Gözdəymə daha ağır xəstəliklərə yol aça bilər

 
Gözdəymə daha ağır xəstəliklərə yol aça bilər

"Ekspress" qəzeti yazır ki, bəd nəzər, gözdəymə inancına çox adam inanır. Bunun üçün çox zaman insanlar üzərilərində gözmuncuğu və ya müxtəlif göy daşlar gəzdirirlər. Deyirlər, "göz insanı məzara, dəvəni qazana aparar".

Bioenergetik Rafiq Cərullayevin sözlərinə görə, əslində nəzər insanın göz bəbəyinin şüalandırılmasının pozulması ilə bağlıdır. İndi çox adamlarda bədnəzər yetirmək xüsusiyyəti var. "Nəzər kiminsə gözündən çıxan kəsici, deşici şüadan yox, insanların bir-birinə baxarkən keçirdiyi hisslərdən asılıdır. Kənar şəxsin mənfi hisslərlə dolu baxışına tuş gəlmək nəzərə gəlməyə səbəb olur".

R.Cərullayev deyir ki, paxıllıq, kin, həsəd və nifrət dolu baxışlar insanın bioloji sahəsində, yəni aurasında deşik əmələ gətirir. Buna energetik çökək deyirlər. Onun sözlərinə görə, əgər çakra hissədə energetik çökək yaranıbsa, əks tərəfdə qabardılmış biosahə yaranır ki, bu hala da mistik təsəvvürlərdə dəlik deyirlər. Bir çox xəstəliklər var ki, göz-nəzərdən əmələ gəlir. Qəflətən arıqlama, solğun gözlər, çox tərləmə, güclü ürək döyüntüləri, qəbizlik, halsızlıq, yersiz qorxular, yuxuda sayıqlama, həkimə inanmama və s. halları göstərmək olar. Bioenergetikin sözlərinə görə, insanlar göz-nəzər dəyən zaman mütəxəssislərə deyil, molla, nəzərçi yanına qaçırlar. "Göz-nəzərə gələn insanlarda enerji zamanında neytrallaşmasa, bu, daha ağır xəstəliklərin yaranmasına səbəb ola bilər".

R.Cərullayevin fikrincə, insanların mollalardan, nəzərçilərdən aldığı sağlamlıq birbaşa inama bağlıdır. "Bəzən biri ilə söhbət zamanı üzərinizə hər hansı bir ağırlığın çökdüyünü hiss edirsiniz. Bu zaman çalışmaq lazımdır ki, söhbətdən yayınasınız. Çalışın ki, durub bir az gəzəsiniz. Belə etməklə siz, sizə qarşı yönəlmiş mənfi enerjini geri qaytarmış olursunuz".

Bəzən insanın özünə, öz övladına da gözü dəyə bilir. Xudbin, özündən razı, başqalarını bəyənməyən insanlar çox zaman öz nəzərlərinə gəlirlər. Yəni, insanın daxilindəki mənfi enerji öz aurasına təsir göstərir.

Həmsöhbətimizin dediyinə görə, uşaqların biosahəsi-aurası neqativ enerjidən az qorunduğu üçün onlara göz daha çox dəyir. Bu zaman uşaqlarda yuxusuzluq, iştahsızlıq, halsızlıq, davamlı ağlama müşahidə edilir. Göz dəyən uşaqlar əsəbi olmaqla yanaşı onlarda müxtəlif xəstəliklərin əlaməti də özünü büruzə edir. Gözəgəlmiş uşaqlarda qızdırma, başağrısı, arıqlama, gözlərin altında qaralmalar özünü göstərir.

Bədnəzərdən qorunmaq üçün insanlar ta qədim zamanlardan bu günə kimi müxtəlif əşyalardan istifadə ediblər. Bəd nəzərin qarşısını almaq üçün də böyük inama sahib olmaq lazımdır. İnsanın daxilində olan inam hər bir hissi idarə etməyə qadirdir. "Üzərlik, nal, gözmuncuğu gözün qarşısını almır. Sadəcə olaraq, bu əşyalara olan inam hissi insanı gözdən qoruyur. İnsan bu əşyaların onu qoruyacağını düşündüyü üçün onun bədəni hər zaman neqativ enerjiyə qarşı hazır olur. Belə insanların aurasını mənfi enerji yarıb keçə bilmir".

İlahiyyatçı Növrəstə İbrahimovanın sözlərinə görə, gözmuncuğu, nal və gözə-bədnəzərə qarşı nəzərdə tutlmuş bütün əşylar dinimizə ziddir. "İnsan əlinin yaratdığı hər hansı bir əşya insanı bədnəzərdən qoruya bilməz. Gözdəymə haqdır. Əgər insanın alın yazısının qarşısını alan nə isə olsaydı, gözdəymə onu da keçərdi. Yəni gözdəyməni heç kəs inkar etmir. Amma bunun qarşısını hər hansı əşyalarla almaq düzgün deyil. Bu, Allaha şərik qoşmaq kimi qəbul edilir. İnsan əgər xəstələnirsə, ilk növbədə həkimə müraciət etməlidir. Əgər xəstəlik cismani deyilsə, bu zaman Qurani Kərimdə olan dualarla insanı sağaltmaq olar".

