Allah keçər də günahımdan

 
Bismilləhir Rahmənir Rəhim

Allah-Təala (c.c.) insanları Qurani-Kərimdə yaxşı əməl sahibi olmağa çağırır: “İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə Biz (o cür) yaxşı işlər görənlərin mükafatını zay etmərik!” (Kəhf, 30), “Kim (Rəbbinin hüzuruna) yaxşı əməllər etmiş bir mömin kimi gələrsə, belələrini ən yüksək dərəcələr gözləyir” (Ta Ha, 75) və s. Belə ayələr çoxdur, onlardan sadəcə ikisini qeyd etmək kifayət edir. Və təbii ki, bunun müqabilində bu ayələrə riayət edənlər də var, riayət etməyə çalışanlar da var, riayət etməyənlər də var. Mövzunun yazıya alınmasından məqsəd üçüncü qrup insanların bu ayələrə riayət etməməkdə davamlı olmaları bir yana, günahlara görə Allahın rəhmli olmasını buyuraraq bağışlanacaqlarını vurğulamalarıdır. Bu məsələnin müzakirəsində önəmli yer tutan faktorlardan biri də budur ki, bu tip adamlar bu absurd fikri elə Qurani-Kərimin özünə əsaslanaraq irəli sürürlər. “Qurani-Kərimdə yazılıb ki, Allah bağışlayandır, rəhm edəndir, indi insanam da, günahkaram da, heç kəs ideal deyil ki, hamının günahı var, mən də beləyəm, Allah keçər günahımdan...”

Bəli, Allah-Təala (c.c.) Qurani-Kərimdə rəhmət qapılarının geniş və hər vaxt insanlar üçün açıq olduğunu ayələrdə aşkar surətdə bəlli edir: “Mərhəmətli və rəhmli Allahın adı ilə!” (Fatihə, 1), “Sizin tanrınız bir olan Allahdır, Ondan başqa Tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir” (Bəqərə, 163). Amma bu ayələrdən heç birində bu bağışlanmağın qəsdən günah edənlərə şamil olunması göstərilməyib. Çox maraqlıdır ki, bu fikri Allahın rəhmli olmasına görə (və Quranda qeyd edilməsinə görə) qeyd edən insanlar əgər Qurani-Kərimin ayələrinə fikir vermək istəyirsə, nə üçün haramlardan yayınmaq, günah etməmək üçün oradan əsas ayələrə fikir vermir?! Amma günah etdikdən sonra bağışlanmaq məqamına gələndə Qurana üz tuturlar?! İkinci bir məsələ daha var ki, Allah-Təala (c.c.) heç bir kəsə qüvvəsi yetdiyindən artıq bir işi tapşırmamışdır. Yəni ki, əgər insanlara namaz, oruc və s. kimi vaciblər Quranda qeyd edilirsə, demək ki, Allah-Təala (c.c.) bunu insanların etməsi qüvvəsində olduğu üçün buyurur (hansı ki, son nəticədə bu əməllərin Allaha deyil, məhz elə insanların özünə böyük əhəmiyyəti vardır). Eləcə də, əgər hər hansı bir haramdan yayınmağı vacib buyurursa Allah-Təala (c.c.), demək ki, ondan yayınmaq insanın qüvvəsi daxilindədir ki, Allah-Təala (c.c.) bunu insana buyurur. Ən azından qüvvəsi yetməyən bir şeyi insana tapşırmaqlıq Allahın (c.c.) ədalətindən kənar bir məsələ olardı və bunu Qurani-Kərimin özündə də rast etmək olar: “İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar!” (Əraf, 42) Deməli, insanın İslama zidd bir hərəkət etməsi onun öz naqisliyi səbəbilə olur və burada Allah-Təalanın (c.c.) bağışlanmasına ümidi yalız Onun dediklərinə əməl etməklə əldə etmək mümkün olacaqdır. Qeyri halda İslama zidd bir hərəkətlə insanın əlində hansı əsas vardır ki, əminliklə “Allah keçər günahımdan...” deyərəkdən günah iş tutsun?! Məgər Qurani-Kərimin hansısa bir ayəsində Allah-Təalanın (c.c.) rəhminin bilərəkdən günah edən insanlara şamil olunması göstərilmişdir?!!

Təbii ki, hər hansı bir günah işə görə insanı əfv etmək Allaha (c.c.) məxsusdur və heç kəs Onun bağışlamayacağına əminlik edə bilməz. Sadəcə olaraq, müsəlmanın elmsizcəsinə, cahilcəsinə deyil, faydalı şəkildə, Allah (c.c.) özü istəyən kimi Ondan bağışlanma diləməsi daha çox məqsədəuğundur.

Əziz müsəlmanlar! İslama zidd olan hər hansı bir əməl etməklə deyil, məhz hallalıq axtarmaqla Allah-Təala (c.c.) tərəfindən bağışlanmağa ümid bəsləmək müsəlman üçün daha faydalıdır! Sizə ən faydalı olanını arzu edirəm!


Geri dön

enigmatic_girl

  • 6 may 2012 01:14
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Sitat: _NICE_GIRL_
ALLAH RAZI OLSUN

--------------------

✰GlaMurKa✰

  • 5 may 2012 22:04
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

C.I

  • 5 may 2012 11:34
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
tsk yazilara gore minnetdaram.............

--------------------

enigmatic_girl

  • 3 may 2012 23:01
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

★Miss Love★

  • 1 may 2012 17:32
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Allah bilerekden ve bilmeуerekden eтdiуimiz buтun gunaglarimizi bagiwlasin...maraqli xebere gore cox sagol

R.M_FaNaTka

  • 30 aprel 2012 11:05
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
ALLAh muqedesdir ALLAh rehm Edendi Men hergun ALLAHa yalvariram ki menim gunahim varsa bagiwlasin Tewekkurler Maraqli Xeberdir

--------------------

ELIF

  • 30 aprel 2012 08:11
  • Məqalə: 0
  • Şərh: 352
  • Bal:
{awards}
tesekkurleerrrrr

--------------------
Alemlerin rebbi uca Allaha sonsuz sukurler olsun

Anara 21

  • 30 aprel 2012 07:42
  • Məqalə: 0
  • Şərh: 106
  • Bal:
{awards}
ALLAH razı olsun....təşəkkür

--------------------
Zeynalova.......

Nuray2012

  • 30 aprel 2012 00:24
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------

Priya

  • 29 aprel 2012 23:26
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Allah razı olsun.Həqiqətən də bilmədən etdiyimiz günahları Rəbbim bağışlayar inşaallah.Təşəkkür.

--------------------




✰Dгeaм✰

  • 29 aprel 2012 23:06
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

✰GlaMurKa✰

  • 29 aprel 2012 22:38
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH bagislayan ALLAHDI boyuk gunahlarida bagislayir ALLAH RAZI OLSUN

EnD of TiMe

  • 29 aprel 2012 22:01
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
coxsagolun gozel xebere gore...... cox beyendim

Dalga

  • 29 aprel 2012 21:32
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Allah razi olsun Allah gunahlarimizdan kecsin

--------------------

LoVe_LiFe

  • 29 aprel 2012 21:29
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
DEYERLI MEQALEYE GORE ALLAH RAZI OLSUN

_favorit_arkadas

  • 29 aprel 2012 21:12
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
allagh razi olsun gozel yazio ucun

--------------------

_TUNAR_MAMEDOV_

  • 29 aprel 2012 21:09
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DEYERLI YAZI UCUN.....

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 25

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}