurler....

★Azerbaijan girl★

  • 29 aprel 2012 16:33
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
İsti bir Yuvadır yetim uşağın xəyal qəhrəmanı.Soyuqdan donmaya inad qəhrəmandır o..bəlkə…bəlkə də..
twkler canim menim suppppa

MeYMuNuM

  • 29 aprel 2012 16:09
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
Coooox beyendim ellerine saglik...

--------------------
Giden Gitmiwdir Gitdi Gun Bitmiwdir!!!Ben Gideni Degil Giden Beni Qaybetmiwdir!!!!

Priya

  • 29 aprel 2012 15:41
  • Məqalə: 115
  • Şərh: 1946
  • Bal:
{awards}
Bəlkə sevdi,bəlkə sevmədi...
Həqiqətən mənalı sözlərdir.Burdakı dostumdan sevərək ayrıldığımız bir zamanda oxudum bu yazını.Qəlbim sızladı, Ayka.Dərdimi niyə təzlədin?

--------------------




B_A_H_A_R

  • 29 aprel 2012 15:25
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
Eziyyete gore tesekkur

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

✰Dгeaм✰

  • 29 aprel 2012 14:21
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Cox maraqlidi canikom tesekkurler.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 52
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 477
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}