İlahiyyatçı hesab edir ki, dua insanın üzərində gəzdirilməməlidir. "Dua oxumaq üçündür. Bəzən görürük ki, insanlar boyunlarında dua gəzdirirlər, maşınlarından dua, Quran asırlar. Bu, İslam dinində qəbul edilmir. Dua, Quran oxumaq üçündür, asmaq üçün deyil".


Geri dön

enigmatic_girl

  • 3 may 2012 23:02
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Allah korusun

--------------------

sultanliq

  • 2 may 2012 18:34
  • Məqalə: 0
  • Şərh: 29
  • Bal:
{awards}
nas felek surelerini oxuyun,ALLAHA siginin hamisi kecer,inshallah,amma esla serik qosmayin uzerlik,muncuq filan,bunlar bosh seydir,esas ALLAHDIR,ONA EDILEN DUALARDIR

Nuray2012

  • 1 may 2012 23:05
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol meelumata gore

--------------------

★Miss Love★

  • 30 aprel 2012 23:04
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Mende goz deуmeуe inaniram ele adamalr varki bir defe baxan kimi hemin insana nese olur...Allah hamini gozden nezerden qorusun...xebere gore тewekkurler

tontonun anasi

  • 30 aprel 2012 14:46
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
DUZDUR GOZ DEYME VAR MEN HER GUN UZERLIK YANDIRIRAM EVDE

--------------------

ANGEL LOVE

  • 30 aprel 2012 11:49
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
Allah qorusun

--------------------

AysU_DilarE

  • 30 aprel 2012 09:49
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
twkler ozumde inanmiram goz deymeye ama _XADA_,
ile raziyam uwaqlarada olur goz deyme bunnun wahidi olmuwam

--------------------

VIPTOZ

  • 30 aprel 2012 00:21
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
yazilanlarin bezilerin bilmirdim oyrendim gozdeymeye ise inaniram.tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

.♣.Chrysalis.♣.

  • 29 aprel 2012 23:24
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
Goz deymeye inaniram esasda usaqlara daha cox deyir twk xeber ucun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Dalga

  • 29 aprel 2012 21:39
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Inaniram goz deymeye Xeber ucu tewekkur edirem Allah qorusun

--------------------

✰GoLd GirL✰

  • 29 aprel 2012 21:19
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
bir az inancim var nece defe sahidi oolmusam tesekkurler.....

_favorit_arkadas

  • 29 aprel 2012 20:52
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
bilmirdim,tewekkurler...

--------------------

EnD of TiMe

  • 29 aprel 2012 20:48
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
men inaniram goz deymeye... basima cox gelib..... melumatim oldu bu haqda.. tesekkurler xebere gore

ELIF

  • 29 aprel 2012 20:18
  • Məqalə: 0
  • Şərh: 352
  • Bal:
{awards}
tesekkurleeerr

--------------------
Alemlerin rebbi uca Allaha sonsuz sukurler olsun

✰Dгeaм✰

  • 29 aprel 2012 20:13
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Tesekkurler...

_SHARIM_

  • 29 aprel 2012 19:55
  • Məqalə: 0
  • Şərh: 104
  • Bal:
{awards}
bed nezere inanlardanam bu haqda melumatim yox idi.
Ilahiyyetcinin dedikleride ianadiricidir axi insani ALLAHDAN basqa hec kim qoruya bilmez
Melumat ucun tesekkurler!

C.I

  • 29 aprel 2012 19:29
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
aydaaaaaa inaniram tskler..........

--------------------

ASMIYA

  • 29 aprel 2012 19:22
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------


asel

  • 29 aprel 2012 19:22
  • Məqalə: 0
  • Şərh: 1016
  • Bal:
{awards}
twkler Allah razi olsun cox gozel 1xeber idi twkler

--------------------
awk aciyi sever.

LoVe_LiFe

  • 29 aprel 2012 19:09
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
coox twklerr bilmirdimm bunuu indi oyrendiimmm

hello kitty

  • 29 aprel 2012 19:09
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ne bilim men o qederde inanmiram xbr gore twk

YaKiWiKLi SeRSeRi

  • 29 aprel 2012 18:30
  • Məqalə: 128
  • Şərh: 798
  • Bal:
{awards}
buyurun sehleriniz

★Love me★

  • 29 aprel 2012 18:24
  • Məqalə: 14
  • Şərh: 1822
  • Bal:
{awards}
XEBERE GORE SAGOL.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 49
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}